Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub
Böyük Britaniya Parlamentində payız tətilindən əvvəl keçirilən ənənəvi parlament müzakirələrində Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Bob Bləkman tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində "Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik tədqiqatın ingilis dilində nəşrinin əhəmiyyəti və kitabın Böyük Britaniya Parlamentində beynəlxalq təqdimatının təşkili barədə məlumat verib.
Aztəhsil.com xəbər verir ki, millət vəkili həmkarlarını bu kitab vasitəsilə 20-ci əsrin görkəmli dövləti xadimi, Britaniyanın yaxın dostu olmuş Heydər Əliyevin tərcümeyi-halı və ictimai-siyasi fəaliyyəti ilə yaxından tanış olmağı tövsiyə edib.
Üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Bob Bləkmanın sözlərinə görə, bu kitab oxucunun diqqətini, həmçinin Ermənistanın işğalı nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarından didərgin düşmüş insanların acı həyatına çəkir.
Qeyd edək ki, ingilis dillində "TEAS Press” Nəşriyyatında işıq üzü görən "Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-tədqiqatın beynəlxalq təqdimatı cari ilin oktyabrın 31-də Böyük Britaniya Parlamentində keçirilib. Təqdimatda Böyük Britaniya Parlamentinin hər iki palatasının üzvləri, ictimai-siyasi xadimlər, diplomatik korpusunun nümayəndələri, tədqiqatçılar və Azərbaycan diasporasının fəalları iştirak edib.
Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi
ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib
Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...
İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək
Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.
ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib
İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib
29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib
ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi
ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu
Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub
Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur
“Azərbaycan bayrağı” kitabının təqdimatı olub
AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.
“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub
ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib
Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır
Tbilisidə “Molla Pənah Vaqifin şeirləri” kitabı çap olunub
ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb
Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib
Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA
Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib