Xəbərlər
16 iyun 2016
4 465


İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Ali məktəbə sənəd verməyən minlərlə gəncin adı işsizlər ordusuna yazılacaqİldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır
İyunun 14-də Azərbaycanda 2015/2016-cı dərs ili başa çatdı və bütün ümumi təhsil müəssisələrində sonuncu dərs gününün zəngi çalındı. Bu tədris ilində təqribən 200 minə yaxış şagird məktəbi bitirib.  Təhsil Nazirliyindən bildirilib ki, iyunun 14-də ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirəcək.  XI sinfi bitirən şagirdlərdən 39643-i qız, 49682-i isə oğlandır. Növbəti 2016/2017-ci dərs ilində isə orta məktəblərin I siniflərinə 164033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
 
Bundan başqa, ali təhsil müəssisələrinə 2016/2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, ərizələrin qəbulu aprelin 1-dən 28-dək internet vasitəsilə aparılıb. Azərbaycan bölməsində  I qrup üzrə 30 351, II qrup üzrə 20 min 73,  III qrup üzrə 19 min 180, IV qrup üzrə  5 min 273, rus bölməsində I qrup üzrə 2 min 871, II qrup üzrə 2 min 392,  III qrup üzrə 1472, IV qrup üzrə  493, ümumilikdə isə  82 min 734 elektron ərizə təqdim olunub.
Məktəb həyatını geridə qoyan məzunların seçimi nədir? Onlar cəmiyyətdə öz yerlərini tuta biləcəklərmi? Buna ölkədə hansı imkan və şərait var?
Paytaxtdakı məktəblərdən birindən məzun olan Şahmar Abdullayev deyir ki, bundan sonrakı həyat onun üçün yeni qərarların verilməsi deməkdir. O, ilkin olaraq qərarını ali məktəbə sənəd verməməkdən yana istifadə edib: "11 ili geridə qoydum. Az-çox nələrsə öyrəndim. Ancaq bundan sonra təhsilimi hələlik davam etdirməyəcəm. Artıq işləyib, öz həyatımı qurmaq vaxtıdır. Bir neçə dəfə sınaqlarda iştirak etdim. O qədər də yüksək bal toplaya bilmədim. Düşünəndə ki, bundan sonra oxusam da pullu təhsil alacam, bu qərarımdan döndüm. Ailəmin məni pulla oxutdurmağa maddi imkanı yoxdur. Özüm də nə qədər işləsəm də, təhsil haqqını verəcək qədər çox pul qazanacağımı düşünmürəm. Ona görə ən azından bir müddət universitetə sənəd verməyi düşünmürəm”.
Başqa bir məzun Dilarə Xanməmmədova isə deyir ki, təhsilini bundan sonra xaricdə davam etdirməyi düşünür: "Ailəm də, mən də düşünürəm ki, Azərbaycanda təhsil almağın mənası yoxdur. Ən azından "Facebook”dan, ya da yaxınlarımdan ali məktəblərdə olan vəziyyəti bilirəm. Məncə burda oxumaq mənim üçün vaxt itkisi olar. Ona görə də Türkiyədəki universitetlərə müraciət etməyi düşünürəm. Fikrimcə, orda oxusam öz sahəmi daha yaxşı biləcəm. Həm müəllimlər, həm də təhsil səviyyəi bizimkindən yüksəkdir. Həm də təhsil haqqını müqayisə edəsi olsaq, burda xərcləyəcəyim pulla orda oxumaq mənə daha ucuz başa gələr. Hətta ailəmə əziyyət olmasın deyə kurslara da müraciət edəcəm”.
Nadir İsrafilov:  "İldən-ilə ali məktəbə sənəd verənlərin sayı
 azalır”İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır
Təhsil eksperti Nadir İsrafilov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, son illərdə gənclərdə elmə marağın azalması tendensiyası özünü birüzə verir. Ekspertin sözlərinə görə, statistik göstəricilər də bunu sübut edir: "İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır. Bu təkcə sənəd verənlərin sayında müşahidə olunmur. Bilirsiniz ki, əvvəllər TQDK ali məktəblərə qəbuldan öncə sınaq imtahanları keçirirdi. O imtahanlarda da göstərici hazırda aşağı düşüb. Bunun isə bir çox səbəbləri var. Hamısı da TQDK-nın, Təhsil Nazirliyinin funksiyasına daxil olan məsələlərdir. Məsələn, Təhsil Nazirliyində strateji təlim, planlaşdırma şöbələri var. Bunlar şagirdlərdə ali məktəblərə marağın aşağı düşməsinin səbəbini araşdırmalıdırlar. Nəyə görə sınaq imtahanlarına gedənlərin sayı kəskin şəkildə azalıb? Deyək ki, sınaq imtahanlarında olan suallarla ali məktəblərə qəbul imtahanlarındakı suallarda çox böyük fərqlər əmələ gəlib. Sınaq imtahanlarında yüksək bal toplayan ali məktəbə qəbul imtahanlarında xeyli aşağı bal toplayır”.
N.İsrafilov deyir ki, bunlar hamısı təhlil tələb edən məsələlərdir. Ekspertin fikrincə, hazırda təhsil sistemində ciddi problemlər yaranıb: "Bu saat rus sektoruna 90-cı illərlə müqayisədə maraq daha da artıb. Nəyə görə bizim azərbaycanlılar çalışırlar ki, orta məktəbdə uşaqları rus dilində təhsil alsın? Fikrimcə, bunların hamısının səbəbi təhsilimizin qərb və sovet təhsil sistemi arasında qalmasıdır. Nazirin son çıxışında da var ki, sovet təhsil sisteminin tərəfdarları qərb təhsil sistemini başa düşmürlər. Yəni ona görə də islahatların uğurla həyata keçməsinə maneə törədən sovet təhsil sisteminin tərəfdarlarıdır”.
Bəxtiyar Hacıyev: "Bakalavr pilləsində təhsil almış, diplomlu və işsiz vətəndaşlar ordusu yaranır”
Xaricdə təhsil üzrə ekspert Bəxtiyar Hacıyev də bildirdi ki, orta məktəbi bitirən şəxslərin hamısının abituriyent olmamaq istəyi və ali məktəblərə sənəd verməməsi normaldır: "Hətta deyərdim ki, Azərbaycan kimi kiçik bir ölkə üçün bu qədər ali məktəblər və tələbələrin olması bir qədər çoxdur. Zamanla həm Təhsil Nazirliyi, həm də Azərbaycan dövləti peşə təhsilinə üstünlük verməli, müxtəlif sahələr üzrə peşə təlimi almış kadrlara olan ehtiyacı qiymətləndirməli və məktəbliləri daha çox peşə təliminə istiqamətləndirməlidir. Bunun üçün isə ölkədə işləyən müəssisələr, müxtəlif peşələrə tələbi artıracaq qurumlar olmalıdır və biznes, sənaye, dövlət və təhsil qurumları arasında ortaq iş getməlidir. Əks halda, 4 il bakalavr pilləsində təhsil almış, diplomlu və işsiz vətəndaşlar ordusu yaranır. İkincisi, təhsilə maraq orta məktəbdən zamanla azalır, təhsilin keyfiyyətinin yuxarı olmaması, bir çox şagird və valideyni "ali təhsil almağa dəyərmi?” sualı ətrafında düşündürməyə başlayır və ali təhsilin iş bazarında nə iş tapmaq üçün siqnal vermədiyini, nə də ali təhsili olan işçilərlə olmayanlar arasında iş bazarında, məvacibdə ciddi fərqlərin olmaması bu göstəricilərin aşağı düşməsinə səbəb olur”.
 
B.Hacıyev deyir ki, orta məktəbi bitirib təhsilini xaricdə davam etdirmək istəyənlərin çoxalması da normaldır: "Xaricdə daha keyfiyyətli, praktik təhsil almaq, dünyagörüşünü və iş imkanlarını artırmaq, yalnız Azərbaycan iş bazarında yox, qlobal iş bazarda rəqabətli olmağa çalışmaq müsbət qarşılanmalıdır. Həmin insanların Azərbaycana qayıtmaması da bir tərəfdən ölkədən beyin axınına səbəb olsa da, digər tərəfdən güclü diasporamızın formalaşmasına xidmət edir. Bu baxımdan gənclərimizin xaricdə keyfiyyətli təhsil alması, güclü diaspora formalaşdırması və öz sahələrində dünyanın müxtəlif inkişaf etmiş ölkələrində peşəkar kadrlar kimi formalaşmaqları müsbət haldır”.
 tehsil.im
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bu proses dərinləşməkdə davam etməkdədir.

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Magistr və doktorantlara möhlət hüququ verildi

Magistr və doktorantlara möhlət hüququ verildi

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası