Xəbərlər, Bakalavr
16 noyabr 2017
549

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən xeyli sayda tələbə var. Hazırda fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır ki, onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır.

 

Ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Hətta bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4500 manat təşkil edir ki, bu məbləğin də ödənilməsi hər insan üçün asan deyil. Məhz buna görədir ki, son 5 il ərzində 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina edib.

 

Maraqlıdır, bəs, bu məsələdə çıxış yolu nədən ibarətdir, təhsil almaq hüququndan imtina etməkdənmi? 


Məsələ ilə bağlı Aztəhsil.com-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirib ki, Konstitusiyanın 42-ci maddəsinə əsasən maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir.


"Təhsillə bağlı orta statistik məlumatı olanlar da bilməmiş deyillər ki, Konstitusiyanın 42-ci maddəsinə əsasən maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir. Bu hüquq, həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapıb. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını, habelə müvafiq beynəlxalq orqanların təcrübəsinin nəzərə alınması istiqamətində müəyyən işlər aparılır.


 "İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 13-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir. Ali təhsil bütün lazımi tədbirlərin, xüsusilə də tədricən pulsuz tədrisin tətbiq edilməsi yolu ilə hər kəsə qabiliyyətinə görə eyni dərəcədə əlçatan olmalıdır.

Məktəblər şəbəkəsinin fəal inkişafı həyata keçirilməli, qənaətbəxş təqaüd sistemi təyin olunmalı və müəllim heyətinin maddi vəziyyəti daim yaxşılaşdırılmalıdır. 


Digər tərəfdən təhsilin hamı üçün əlçatan olması kursunu götürdüyümüz – abituriyentlər üçün ikinci şans verilməsi, universitetlərin nəzdində hazırlıq kurslarının açılması bir şəraitində ödənişlərin də əlçatan olmasının təmin edilməsi vacib və zəruri şərtlərdən biridir”.


Ekspertin fikrincə, Azərbaycanın 2005-ci ildə Bolonya sisteminə qoşulması təhsil krediti ilə əlaqədar məsələni aktuallaşdırdı: 


"Bolonya sisteminə qoşulan ölkələr, ali məktəb tələbələrinə çox geniş spektrdə tələbə kreditləri verirlər. Kreditlər 3 faiz, ən yüksək halda isə 4-7 faizlə 15-20 illik müddətə qədər təqdim olunur. Azərbaycanda ödənişli təhsil alan kifayət qədər tələbə var. Ümumi götürdükdə, təhsil haqlarının təxminən, 1000-3000 arasında dəyişdiyini nəzərə alsaq, o zaman vəziyyətin ciddiliyi bir daha göz önünə gəlir. Əgər beynəlxalq təhsil sisteminə inteqrasiyadan söhbət gedirsə, dünyada belə təcrübə geniş yayılıb və mexanizmlər müxtəlifdir. Hansısa təhsil alan bir tələbə 5 illik kredit götürür, 5000 manat və ya dollarla. Bu krediti götürdükdən sonra, tələbə universitetdə təhsil haqqını, ödənişini ödəyir. Təhsilini bitirib işlədikcə, müqaviləyə əsasən, 5, 10, 15, hətta 20 ilə qədər müddətə o pulu qaytarmalıdır. 


Bütün bunları nəzərə alaraq, hətta Azərbaycanda təhsil krediti haqqında qanun layihəsi də hazırlandı. Bildiyim qədəriylə layihənin müzakirəsi zamanı kreditlərin maksimum 5 faiz dərəcəsi ilə ayrılması fikri irəli sürüldüyündən təklif sərfəli hesab olunmayıb. Çünki, ölkədə bankların faiz dərəcələri 17-34 faiz arasında dəyişir. 


Bu və digər səbəblərdən "Təhsil krediti haqqında" qanun layihəsi bir neçə dəfə Milli Məclisin iclaslarında müzakirələrə çıxarmasına baxmayaraq qəbul olunması bu günədək məqbul hesab edilməyib. Hər halda belə bir qanunun qəbul edilməsi ona imkan yarada bilərdi ki, tələbələr heç olmasa ödəniş vəsaitini əldə etməklə təhsil aldıqları müddətdə sosial qayğılardan müəyyən qədər uzaqlaşardılar. Təhsilini bitirib işlədikcə isə borclarını qaytarmaq imkanı əldə edə bilərdilər. Dövlətin də qazancı o olardı ki, ixtisaslı kadr hazırlanır, həmin tələbə fəaliyyət göstərdikcə, ölkənin inkişafına təbii ki, öz töhfəsini verəcək”. 


Nadir İsrafilov onu da deyib ki, son illər Azərbaycan təhsilində ödənişli formada təhsilin payının artması heç kəsə sirr deyil: 


"Ali məktəblərdə təhsil alan hər üç tələbədən ikisi ödənişli təhsil alır. Amma təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəlirləri ilə müqayisədə çox yüksəkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ali məktəblərə yüksək bal toplayaraq qəbul olmaq şansı əldə edən minlərlə məzun maddi imkansızlıq ucbatından tələbə olmaq imkanından yararlana bilməyib. Ödənişlərin yüksələn məbləğ ixtisas seçiminə də təsirsiz ötüşmür. Başqa sözlə, imtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradıb. 


Halbuki, Təhsilə dair Dövlət Strategiyasında tələbə kreditləri məsələsinə önəmli yer verilməsi problemin ciddiliyini bir daha qaçılmaz edir.

 

Düzdür, problemin həlli istiqamətində qismən olsa da müəyyən addımlar atılıb. 


Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi ilə əlaqədar Maarifçi Tələbə Kredit Fondu fəaliyyətə başlayıb.


Deyilən və yazılanlara görə fondun əsas missiyası bu yolla onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Lakin burda da müəyyən baryerlər var ki, tələbələr müəyyən ümumi tələblərə cavab verməlidir. Məsələn, gərək təsisçi universitetlərin birində təhsil alasan, yaşın 25-dən çox olsun, ailəsinin kredit borcu, ailə gəliri il ərzində 10 min manatdan çox olmasın, tələbə hər il kredit götürmək üçün fonda müraciət edəcək, amma onun akademik göstəricisi 71 baldan az olduğu halda ona həmin il kredit verilməyəcək və s. 


Sonda onu da qeyd etmək istərdim ki, bir halda ki, təhsili hamı üçün əlçatan etmək kursunu götürmüşük, təhsil alanlarımızın sosial problemlərinin həll olunmasında da əlçatanlıq yaratmalıyıq”. Professor Şahlar Əsgərovun təbirincə desək, gənclərin təhsilalma prosesi ilə bağlı olaraq dövlət hər bir gəncə təhsil alması üçün maksimum şərait yaratmalıdır. İndi təhsillə bağlı hər hansı bir qulluğun pullu olması təhsil almaq üçün əlverişli maksimum şəraiti minimuma endirir. Hər cür şəraitsizlik yaradılırsa, bu dövlətin ümumi inkişafına mənfi təsir edə bilər.


Vüsalə Qəzənfərqızı







Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Azərbaycanda təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb

Azərbaycanda təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb

Magistrlar kredit ala biləcək- DİQQƏT

Magistrlar kredit ala biləcək- DİQQƏT

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Daha kimlərin təhsili pulsuz olsun?

Daha kimlərin təhsili pulsuz olsun?

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Növbəti  dilemma qarşısında qalmışıq...

Növbəti dilemma qarşısında qalmışıq...

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI

Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq