Xəbərlər / H/N sənədlər / Direktor / Müəllim
27 noyabr 2017
5 290

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat

Pedaqoji işçilərə gördüyü işlərin həcmi və xarakteri əsas vəzifə ilə yanaşı  əlavə vəzifələrin də yerinə yetirilməsi zərurəti yaradır. Əlavə vəzifələrin yerinə yetirilməsi üçün əlavə ödənişlər tətbiq olunur. Həmin ödənişlərin verilməsi və miqdarı aşağıdakı kimi müəyyənləşdirilir.

І Sinif rəhbərliyi, dəftər və yazı işlərinin yoxlanması üçün əlavə haqların ödənilməsi

1.Ümumtəhsil, texniki-peşə və orta ixtisas məktəblərində sinif (qrup) rəhbərliyinə görə aşağıdakı kimi əlavə haqlar ödənilir.

-І - ІV siniflərdə bir müəllim stavkasının 15 faizi həcmində;

-V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində;

-Texniki peşə, orta ixtisas məktəblərində bir müəllim stavkasının 15 faizi həcmində.

Sinifdə (qrupda) şagirdlərin sayı 10 nəfərdən az olduqda sinif (qrup) rəhbərliyi üçün müvafiq məbləğin 50 faizi ödənilir.

Peşə məktəblərində və peşə liseylərində peşə ilə yanaşı orta təhsil də verən qruplarda, əsas təhsil bazasından peşə məktəbinə (liseyinə) daxil olan və 1-2 il müddətinə təhsil alan qruplarda sinif rəhbərliyi verilir.

Bütün tipdən olan internat məktəblərində, sanatoriya-peşə məktəblərinə sinif rəhbərliyi üçün əlavə haqq ödənilmir.

Azkomplektli ibtidai siniflərdə dərslər iki müəllim tərəfindən aparılmalıdırsa və ikinci müəllim xəstəliyə və digər səbəblərə görə yoxdursa, sinif rəhbərliyi və dəftərlərin yoxlanılmasına görə əlavə haqq şagirdlərin ümumi sayından asılı olaraq bir sinif (sinif komplekt) üçün verilir.

2.Müəllim yalnız bir sinifdə sinif rəhbərliyi apara bilər. Məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər.

Axşam (növbəli) orta ümumtəhsil məktəblərinə iki növbəliklə əlaqədar və ya digər səbəbə görə iki qrupa bölünüb müxtəlif vaxtlarda dərs keçirilirsə, sinif rəhbərliyi üçün haqq bir sinif üçün ödənilir.

3.Bütün tipdən olan ümumtəhsil və internat məktəblərinin І - ІV sinif müəllimlərinə dəftərlərin və  yazı  işlərinin  yoxlanılması  üçün  bir  müəllim  stavkasının 10 faizi miqdarında əlavə haqq ödənilir. Əlavə haqq dərs yükünün həcmindən asılı olmayaraq  əsas müəllimə  verilir. 

Sinifdə  (sinif  komplektində) şagirdlərin sayı 10 nəfərdən az olduqda yazı işlərinin yoxlanması üçün müvafiq məbləğin 50 faizi ödənilir.

Evlərdə, xəstəxanada və ya sanatoriyada  І - V  sinif  şagirdləri ilə fərdi və  ya qrup halında dərs aparan müəllimlərə yazı işlərinin yoxlanılması üçün əlavə haqq ödənilmir.

Təlim qeyri-azərbaycan dilində aparılan І - ІV siniflər azərbaycan dilini, təlim azərbaycan dilində aparan І - ІV siniflərdə  xarici  dili digər müəllim  tədris edirsə, həmin müəllim şagirdlərin sayı nəzərə alınmaqla yazı işlərinin yoxlanması üçün ibtidai siniflərdə nəzərdə tutulmuş ödənişə uyğun olaraq dərs dediyi faktiki saatların miqdarına görə əlavə haqq ödənilir.

Ümumtəhsil və internat məktəblərinin V  -  XІ  (XІІ)  siniflərin  (o  cümlədən evdə, xəstəxanada, sanatoriyada fərdi və ya qrup halında dərs aparanlar), texniki peşə, orta ixtisas məktəblərinin ana dili və ədəbiyyat üzrə yazı işlərini yoxlanması üçün bir müəllim stavkanın 15 faizi, riyaziyyat, xarici dil və stenoqrafiya üzrə 10 faizi miqdarında əlavə haqq ödənilir.

Siniflərdə (qruplarda) şagirdlərin sayı 10 nəfərdən az olduğu halda yazı işlərinin yoxlanılması üçün müvafiq məbləğin 50 faizi ödənilir. Bu qayda həmçinin siniflər yarımqruplara bölündükdə də tətbiq edilir. Dərs ili ərzində şagirdlərin sayı ilə əlaqədar sinif rəhbərliyi və yazı işlərinin yoxlanması üçün verilən əlavə haqq dəyişilmir.

Orta ixtisas məktəblərində rəsmxət və texniki mexanika üzrə yazı işlərinin yoxlanması üçün müəllim stavkasının 10 faizi miqdarında əlavə haqq ödənilir.

ІІ Fənn, bölmə və metodiki komissiyalara, şöbə, tədris kabinetlərinə, tədris- təcrübə sahələrinə, tədris emalatxanalarına, bədən tərbiyəsi üzrə sinifdən xaric işlərin aparılmasına rəhbərlik üçün əlavə haqların ödənilməsi.

1.Orta ixtisas məktəblərində müəllimlərə fənn, bölmə və metodiki komissiyalarda rəhbərlik üçün bir müəllim stavkasının 15 faizi miqdarında əlavə haqq ödənilir.

2.Məktəb və internat məktəblərdə, peşə məktəbləri və peşə liseylərində tədris kabinetinin müdirinə (peşəyönümü, informatika və hesablama texnikası  daxil olmaqla) stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir. Hesablama texnikasına xidmət üçün bu iş həvalə olunan şəxsə hər bir işləyən kompüterə görə müəllim stavkasının 3 faizi həcmində əlavə haqq ödənilir.

3.Pedaqoji məktəblərdə tədris kabineti və ya laboratoriya müdirliyinə görə bir stavkanın 15 faizi miqdarında əlavə haqq ödənilir. Tədris kabineti və ya laboratoriya müdirliyinə görə əlavə haqq yalnız tədris işlərini aparmaq üçün lazımi avadanlıq olduqda verilir.

4.Tədris-təcrübə sahəsinə rəhbərlik üçün əsas məktəblə bir müəllim stavkasının 10 faizi miqdarında, orta məktəblərdə isə faizi miqdarında, internat məktəblərində və ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi təyinatlı məktəblərdə 20 faizi miqdarında əlavə haqq ödənilir.

Əlavə haqq uşaqlar tərəfindən təsərrüfat işlərinin görüldüyü müddət üçün ödənilir. İstixanaları və şitillikləri olan məktəblərdə həmin məbləğ il ərzində ödənilir.

11.12.1996

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair 1997-ci il Təlimatı

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat-  Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Təhsil müəssisələrində çalışan işçilərə Əlavə haqların ödənilməsinə dair Təlimat- Bu təlimat 1 yanvar 1997-ci ildən tətbiq edilir.

Pedaqoji işlə əlaqəsi olmayan peşə və vəzifələri əvəz etməyə görə əlavə haqların ödənilməsi.

Pedaqoji işlə əlaqəsi olmayan peşə və vəzifələri əvəz etməyə görə əlavə haqların ödənilməsi.

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Noyabrın 1-dən şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək

Noyabrın 1-dən şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

Təhsil müəssələrində ştatlar haqqında ...TƏLİMAT

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

DİM ittihamlara cavab verdi

DİM ittihamlara cavab verdi

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova

DİM: 120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub

DİM: 120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

İbtidai siniflər üçün əlavə yaz tətili başlayır

Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, litseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi

Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI