Xəbərlər / Psixoloq / Valideyn
20 noyabr 2017
4 563


Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Bu günün şüarı gec danışanlar, nitqi ləngiyən uşaqlar üçündür...

 

Sözlər üzərində fokuslaşmayın, səslərlə oynayın!

 

Körpələrinizə nitqi sevdirin!

 

Danışmaq qəşəngdir, sən bunu bacarırsan, sən danışa bilirsən, sən çox qəşəng danışırsan!

 

Hər gün valideynlərdən körpələrinin nitq ləngimələri ilə bağlı təəssüflərini eşidirəm. Qərara gəldim ki, valideynlərin mənlə paylaşdıqlarını sizlər üçün yazaraq təqdim edim. Çünki günümüzdə bu şikayətləri çox eşidirik. Ümid edirəm ki, hər valideyn üçün əhəmiyyətli olar.

 

Valideynlər ilk olaraq deyirlər ki, uşaqda problemdən şübhələndiyim vaxt ən böyük səhvim GÖZLƏMƏK olub. Nə edəcəyimi bilmədən gözləyirəm ki, düzələcək. Nəsə edə bilmədiyim zamanda gözləmək mənə ən yaxşı variant kimi görünə bilir.

 

Əgər sən nitq ləngiməsi olan uşağın valideyni və ya əhatəsindəsənsə, dəstək üçün bunlara əməl etməlisən.

 

Söz (verbal) rutinləri ilə tanışlıq

 

Verbal və ya söz rutini nədir?

 

Müəyyən vaxtda təkrarlar edilməklə biz söz rutinlərini istifadə edirik. Bəs necə?


MÜTLƏQ EYNİ SÖZLƏR EYNİ ÜSULLA EYNİ VAXTDA EYNİ  MƏQSƏD ÜÇÜN EYNİ ƏŞYALARLA OLMALIDIR.


Məsələn, əgər uşağınız parka getməyi sevirsə, parka getmək üçün evdən çıxdıqda "Gedək?”, - deyə soruşun. Lakin "gedək” sözünü bir neçə dəfə təkrarlayın və bu situasiyanı təkrar olaraq bir neçə dəfə yaradın. Artıq o qədər soruşacaqsınız ki, həmin situasiyada uşaq özü "gedək” deyəcək.

 

Danışığı ləngiyən körpələr üçün söz rutini güclüdür. Lakin bir məsələ də var ki, bu rutinlər evdə bir neçə dəfə uşaq öyrənənə qədər və həmçinin sizə sözlə cavab verənə qədər təkrar olunmalıdır. Təəssüf ki, valideynə bu tapşırldıqda onlar evdə bir dəfə tətbiq edirlər və sonra da "mənə heç cürə söz demir uşağım, mənlə danışmır”, - deyə şikayətlənirlər. Və yaxud da valideynə tapşırdıqda onlar evdə bir dəfə tələb edir, sonra buraxılır və edilmir. Bu, onlara adi gəlir. Lakin bu, rutin şəklində bir neçə dəfə təkrar edilməlidir. Çünki hər dəfə təkrar edildikdə uşaq sizinlə kontakt yaradır və beləliklə də, kiçik ünsiyyətin, dialoqun əsası qoyulur. Belə tətbiq edildikdə təsir daha effektli olur və yalnız bu zaman müsbət nəticəni tez əldə edə bilirik. Bu proses uşağın nitqi açılana qədər davam etdirilməlidir.

 

Məsələn, hər vaxt uşağı hoppandırmağa (hop, hop, hop) hazır olun və ya aşağı qoyanda 1, 2, 3... deyin. Bunu bir neçə dəfə edin və bir, iki, üç saydıqda üç demədən öncə fasilə verin, bu zaman, uşağınız, sizə baxacaq və sizin nitqinizi tamamlamağa çalışacaq. Yaxud mahnı oxuyun, uşaq mahnını tanıdıqdan sonra isə fasiləylə oxuyun ki, siz dayandığınızda  uşağınız davam etdirsin.


Əziz valideynlər, həmçinin uşağınızla normal rutinlərdə də iştirak edin ( yemək, oynamaq, maşın sürmək və s.).

 

Nə  vaxt ki, uşaq danışmağa başlayır bax, o zaman qətiyyən dərhal sözə fokuslaşıb, ona söz dedirtməyə çalışmayın! Cümlə qurmağa tələsməyin! Bəzən uşaqlar söz deməyə başladıqda valideynlərin uşaqdan gözləntiləri artır, söz və cümlə tələb etməyə başlayırlar. Lakin buna tələsmək lazım deyil. Çünki uşaq yeni-yeni danışmağa başladıqda bu prosesi bir müddət sadə oyun şəklində davam etdirmək lazımdır ki, uşaq danışmaqdan qorxmasın və nitqi sevsin.

 

ELƏ İSƏ SƏSLƏRLƏ OYUN VAXTIDIR

 

Əgər uşağınızın nitqindən erkən sözlər gəlmirsə, oyun səsinizi müəyyənləşdirin;

Süni qışqırmaq - süni asqırmaq

Süni gülmək - süni ağlamaq

Süni boğulmaq - süni yemək və içmək

Süni xoruldamaq - süni istiləşmək

Süni donmaq - süni titrəmək

Süni öskürmək

Ş ş ş - sakit

Maşın səsi (bip, bip, bip, vın, vın, vın)

 

Süni öskürmək, əsnəmək, köpüyü partlatmaq (part, part, part), meyvəni səsli yemək (nyam, nyam, nyam)  və s. Körpə məqsədyönlü şəkildə öyrənir və danışmaq ona maraqlı gəlir. Bu oyunlar sayəsində körpələriniz motivasiya olunurlar. Özlərini rahat və güvəndə hiss edirlər. Artıq siz hər dəfə onlarla oynadığınız zaman asanlıqla, səsli şəkildə, sizi təkrar edirlər, sizlə oynayırlar və nəhayət, ilk sözlərini deməyə başlayırlar.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

III dünya müharibəsi ola bilər– İnsanlar məhv olacaq

III dünya müharibəsi ola bilər– İnsanlar məhv olacaq

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

XƏTALARA GÖZ YUMUN

XƏTALARA GÖZ YUMUN

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Uşaqlarda liderlik keyfiyyətini necə yaratmalı?

Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın- DİQQƏT

Övladınızın davranışı xoşunuza gəlmirsə, səhvi özünüzdə axtarın- DİQQƏT

Övladınızın tərbiyəsində bunları etməyin- Valideynlərə tövsiyə

Övladınızın tərbiyəsində bunları etməyin- Valideynlərə tövsiyə

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı-Nazirlik müsabiqədə müəllimləri aldadır?

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”