Xəbərlər
08 noyabr 2017
2 404


“İstənilən statusda universitetlərə dövlət dəstəyi zəruridir…”

"Təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsilin nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməmişdir”.

 

Bu baxımdan ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə ali təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq, maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası, Himayəçilər şurası və s.) idarə olunmasını təmin edəcək, idarəetmənin ictimailəşməsi prosesi sürətləndirəcək.


Yəqin çoxlarına məlumdur ki, inzibati dövlət quruculuğu çərçivəsində mülki hüququn konsepsiyalarından biri kimi təxminən iki əsr bundan qabaq Avropada daha konkret desək Fransada yaranan Publik hüquqi şəxs haqqında qanunlar bir səmərəli model olaraq XX əsrin əvvələrində keçmiş Sovetlər birliyinin bir sıra respublikalarlnda, xüsusilə Pribaltika ölkələrində da qəbul olunub və tətbiq edilib. Yəni, adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var və onun bilavasitə təsisçisi dövlətdir. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir.


Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Qanunununa əsasən Publik hüquq– ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Bu baxımdan idarəetmənin təkmilləşdirilməsi, dövlət qurumlarının saxlanılması xərclərinin azaldılması, idarəetmədə mobilliyin, effektivliyin təmin olunması öz aktualığı ilə gündəmə gələn əsas məsələlərdən biridir.


Bu mənada atılan belə bir addımı ali təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin – ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirmək, şəffaf və səmərəli idarəetmə mexanizmlərin – onların müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait, habelə ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaratmaq məqsədinə xidmət etməsi baxımından da dəyərləndirmək olar.


Publik hüquqi şəxs statusu Azərbaycanda nisbətən yeni olsa da, dünyada çox istifadə olunan bir modeldir. Hesab etmək olar ki, bundan sonra universitetlər arasında daha ciddi və sağlam rəqabət gedə bilər Çünki, publik hüquqi şəxs statusuna malik olan universitetlər vəsait əldə etmək üçün düzgün idarəetmə mövqeyi seçmədikləri halda rəqabətədavamlılığı itirmək təhlükəsi ilə üzləşər, əlavə gəlir imkanlarını itirə bilərlər.


Hazırda universitetlərinin demək olar ki, yeganə gəlir mənbəyini tələbələrin təhsil haqqı ilə bağlı ödənişləri təşkil edir. Diigər xidmətlər göstərmələri üçün münasib imkanlar aranmalıdır. Dünya təcrübəsində universitetin əsas gəlirlərini layihələr, xarici ölkələrdən tələbə qəbulu, elmi-tədqiqat jurnalları, digər nəşr məhsulları, hazırıq qrupları, tərcümə xidməti və sair təşkil edir. Bu baxımdan, bu qərar ali məktəblərin fəaliyyətinə, qrant layihələrində iştirak etməsinə, həmçinin elmi tədqiqatlar aparması vasitəsilə gəlirlərinin artmasına yol açan bir layihədir. Başqa sözlə bu status onları maliyyə mənbələrini axtarmağa sövq edəcək


Zənn etmirəm ki, publik hüquqi şəxs elan olunan hansısa təşkilat və ya təhsil müəssisəsi dövlət tərəfindən maliyyələşdirilməyəcək. Istənilən statusda bu kimi müəssisələrin tam "ayaqda duracağına” qədər dövlət dəstəyinə ehtiyacı zəruridir.


Universitetin Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna müəyyən aydınlıq gətirilməlidir. Çünki məsələyə yanaşma hələ ki, bir mənalı deyil, və müəyyən aydınlaşdırmalar və dəqiqləşdirmələr tələb edir. Hər halda struktur, idarəetmə, göstərdiyi xidmətlər, təşkilati, maliyə, və digər Nizamnamə məqsədləri, tələbləri və şərtləri ilə tanış olduqdan sonra daha konkret və qəti fikir söyləmək olar.


Nadir İsrafilov

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Ali məktəblər publik hüquqi şəxs statusunda...

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

"Bu proses çərçivəsində universitetlərin daxili idarəetmə strukturları dəyişdirilir"

"Bu proses çərçivəsində universitetlərin daxili idarəetmə strukturları dəyişdirilir"

Özünüidarə statusu ləğv edilən universietlərdə maliyyələşmə necə olacaq?

Özünüidarə statusu ləğv edilən universietlərdə maliyyələşmə necə olacaq?

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.”  Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.” Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

“Ya bu imtahanın qəliz mexanizmi aradan götürülməldir, ya da DİM-inə müəyyən maliyyə dəstəyi olmalıdır”

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək  Böyüt

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək Böyüt

Təhsil İdarəsi: Məktəblərin ödənişli olmasından söhbət getmir

Təhsil İdarəsi: Məktəblərin ödənişli olmasından söhbət getmir

"Dövlət İmtahan Mərkəzi dövlət orqanı deyil"

"Dövlət İmtahan Mərkəzi dövlət orqanı deyil"

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

Ekspert Nadir İsrafilov Gəncə təlimi ilə bağlı "Təhsil təkcə ümumdövlət işi olmayıb, həm də ümumxalq işi, ümummilli məsələdir"

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri