AMEA-da yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib
AMEA Mərkəzi Elmi Kitabxanasında elmi müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib.
Mərkəzi Elmi Kitabxananın təşkilati dəstəyi ilə AMEA Rəyasət Heyəti ikinci xüsusi şöbəsi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İdarəsi, FHN Dövlət Yanğın Nəzarəti Xidməti, AMEA elmi müəssisə və təşkilatlaırnın ümumi işlər üzrə direktor müavinləri, MM qərargah rəisləri, yanğınsöndürmə manqalarının komandirləri ilə birgə seminar müşavirə keçirilib.
Seminarı giriş sözü ilə açan AMEA-nın şöbə rəisi Eldar Quliyev qeyd edib ki, hər bir müəssisədə yanğın zamanı insanların təhlükəsizliyi təmin edilməli, əməkdaşlar maarifləndirilməli, mənəvi-psixoloji cəhətdən hazırlanmalı, təxliyyə planı öyrənilməli və praktiki məşqlər keçilməli, həmçinin yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanmalıdır.
FHN-nin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə idarəsinin rəis müavini Qüdrət Ağayev hazırda dünyada fövqəladə hadisələr zamanı insan resurslarının qorunmasının əsas məsələ olduğunu, ölkəmizdə də bu sahədə bir neçə qanunvericilik aktlarının qəbul edildiyini, FHN, o cümlədən MM Qoşunlarının ən müasir texnika və peşəkar əməkdaşlarla təmin edildiyini bildirib.
Sonra Fövqəladə Hallar Naziriliyin fəaliyyətinə həsr edilmiş film nümayiş olunub. Həmçinin yanğının baş verməməsi üçün təbliğati xarakterli qısa videofilm də izlənilib, iştirakçıların sualları cavablandırılıb.
Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib
Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir
ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Balakəndə orta məktəbdə yanğın olub
Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək
Alimlər üçün layihə müsabiqəsi elan edilib
Şəkidə orta məktəb yanıb
İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq
Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib
Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - YENİLƏNİB (FOTO/VİDEO)
Mingəçevirdə uşaq bağçasında yanğın olub
AMEA-nın iki institutuna yeni direktor seçiləcək
Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb
“Hər şeyi qaytarmaq olur, zamanı isə əsla”-ADPU-da seminar
AMEA-da yeni TƏYİNATLAR
Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcəklər
AMEA və Belarus Dövlət Elm və Texnologiya Komitəsi birgə müsabiqə elan edir
AMEA-nın bir institutu digərini ittiham edib
Bu il AMEA-nın magistraturasına neçə nəfər qəbul olub?
MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
Məktəbdə dəhşətli yanğın - 25 nəfər yanaraq öldü
AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY
ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib
Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.