Xəbərlər / Pedoqojitəcrübə / Müəllim
25 noyabr 2017
7 673


Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Ənənəvi dərsdə olduğu kimi, müasir, fəal dərs də təlim-tərbiyə və inkişaf vəzifələrini özündə ehtiva edir və müəllim bunların hər birini diqqətdə saxlamalıdır.   


Mən də şagirdləri sadəcə olaraq öyrətmirəm, onları öyrədə-öyrədə inkişaf etdirib tərbiyə etməyə çalışıram. Digər tərəfdən, şagirdlər inkişaf etdikcə və tərbiyə olunduqca onların təhsil məqsədlərinə  (dərsə, müəllimə,  özlərinə)  münasibətləri dəyişir.  Dərsin tərbiyə vəzifələrini reallaşdırarkən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair faktlardan və kadrlardan yeri gəldikcə tez-tez istifadə edir, şagirdləri muzeylərə, Fəxri xiyabana, Şəhidlər xiyabanına ekskursiyaya aparıram.


İstedadlı və qabiliyyətli şagirdləri aşkara çıxarmaq üçün ilk növbədə şagirdlərin  idrak fəaliyyətlərinin xüsusiyyətlərini, inkişaf səviyyəsini və fərdi xüsusiyyətlərini öyrənirəm.


Dərsdə şagirdlərin diqqəti əsasdır. Diqqətin paylanması qavramada böyük rol oynayır. Ona görə diqqətin tərbiyəsinə xüsusi fikir verirəm. Çünki psixoloqların  apardıqları tədqiqata görə, şagirdlərin eşitdiyinin10, oxuduğunun 20, görüb eşitdiyinin 50, müstəqil işlədiyinin 90 faizi yadda qalır. Ona görə də görmə və eşitmə qavrayışından birgə istifadə edərək onlarda müstəqillik yaradır, dərsdə emosional  təsirlərə geniş yer verirəm.


Diqqətin keyfiyyətinə təsir edən amillərdən biri də maraqdır. Maraqsız dərsdə diqqəti yığmaq çox çətindir. Buna görə də didaktik oyunlara daha çox yer verirəm. Oyunda uşağın əqli, ürəyi, qəlbi formalaşır. Onların diqqəti bir yerə yönəlir, müstəqil düşünür, yadda saxlayır, özlərinə çıxış yolu tapırlar. Didaktik oyunlarda  şagirdlər mövcud biliklərindən istifadə edərək yeni biliklər qazanmaqla, təhlil, müqayisə və nəticə çıxarma bacarıqlarına  yiyələnir, tədris prosesində şagirdlər üçün dəstəkləyici  və əməkdaşlıq mühiti yaranır.


Müasir təlim nəzəriyyəsində müəllim-şagird, şagird-şagird münasibətləri mühüm rol oynayır. Buna görə də Təhsil Qanunundan irəli gələn məktəbin demokratikləşdirilməsi vəzifəsi təlim və tərbiyənin humanistləşdirilməsini tələb edir. Bu isə öz növbəsində müəllimlərlə şagirdlər arasında münasibətlərin demokratikləşdirilməsini və xüsusən müəllim-şagird münasibətlərinin humanist xarakterdə olmasını zəruriləşdirir. Deməli, müasir məktəbin yenidən qurulması həm də müəllim- şagird münasibətlərinin humanistləşdirilməsi ilə əlaqədardır.


Mən kiçikyaşlı məktəblilərlə apardığım gündəlik dərslərimdə, sinifdən və məktəbdənkənar tədbirlərdə müəllim-şagird, şagird-şagird münasibətlərinin humanistləşdirilməsinə xüsusi diqqət yetirirəm.


Şagirdlərə münasibətimdə onların çatışmayan cəhətlərini, buraxdıqları səhvləri bağışlamağa, maraq və meyillərini nəzərə almağa çalışıram. Bu məqsədlə münasibətimdə nəzakətə, aşkarlıq və səmimiyyətə üstünlük verirəm. Şagirdlərlə ünsiyyətdə səs tonumda mehribanlığa, səmimiyyətə, yumşaqlığa fikir verirəm. Lazım gəldikdə  fərdi, üzbəüz ünsiyyət forması ilə yanaşı frontal və ya şagird qrupu ilə ünsiyyətdən, yazılı və vasitəli ünsiyyət formasından da istifadə edirəm.


Şagirdlərə humanist münasibətin səmərəsi, birinci növbədə hər bir şagird haqqında ətraflı məlumatın olması ilə əlaqədardır. Bu məlumatları şagirdlərin şəxsi işindən, onların müxtəlif vəziyyətlərdə müşahidə edilməsindən, valideynlərlə əlaqədən və nəhayət, onlarla ünsiyyətdən toplayıram.


Bu zaman aşağıdakı psixoloji-pedaqoji sxemi əsas götürürəm:


1. Şagird haqqında ümumi məlumat, ailənin tərkibi, sosial və iqtisadi vəziyyəti, ailədə qarşılıqlı münasibət, ailədə ünsiyyətin xarakteri.


2. Şagirdin xarici əlamətləri: boyu, köklüyü, fiziki çatışmazlığı və ünsiyyətə mənfi təsir edən başqa amillər.


3. Hərəki fəallığı.


4. Nitqinin xüsusiyyətləri.


5. Xarici görkəminə münasibəti.


6. Əqli qabiliyyətinin xüsusiyyətləri.


7. Şəxsiyyətinin əməli keyfiyyətləri.


8. Emosional hissi xüsusiyyətləri.


9. Dünyagörüşü, həyat məqsədi, marağı, hadisələrə münasibəti, insani dəyərləri, fəal həyat mövqeyi, beynəlmiləlçilik və vətənpərvərlik hissləri, ideya mətinliyi.


10. Şəxsiyyətin mənəvi keyfiyyətləri.


11. Təlimə (əməyə), müxtəlif vəzifələri yerinə yetrməyə münasibəti.


12.Asudə vaxtın keçirilməsində fəallığı.


13. Şagirdin başqa insanlara münasibəti.


14. Özü-özünə münasibəti.


Bu sxem əsasında hər bir şagirdin xarakterini müəyyənləşdirir və onlarla ünsiyyətdə nəzərə alıram.


Müəllimin şagirdlərlə ünsiyyəti bir-biri ilə əlaqədar olan və bir- birini şərtləndirən, müxtəlif formalarda və müxtəlif vəziyyətlərdə (şəraitlərdə) yerinə yetirilən birgə fəaliyyətlərdə meydana çıxır. Bunların içərisində müəllimin tədris etdiyi fənn xüsusi yer tutur. İstənilən fənn öz məzmununa görə tərbiyəvi, mənəvi təsirlər, fikir mübadiləsi, həyat haqqında müsahibə üçün geniş imkanlara malikdir. Lakin hər bir dərsin məzmununun müəllim-şagird münasibətlərini fəallaşdırması üçün daim dərsin keyfiyyətinin yüksəldilməsinin üzərində işləmək tələb olunur. Tədrisin keyfiyyəti yalnız elmə olan marağın deyil, həm də müəllimə olan hörmətin, sevgi və inamın formalaşdırılması ilə bağlıdır.


Dərs şagird üçün o zaman cəlbedici və maraqlı olur ki, müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət etsin, onlarla diskussiya aparsın. Bunun üçün müəllim ünsiyyət psixologiyasını nəzərə almalıdır. Böyük yazıçı və pedaqoq L.N.Tolstoy deyirdi: "Fənninlə şagirdini tərbiyələndirmək istəyirsənsə öz fənnini sev, onu bil, onda uşaqlar səni də sevər, fənnini də. Yox, əgər fənnini bilmirsənsə, onda dediyin fənnin heç bir tərbiyəvi təsiri olmayacaq".


Əgər müəllim yeri gəldikdə şagirdlərlə ünsiyyət formasını dəyişdirmirsə, hər dəfə eyni üsulla dərs aparırsa, onda dərs həm uşaqlar, həm də müəllim üçün maraqsız, hətta yorucu olacaq. Bunu nəzərə alaraq müxtəlif fəal təlim metodlarına, işgüzar oyunlara (hekayənin rollarla oxunuşu), didaktik oyunlara, nəqletməyə, diskussiyaya, ekskursiyaya geniş yer verirəm. Bu zaman müəllim-şagird ünsiyyəti üçün böyük imkanlar açılır və humanist münasibətlərin formalaşması üçün şərait yaranır.


Dərs müəllimlə şagirdlərin birgə fəaliyyəti ilə cərəyan etməlidir.


Hətta deyərdim ki, şagirdlər müəllimdən də fəal olmalıdırlar. Bu məqsədlə eyni bir dərsdə bir neçə dəfə bütün siniflə, bir neçə dəfə də fərdi və qruplarla məşğul olur və onları düzgün növbələşdirməyə səy edirəm. Eyni bir dərsdə ünsiyyəti həm bütün şagirdlərlə, həm də onlardan hər biri ilə yaratmaq mürəkkəb işdir. Bunu mən qabaqcadan - dərsə hazırlaşarkən nəzərə alır, dərsdə kollektivin, uşaqlar qrupunun və ayrı-ayrı uşaqların funksiyalarını bir- birindən ayırd edirəm. Belə ki, riyaziyyat dərsində toplamanın yerdəyişmə xassəsini özüm izah etdikdən sonra (müəllimin bütün şagirdlərlə münasibəti) lövhəyə dörd variantdan (hər birində 8 misal) ibarət misal yazır, cərgələrarası "kim tez hesablayır!" yarışını keçirirəm (müəllim-şagird qrupu münasibəti). Dərsin sonunda ayrı-ayrı şagirdlərə sual verib (müəllim- şagird münasibəti) cavab alıram. Bu üsulla ana dili, fiziki tərbiyə, əmək hazırlığı və s. dərslərini də təşkil edirəm.


Dərslərin belə formada aparılmasında həm müəllimlə şagirdlər, həm də şagirdlərin özləri arasında işgüzar ünsiyyət yaranır və dərsdən-dərsə inkişaf edir.


Mən həmişə bu və ya digər sinifdənxaric, məktəbdənkənar tədbirləri planlaşdırarkən  şagirdlərin arzu və istəklərini əsas götürürəm. Məktəbdə keçirdiyim bir neçə tərbiyəvi tədbirlərin müəllifi  şagirdlər olmuşdur. Belə olduqda uşaqlar tədbirin ssenarisinin qurulmasında, vəzifələrin bölüşdürülməsində öz qüvvə və bacarıqları zəminində fəal iştirak edir və tədbirlərin tərbiyəvi təsiri yüksəlir. Bütün bunlara görədir ki, işlədiyim siniflərdə şagirdlər bilik və bacarıqları, dünyagörüşləri, istedadları,  tərbiyəlilik  səviyyələri ilə digər şagirdlərdən seçilirlər.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Ənənəvi təlimin imkanları.

Ənənəvi təlimin imkanları.

Kurikulumdan 20 TEST

Kurikulumdan 20 TEST

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Fəal/interaktiv təlimin 4 mexanizmi

Fəal/interaktiv təlimin 4 mexanizmi

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.