Savadın qiyməti nə qədərdir?
XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda qalmışdır. Buxar maşınlarının fəaliyyət prinsipi bir neçə il əvvəl yaradılsa da, yalnızca 1760-cı ildə şotlandiyalı mühəndis James Watt tərəfindən təkmilləşdirilir. Bu yazı onun və istehlakçının nəyə pul ödədiyi haqqındadır!
Bir dəfə Watt nəhəng buxar maşınında yaranmış problemi həll etməsi üçün dəvət edilir. Sahibkarla yaranmış problemlər səbəbindən ciddi zərərlə üzləşmişdi, digər mühəndislər problemi həll edə bilmədiyindən Watt şəxsən dəvət edilir. Çünki buxar maşınlarını əhəmiyyətli dərəcədə təkmilləşdirməsi səbəbindən onu buxar maşınlarının ikinci ixtiraçısı hesab edirdilər. Müasirləri arasında sözügedən cihazın mexanizmini onun kimi detallarına qədər heç kəs bilmirdi. Mühəndisə problemi həll etməsi qarşılığında o zaman böyük məbləğ hesab edilən 1000 dollar ödəmək təklif edilir.
Watt 3 dəfə buxar maşınının ətrafına dolanır, daha sonra böyük çəkic istəyir. Onun isətdiyi çəkic dərhal gətirilir. O çəkici tarazlayaraq maşının korpusuna bərk zərbə endirir və "İndi işə sala bilərsiniz” deyir. Maşın işə düşür. Ən maraqlısı isə bundan sonra başlayır. Maşın sahibləri çəkiclə endirilən cəmi 1 zərbəyə görə 1000 dollar ödəməyə heyfslənirlər və özlərini axmaq vəziyyətə düşmüş kimi hiss edirlər. Belə olduqda onlar hiyləgərlik etmək qərarına gəlirlər və daha sonradan mübahisə etməyə cəhd etmək üçün Watt-dan hesabı yazmasını tələb edirlər.
Watt isə öz növbəsində kağız götürür və belə yazır: "Çəkiclə zərbə 1 dollar, hara vurmaq lazım olduğunu bilməyə görə 999 dollar”. Vəziyyət belə olduqda maşın sahibləri söz verdikləri məbləği bütünlüklə ödəməli olurlar.
Ölkələr üzrə təhsil xərcləri – Siyahı
Ölümündən sonra milyonlar qazanan məşhurlar - SİYAHI
Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA
BİTMƏYƏN TIXACLARIN ŞƏHƏRİ BAKIDA NƏ QƏDƏR AVTOMOBİL VAR?
Azərbaycan təhsili hər il 16 milyon dolları rusa, gürcüyə necə yedirdir?
Bank qarətçisi necə xalq qəhrəmanına çevrildi?
Manatın ucuzlaşmasının qarşısını necə almaq olar? -EKSPERT RƏYİ
“iPhone X”la bağlı 2 problem həll edildi
Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər
Təhsilin 4-cü problemi-Şahlar Əsgərov yazır
“Google” “ağıllı” rayon yaradır - 1 MİLYARD DOLLARA
Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ
AMEA 20 milyona zəhər satmaq üçün alıcı axtarır
Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır
Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?
“Facebook” siyasi reklamları nəzarətə götürür
Təhsildən yazmaq olar, amma...
Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb
Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu
Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”
İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…
52 min şagird və 1050 sinif - dünyanın ən böyük məktəbinə xoş gəldiniz! - FOTO
"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov
Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”