Xəbərlər / Müəllim
06 noyabr 2017
5 670


“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

“Gələcəyin müəllimi təqaüdü” LƏĞV EDİLİB?

Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmri ilə "Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Təqaüd peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.


100 manatlıq bu təqaüdün hər il pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan ilk 300 tələbəyə şamil olunacağı bildirilmişdi.


Həmin tələbələr ixtisas seçimində birinci və ya ikinci sırada müəllimlik ixtisaslarını qeyd edərək ali təhsil müəssisələrinə qəbul olunan gənclər arasından ixtisasları üzrə mütənasiblik gözlənilərək seçilməlidir.


2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunan və yuxarıda qeyd edilən şərtləri ödəyən tələbələr həmin təqaüdü alacaqlarmı?

 

Bəzi məlumatlara görə, sözügedən təqaüd bu il verilməyəcək... Dərslərin başlanmasından xeyli vaxt ötməsinə baxmayaraq, universitetlərdə bu haqda tələbələrə bir söz deyilməyib. Hətta təqaüdün artıq ləğv olunduğu barədə də sözh-söhbət gəzir.


Aztəhsil.com xəbər verir ki, modern.az saytı məsələ ilə əlaqədar bir neçə təhsil ocağı ilə əlaqə saxlayıb.


Azərbaycan Pedaqoji Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü Mənsur İbrahimovun sözlərinə görə, qeyd edilən təqaüdün verilməsində indiyə kimi hər hansı problem olmayıb:


"Məlum olduğu kimi  son illər pedaqoji kadrların inkişafına xüsusi diqqət yetirilir və dövlət səviyyəsində əməli tədbirlər həyata keçirilir. Bu tədbirlər pedaqoji fəaliyyətin situmullaşdırılmasına, müəllim peşəsinin  ictimai nüfuzunun yüksəldilməsinə xidmət edir, eyni zamanda, gənclərdə müəllim peşəsinə maraq artırır.


Bunlardan biri də Təhsil Nazirliyinin 17 sentyabr 2014-cü il tarixli 1002 nömrəli əmri ilə "Gələcəyin müəllimi təqaüdü” təsis edilməsidir. Bu günədək  həmin təqaüdlərin verilməsində heç bir problem olmayıb. 100 manat təqaüd şərtlərə cavab verən tələbələrə vaxtında ödənilib. Hər halda yəqin ki, 2017/2018-ci tədris ilində də  təqaüdün verilməsində problem olmayacaq”.


Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova saytımıza bildirib ki, 2017/2018-ci tədris ilində "Gələcəyin müəllimi təqaüdü”nün  tələbələrə verilməsi ilə bağlı hələ ki Təhsil Nazirliyindən cavab gözləyirlər.


Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli deyib ki, təqaüdün verilməsi Təhsil Nazirliyindən asılıdır:


"Qeyd etdiyiniz təqaüd ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, eyni zamanda və seçim zamanı müəllimlik ixtisasını birinci, yaxud ikinci göstərmiş tələbələrə şamil olunur. Əmrin verilməsindən keçən müddət ərzində tələbələrə həmin təqaüdün verilməsində heç problem olmayıb.


"Lakin təqaüdün verilməsi Təhsil Nazirliyindən asılıdır. Nazirlik versə tələbələr də alacaq, verməsə təbii ki. yox. Çünki maliyyəni verən onlardır. Yəqin ki, bu il də problem olmaz”.


Məsələ ilə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya belə cavab verilib:

"Təqaüdlərin verilməsi ilə bağlı hər hansı problem yoxdur. Ali təhsil müəssisələrinin sifarişlərinə uyğun "Gələcəyin müəllimi" təqaüdü ayrılacaq".

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

ADPU-da məktəb direktorları ilə görüş keçirilib

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

Prezident Təqaüdü..

Prezident Təqaüdü..

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Tələbələrə adlı təqaüdlər təqdim olunub

Tələbələrə adlı təqaüdlər təqdim olunub

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib

Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında dəyişiklik edilib

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Ali təhsil alan Millli Qəhrəman övladlarına 23 yaşınadək Prezident təqaüdü veriləcək

Ali təhsil alan Millli Qəhrəman övladlarına 23 yaşınadək Prezident təqaüdü veriləcək

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Nazirlik Macarıstanda təhsil alacaq azərbaycanlı gənclərlə bağlı yayılan məlumatlara münasibət bildirib

Nazirlik Macarıstanda təhsil alacaq azərbaycanlı gənclərlə bağlı yayılan məlumatlara münasibət bildirib

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib  Böyüt

Bu il 500-dən yuxarı bal toplayan 1500 nəfər BDU-nu seçib Böyüt

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert