Xəbərlər
01 noyabr 2017
3 181


Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığını təklif edib.


"Zaryadka" - "yükləmə", "adapter" - "yükləyici", "embarqo" - "qadağa", "evakuasiya" - "köçürülmə", "proqnoz" - "öncəgörmə", "konsensus" - "yekdillik", "kserokopiya" - "üzçıxarma", "like" - "bəyənmə", "mesaj" - "ismarıc" və s. Bu, söz adamları arasında heç də birmanalı qarşılanmayıb.

 

Aztəhsil.com xəbər verir ki, məsələ ilə bağlı metbuat.az-a münasibət bildiriən yazıçı-jurnalist Nasir Əhmədli alınma sözlərin yeni sözlərlə əvəzlənməsinə ehtiyac olmadığını bildirib:

"Hər bir dil təmizliyini qoruyub saxlamağa çalışır. Lakin burada olan müəyyən məhdudiyyətləri gözləmək lazımdır. Fikrimcə, pis təkliflər deyil. Amma dil hər şeyi qəbul etmir. Biz nə qədər yeni təkliflər versək də, dil öz bildiyini edir. Dildə sözləri saxlamağın heç bir qorxusu yoxdur. Təklif olunan sözlər axtarışın nəticəsidir. Mənə elə gəlir ki, sözləri dəyişməyə ehtiyac yoxdur. Bütün dillərdə alınma sözlər var. Bizim də dilimizdə olmalıdır. Onun qorxusu yoxdur”.


Yazıçı-jurnalist Orxan Fikrətoğlu açıqlamasında bildirir ki, təklif olduğu üçün sözləri tələsik Azərbaycan dilinə çevirərək cəmiyyətə təqdim etmək olmaz:

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

"Bu proses tələb edən məsələdir. Çünki dil özü prosesdir. Ola bilsin ki, təsdiq olunan sözləri dil qəbul etməsin. Amma Azərbaycan dilinin korlanması göz önündədir. Yeni sözlər uzun müddət müzakirə olunmlıdır. Bəlkə də, bununla bağlı referendum keçirilməlidir. Çünki sözü yalnız bir qurum təklif edə bilməz.”.


Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i, professor Qulu Məhərrəmli açıqlamasında bildirir ki, "Proqnoz" sözünü "öncəgörmə” ilə əvəz etmək absurddur:

"Lüğətimizə yeni gələn sözlərin dilə uyğun gələn sözlərlə ifadə olunmasına razıyam. Ancaq bütünlüklə hər sözü dəyişməyə cəhd etmək lazım deyil. Dilimizə keçirilməsi mümükün olamayan xarici söz olduğu kimi saxlanılmalıdır. Məsələn, "konsensus” yekdillik mənasında verilə bilməz. "Konsensus” bir məsələnin həllində müxtəlif mövqe tutan adamların, tərəflərin ümumi razılaşmasıdır. Yəni, o sözün mənası ümumi razılaşmadır. Yaxud "embarqo” sözü qadağa kimi verilib. O söz qadağa sözünü tam ehtiva etmir. Düzdür, "embarqo”da qadağa var, amma "embarqo” daha çox bir siyasətdə və ya bir addımda məhdudlaşdırıcı tədbirlər kompleksidir. "Proqnoz” sözü Azərbaycan dilində işlənir və "vətəndaşlıq” hüququ qazanıb. O, öncəgörmə deyil. Öncəgörmə falçılığa, mistikaya aiddir. Ona görə burada bir az ehtiyatlı olmaq lazımdır. Bu istiqamətdə axtarışlar davam etməli, mütəxəssislər işləməlidir. Sözlər elə tapılmalıdır ki, hamı üçün anlaşıqlı, eyni zamanda yerində olsun".


""ASAN” radionun aparıcısı, diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu açıqlamasında bildirir ki, dilə yeni sözlərin gətirilməsi yalnız bir-neçə nəfərin qərarı ilə olmur:

Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ

Yeni sözlər qəbul olunacağı halda kağız üzərində qalacaqsa, cəmiyyət bundan istifadə etməyəcəksə, nə faydası var? Dünyanın bütün dillərində digər dillərdən alınma sözlər var. Azərbaycan dili də istisna deyil. Əgər əcnəbi sözün bizim dildə yad olmayan, qulağayatımlı qarşılığı varsa, bu halda o sözdən istifadə etməmək dilimizə hörmətsizlik olar. Yox, əgər bir söz uzun illər boyu işlənib özünə vətəndaşlıq hüququ qazanıbsa, onu süni milliləşdirməyə sürükləmək olmaz. Onsuz da istifadə etməyəcəklər. Misal üçün, kim "Proqnoz” əvəzinə "Öncəgörmə” deyəcək? Bu məntiqlə onda Ekologiya və Təbii Sərvətlər nazirliyinin tabeliyində Hidrometeoroloji Proqnozlar Bürosunun da adı dəyişməlidir. Heç "Termionologiya Komissiyası” ifadəsindəki sözlər də bizim deyil. Latın dilindən alınıb. "Terminus” və "Comittere”... Biz böyük ehtimalla rus dilindən əxz eləmişik.


Bir əşya, hadisə və sair yenidirsə, ona aid ifadə dərhal tərcümə olunmalıdır. Bu halda dil də, qulaq da öyrəşir. Misal üçün, "Selfie”. Türklər dərhal nə etdi? Bu hərəkətə "Özçəkim” dedilər və rahatlıqla istifadə edirlər. Amma "Pantalon”nu (şalvar) dəyişib başqa söz etsələr, insanlar yenə də fransızcadan alınan əvvəlki variantı deyəcək. Məncə, bizim dillə bağlı problemimiz təkcə əcnəbi sözlər deyil. Bütün sözləri bilsələr belə, bu dildə danışa bilməyən, fikrini izah etmək üçün qan-tərə batan yüz minlərlə insan var. Şagirdlərlə, tələbələrlə görüşəndə ürəkdən təəssüf edirəm. Çoxu parlaq zəkalıdır, amma bu, azdır. Nitq düşüncənin yeganə ifadə şəklidir. Zamanında ailə, bağça, orta və ali məktəblərdə bununla bağlı ciddi tədbirlər görülməlidir. Azərbaycanda bütün fakültələrdə "Nitq mədəniyyəti” fənni keçirilməlidir (yalnız bəzilərində keçirilir), orta məktəblərdə 11 il tədris olunmalıdır. Və orada dərs deyəcək insanlar yalnız dil-ədəbiyyat müəllimləri olmamalıdır. Kadr yetişdirmək lazımdır. Sizin portal vasitəsilə belə bir təklifi irəli sürməyi də özümə borc bildim. "Nitq Akademiyası” və ya hansısa ali məktəbin tabeliyində belə bir fakültə yaradıla bilər. Oranı bitirən xüsusi kadrlar ali və orta məktəblərdə dərs deyə bilər. Qonşularımız - Türkiyə və Rusiyada belə fakültə və akademiyalar var...”.


Qeyd edək ki, bir müddət öncə "ASAN” radionun "QəbuldASAN" verilişinin qonağı olan Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələ ilə bağlı açıqlamasında bildirib ki, hər sözün qarşılığı olmalıdır:

"Onun nə dərəcədə vətəndaşlıq hüququnun qazanıb-qazanmamasına baxmaq lazımdır. Qazanırsa, dildə qalacaq, qazanmırsa, xalqın yaddaşından silinəcək. Bütün dillər getdikcə zəngilləşir. Məsələn, "Proqnoz” sözü bizə rus dilindən daxil olub. Rusiyaya da Avropa dillərindən keçib. Bu cür sözlər praktika kimi dilə daxil edilir. Dil qəbul edirsə, saxlanılır. Etmədikdə yaddaşlardan silinir. Mənə elə gəlir ki, biz dilimizin saflığını qorumalıyıq. Həmin sözün qarşılğı varsa, biz onu istifadə etməliyik”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”

“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

"Ləhcədə, alınma sözlərdən minimum istifadə etməliyik" Nuşirəvan Məhərrəmli

"Ləhcədə, alınma sözlərdən minimum istifadə etməliyik" Nuşirəvan Məhərrəmli

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

Azərbaycanlıların asanlıqla öyrənə biləcəyi 10 Dil

Azərbaycanlıların asanlıqla öyrənə biləcəyi 10 Dil

Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər

Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

Və ya qaş düzəltmək əvəzinə vurub gözü çıxartmaq EKSPERTdən sərt etiraz

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Motivasiya nədir? - KURİKULUM

Motivasiya nədir? - KURİKULUM

Bakı kəndlərində qız uşaqlarının oxumasına qadağa qoyulub

Bakı kəndlərində qız uşaqlarının oxumasına qadağa qoyulub

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları