Bakıda “Öyrənməyi öyrənmək” adlı II Beynəlxalq Təlim Konfransı keçiriləcək
Bakıda 16-17 noyabrda Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə "Öyrənməyi öyrənmək” adlı II Beynəlxalq Təlim Konfransı keçiriləcək.
Məlumata görə, Avropa Azərbaycan Məktəbinin (EAS) Badamdarda yerləşən tədris binasında təlimin keyfiyyətinin yüksəldilməsi platforması çərçivəsində keçiriləcək konfrans müddətində iştirakçılar bilmək və öyrənmək arasındakı fərq və əsl öyrənməyin mahiyyətinə dair biliklərini inkişaf etdirəcəklər. Bundan əlavə, konfransda düşünmə prosesinin necə baş verməsi, müəllimlərin məntiqli düşünmək bacarığını necə təşviq etmələri və şagirdlərin təlim nəticələrinin inkişafında beynin məlumatı necə emal etməsinin rolu təhlil olunacaq.
Konfransda 3 tanınmış beynəlxalq məruzəçi– Kanadadan Leyn Klark, Böyük Britaniyadan Mətt Bromli və Tristan Stobi iştirak edəcək. Əsas məruzəçilərlə yanaşı, təcrübəli xarici və yerli təhsil mütəxəssisləri də bölmə seminarlarında müxtəlif mövzularda təqdimatlar keçirəcəklər.
Konfransda beynəlxalq səviyyəli qabaqcıl təhsil mütəxəssislərinin peşəkar təlim və inkişafa dair fikir mübadiləsindən əlavə, Azərbaycanın müxtəlif məktəblərində çalışan müəllimlərin bir araya gəlməsi, ünsiyyət qurması və təcrübə mübadiləsi üçün də imkan yaranacaq. Konfransda iştirak etmək arzusunda olan təhsil işçiləri www.azteachers.az saytında konfrans keçidinə daxil olub qeydiyyatdan keçə bilərlər.
Konfransdan sonra, noyabrın 18-də "Master klass” seminarları baş tutacaq.
İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək
Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək
İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib
“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir
“Fənlərin tədrisi problemləri: reallıqlar və perspektivlər” Respublika elmi-praktik konfransı keçirildi
“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir
Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb
Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək
Gəncədə təhsil işçilərinin konfransı keçirilib
“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib
SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək
UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib
“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”
SABAH xaricdə təhsil sərgisi keçiriləcək
Təhsil naziri Mikayıl Cabbarova yeni vəzifə veriləcək
Bakı Turizm Peşə Məktəbində açıq dərs
Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib
“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir
Təhsil İdarəsi: İslamiada zamanı Bakıda dərslərin təxirə salınmasına dair göstəriş verilməyib
AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib
Xəzər Universitetində təkrarlanan mədəniyyətlərdə prototiplər və ya mədəniyyət genomları" adlı VII Elmi beynəlxalq konfrans keçirilib.
Əcnəbi tələbələr arasında ilk TEDx formatlı yarışma keçirilir
Təhsildə daha bir uğur