Xəbərlər / Müəllim
11 noyabr 2017
6 551


"Diplomsuzlar 800, savadlı müəllim 150 manat maaş alır"- EKSPERT

"Diplomsuzlar 800, savadlı müəllim 150 manat maaş alır"-  EKSPERT

Rəşad Həsənov:"Bu gün hər hansı uşağa "oxu, müəllim ol" dedikdə cavab verir ki, müəllimlərin özü tikintidə işləyir. Həqiqətən belədir. Məktəblərdə kişi müəllim qalmayıb".

 

"Azərbaycanda ən azı əmək haqqı alanlar səhiyyə və təhsil sahələrində çalışanlar".


Aztəhsil.com xəbər verir ki, bu barədə "Sherg.az"a həkim və müəllimlərin əməkhaqlarının artırılmasının vacibliyindən danışarkən iqtisadçı - ekspert Rəşad Həsənov bildirib.


Onun sözlərinə görə, kənd təsərrüfatı belə əmək haqqına görə, bu sahələrdən üstün hesab edilir:


"Bu istiqamətdə konkret və əsaslı qərarların verilməsinə ehtiyac var. Söhbət 5-10 faiz artımdan getmir. Belə artımla aradakı disbalansı düzəltmək mümkün deyil. Məsələn, heç bir ali təhsili olmayan sadə vətəndaş tikintidə işləyib, 800 manat maaş ala bilir, amma ali təhsilli müəllim məktəbdə işləyib, 150 manat alır. Bəzi ucqar regionlar çıxmaq şərti ilə ölkədə əsas məskunlaşma olan yerlərdə müəllim bolluğu var. Heç kim artıq dərs deyə bilmir, nəticədə yüksək əməkhaqqı almır. Səhiyyədə də təxminən oxşar problem hökm sürür. Maraqlısı odur ki, hər iki sahə dövlətin nəzarətindədir. Biz hazırda bir neçə nəfərin etdiyi cinayətkar əməllər, korrupsiya elementli fəaliyyətlərin cəzasını dövlət büdcəsində illik 440 milyon manatla ödəməli oluruq. Yəni bu kimi faktlara diqqət etsək, ölkənin imkanlarının olmaması fikri ilə razılaşmaq olmur.


Səhiyyə ilə təhsili fərqləndirən bir məsələ var. Səhiyyədə evindən xəstəxanaya gedən hər kəs öz cibinə pul qoyur. Düzdür, təhsildə də təxmini eyni elementlər görünür, amma səhiyyədə bu daha qabarıqdır. Deməzdim ki, bu gün səhiyyədə çalışan hər kəs ancaq maaş hesabına dolanır. Amma bir məsələ var ki, burada qanunlar tapdanır. İnsan ödənişsiz dövlət xəstəxanasında ödənişli xidmət alırsa, onun qanunların işləmə mexanizminə inamı itir. Üstəlik, orada çalışan heyətin psixoloji durumu ortaya çıxır. Yəni, sabah həmin həkimlərə yüksək maaş tətbiq edilsə belə, onlar ələbaxımlılığa öyrəşir. Dəfələrlə müşahidə etmişik ki, pulu olmayn insanları xəstəxanaya buraxmırlar, müalicələrini düzgün aparmırlar, laqeyd yanaşırlar. Bu isə dövlətin insan kapitalı siyasəti ilə uyğun deyil".

Təhsil sahəsində də səhiyyədə olduğu kimi problemlərin yaşandığını vurğulayan ekspert diqqətə çatdırıb ki, belə yanaşmalar ayrıseçkiliyə səbəb olur:


"Eyni zamanda qanunların pozulmasına, idarəetmədə oturanların korrupsioner olmasına gətirib çıxarır. Bu gün karbohidrogen resurslarından gələn gəlirlərin insan kapitalına uğurla transformasiya olunmasını düşünürüksə, dövlətin diqqətində ilk səhiyyə, ikinci təhsil olmalıdır. Hər iki istiqamətdə çalışanlara hörmət olmalı, normal əmək haqqı verilməlidir. Bu gün hər hansı uşağa "oxu, müəllim ol" dedikdə cavab verir ki, müəllim tikintidə işləyir. Həqiqətən belədir. Məktəblərdə kişi müəllim qalmayıb. Çünki Azərbaycanda ailə büdcəsi kişilər tərəfindən formalaşdırılır. Kişi müəllim isə əmək haqqı ilə ailəsini dolandıra bilmir, başqa sahələrə üz tutur. Bu, deqradasiyanın göstəricisidir.


2018-ci il büdcəsinə görə, 26 rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticəsinə uyğun 73 milyon manat pul nəzərdə tutulub. Bu, o qədər də böyük rəqəm deyil. Amma müəyyən irəliləyiş olduğunu deyə bilərik".


Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tibb işçilərinin maaşlarının, anadangəlmə fiziki qüsurlu şəxslərin müavinətlərin az olduğunu bildirib. Komitə sədri bu məsələyə baxılmalı olduğunu deyib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Təhsildə çalışanlara daha çox pul ayrılıb: Tibb sektorunda isə azalma olacaq

Təhsildə çalışanlara daha çox pul ayrılıb: Tibb sektorunda isə azalma olacaq

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

Təhsilə dövlət qayğısı büdcədə də öz əksini tapdı- Bu da...

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

DƏYƏRSİZ MÜƏLLİMLƏR

DƏYƏRSİZ MÜƏLLİMLƏR

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır

Rusiyada müəllimlər nə qədər maaş alır?

Rusiyada müəllimlər nə qədər maaş alır?

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Bu direktorların 40%-nin ali təhsili yoxdur – Sensasiya

Daha kimlərin təhsili pulsuz olsun?

Daha kimlərin təhsili pulsuz olsun?

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri