Təlimçi müəllimlərə təlim keçirilib
"Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş "IV siniflərdə dərs deyən əsas müəllimlər üçün təlimlər” layihəsi çərçivəsində təlimlər davam edir.
Təlimçi müəllimlər üçün nəzərdə tutulmuş təlimdə DQ-də Ağcabədi rayonu üzrə ixtisasdan ən yüksək nəticə göstərmiş müəllimlər iştirak edib. Qeyd edək ki, təlimdən müsbət rəy alan müəllimlərin DQ-də ixtisas üzrə aşağı nəticə göstərmiş müəllimlərə təlimlər keçməsi nəzərdə tutulub.
Layihənin əsas məqsədi Ağcabədi rayonu üzrə təlimçi müəllimlər qrupu formalaşdırmaq, IV sinifdə dərs deyən əsas müəllimlərin ixtisas və metodik səviyyəsini yüksəltməkdən ibarətdir.
Artıq layihədə iştrak edəcək təlimçi və müdavim müəllimlər müəyyənləşib. Təlimlərə DQ-də İxtisas üzrə ən yüksək nəticə göstərmiş müəllimlərin təlimçi qismində, ixtisasdan 25 baldan aşağı nəticə göstərən müəllimlərin isə müdavim qismində cəlb edilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində 24 nəfər müəllimin təlimçi təlimində,76 nəfər müəllimin isə pedaqoji səviyyənin yüksəldilməsi üçün nəzərdə tutulmuş təlimdə iştrak edəcək.
Təlimlərin Ağcabədi şəhər M.F.Axundov adına 3 nömrəli məktəb-lisey və E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbdə keçirilməsi planlaşdırılıb.
2014/2015-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim” müsabiqəsinin Ağcabədi rayon üzrə qalibi Ağcabədi rayon Hindarx qəsəbə 1 saylı tam orta məktəbin İnformatika müəllimi Dəyanət Fərzəliyevin rəhbərlik etdiyi layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.
“Müəllimlər otağı”nda şagirdlər bəyəndikləri dərs metodları haqqında fikirlərini bölüşəcəklər
Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR
Xüsusi istedada malik şagirdlər üçün ustad dərsləri davam edir
"Ağsutexçilər" məktəb ərazisində meyvə ağacları əkiblər
Regionlarda məktəb psixoloqlarının praktik bacarıqları artırılır
Qrant müsabiqəsi üzrə qalib layihələr
Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR
Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək
Məktəbəhazırlıq qrupları ilə bağlı öyrədici təlimlərə start verilib
Qusar orta məktəbi pilot layihədə qalib olub
“eTwinning Plus” layihəsi çərçivəsində seminar
Təhsil Nazirliyi müsabiqə elan edir
Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı
“eTwinning Plus” layihəsi çərçivəsində seminar
BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib
"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”
İngilis dili müəllimləri Londonda səfərdə olublar
Paytaxt müəllimlərinə sertifikatlar təqdim olunub
Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.
Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı
Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi
Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq
Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək