Xəbərlər / Pedaqoji nəşrlər
17 noyabr 2017
3 236


İdarəetmə bir elmdir- Bəs, Azərbaycanda?

İdаrəеtmə təcrübəsinin tarixi insanların yaranışı və formalaşması  qədər  qədimdir.  İdаrəеtmə təcrübi olaraq çоx qədim оlmаsınа bаxmаyаrаq, bir еlm və tədqiqаt obyekti kimi nisbətən yеnidir.  Elm və fəаliyyət sаhəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq еtməyə başlamışdır.

 

Sənayeləşmə dövrü sənaye sahələrinin yaranması, xırda müəssisələrin iri müəssisələrdə təmərküzləşməsi, kiçik əmək kollektivlərinin böyük heyətlərdə birləşməsi ilə əlaqədar təcrübi idarəetmə prosesləri inkişaf edirdi. Sənaye sahələrinin idarə edilməsi XVIII əsrin axırlarından XIX əsrin sonuna dək olan dövrü əhatə edirdi.

 

Sənayeləşmə dövründə idarəetmə sahəsində yeni prinsiplər və metodlara ehtiyac yaranırdı. Bu cür prinsip və metodlar mürəkkəb idarəetmə formalarını asanlaşdırmaq məqsədini güdürdü. Həmin dövrdə elmi idarəetmənin yaranmasına ehtiyac yarandı. 1911-ci ildə Fredrik Teylor «İdarəetmənin prinsipləri» kitabını yazmışdır. Həmin vaxtdan idarəetmə bir elm kimi sistemləşdi və onun predmeti, obyekti, subyekti, prinsipləri, funksiyaları, metodları, tədqiq olunmağa başlandı.


İdarəetmənin bir elm kimi formalaşmasında dünyanın görkəmli alimlərindən Fredrik Teylor, Robert Ouen, Ceyms Mill, Anri Fayol, Meri P.Follet, Maks Veber, Kold Corc, İqor Ansoff, Terens Dill, Alan Kennedi kimi tədqiqatçıların böyük əməyi olmuşdur. Müasir dövr idarəetmənin tarixi dövrləri arasında ən mütərəqqi səciyyə daşıyır. İdarəetmədə bütün sahələr (sənaye, iqtisadi, tikinti, ticarət, təhsil, səhiyyə, mədəniyyət və s.) üzrə modellər və üsullar xarakterizə olunur, yeni texnologiyaların idarəetməyə gətirilməsinə üstünlük verilir.

 

Yeni rabitə texnologiyalarının köməyi ilə informasiyaların ötürülməsi, kompüter texnologiyası vasitəsilə riyazi hesablamaların aparılması, məlumatların uçota alınması, saxlanılması, işlənməsi və ötürülməsi, texniki vasitələrlə hadisələrin gedişatını izləmək və müşahidələr aparmaq idarəetmənin müasir dövrünün xarakterik xüsusiyyətlərindəndir.

 

Bəs, Azərbaycanda? (ardi var)


Şükür Qəribov, İlhamə Əsədova

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun: