Xəbərlər / Valideyn / Direktor / Müəllim
28 noyabr 2017
3 455


Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Nəsimi rayonu 14 saylı tam orta məktəbin "3-Ç” sinfinin valideynləri 3 gündür ki, uşaqlarını dərsə göndərmir.


Onlar şagird Sadıqzadə Məhəmmədhəsənin "3E” sinfindən "3Ç” sinfinə keçirilməsinə etiraz edir.


Aztəhsil.com "qafqazinfo”ya istinadən xəbər verir ki, valideynlər övladlarının Məhəmmədhəsənlə birgə təhsil almasını istəmir.


Valideyn Ruhiyyə Mövsümova bildirir ki, Məhəmmədhəsən əvvəl "3E” sinfində təhsil alıb:

 

"Həmin sinifdə sinif yoldaşlarına qarşı yaxşı davranmadığı üçün valideynlərin şikayəti əsasında bizim uşaqların sinfinə keçirilib. Biz də istəmirik ki, o uşaq bu sinifdə oxusun. Çünki övladlarımızın tərbiyəsini pozur. O, dərsin gedişinə mane olur, şagirdlər üçün təhlükəli vəziyyət yaradır. Bir andaca kimisə yumruqlaya, cırmıqlaya bilər. Çantasında kəsici iti alətlər gəzdirir”


Valideynlər həmçinin Məhəmmədhəsənin ata-anası ilə danışa bilmədiklərini vurğulayırlar:

 

"Həmin qadına yaxın getmək olmur. İndi də polisə müraciət edib ki, guya, biz valideynlər ona xəsarət yetirmişik. Səhər polis gəlib bizdən ifadə aldı. Direktor da deyir ki, uşağın o sinifdə oturmaq haqqı var. Biz oturub gözləməliyik ki, sabah uşaqlarımızın başına hansısa hadisə gəlsin?


Uşaq oğlanlara öyrədir ki, gəlin siqarət çəkək. Özüylə dərsə alışqan gətirir və deyir ki, hər yeri yandıracaq. Dərs vaxtı uşaqların imtahan vərəqlərini cırır. Paltarlarını soyunub qız uşaqlarına bədənini göstərir”.


Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Muradova açıqlamasında məsələdən xəbərdar olduqlarını və problemin məktəbdə 3 gündür ki, davam etdiyini qeyd edib:

 

""3-E” sinfinin valideynləri Sadıqzadə Məhəmmədhəsənlə bağlı direktora şikayət edib. Şikayət əsasında direktor şagirdi "3-Ç” sinfinə keçirib. İndi də bu sinfin valideynləri şagird gedib dərsdə oturmamış ona etiraz edirlər.


Buna bizim qanun yol vermir. Hansısa nalayiq hərəkətləri etmək üçün zaman lazımdır. Baş İdarə də bu işdən xəbərdardır. Hələ ki sinifdə heç bir hadisə baş verməyib. Ona görə də etiraz edən valideynlər haqsızdırlar.


Müəllim hazırda tək uşağa dərs keçir, qalan şagirdlər dərsə gəlmir. "3-E” sinfinin valideynləri şikayətlərində bildirmişdi ki, Məhəmmədhəsən şagird vurub. Direktorla Sadıqzadə Məhəmmədhəsənin valideyni arasında da heç bir sövdələşmə olmayıb”.


Sözügedən şagirdin anası da məktəbdə olsa da, o saytımıza açıqlama verməkdən imtina edib və məsələnin polis tərəfindən araşdırıldığını bildirib.


Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi də saytın sorğusunu cavablandırıb.


Cavabı olduğu kimi təqdim edirik:


"Bakı şəhəri 14 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, rus bölməsində təhsil alan 1 nəfər III sinif şagirdinin (müvafiq səbəblərə görə adını qeyd etmirik) davranışı ilə bağlı yaranmış problemə görə məktəb rəhbərliyi həmin şagirdin sinfini dəyişərək onu digər paralel sinfə keçirib. Lakin digər şagirdlərin valideynləri həmin şagirdin bu sinfdə oxumasına etirazlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq, məsələ öz həllini tapmayıb.


27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıb. Qeyd olunan şagirdin valideynləri onların övladlarına qarşı olan münasibətə görə polisə müraciət ediblər. Digər valideynlər də bu məsələnin araşdırılaraq həll olunmasını tələb edirlər.


Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, valideynlərlə söhbət aparılıb.


Psixoloqlar da məsələnin həllinə cəlb olunub. Problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır


Bəzi yanlış məlumatlarda qeyd olunduğunun əksinə, məktəbdə hər hansı kütləvi etiraz halı baş verməyib. Bu, sadəcə qeyd olunan məsələ ilə bağlı bir neçə valideyn arasında baş vermiş problemdir. Məktəbdə tədris prosesi normal şəkildə davam edir.


Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bakının 14 nömrəli məktəbində QALMAQAL

Bakının 14 nömrəli məktəbində QALMAQAL

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Bakıda valideynlər etiraz etdi

Bakıda valideynlər etiraz etdi

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb

Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb

Şagirdinin alnına “axmaq” sözünü yazdı, işdən qovuldu- Məhkəməyə verildi

Şagirdinin alnına “axmaq” sözünü yazdı, işdən qovuldu- Məhkəməyə verildi

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Bakı Məktəb Liseyində etiraz - Təhsil Nazirliyi ayağa qalxan valideynlərə cavab verdi

Bakı Məktəb Liseyində etiraz - Təhsil Nazirliyi ayağa qalxan valideynlərə cavab verdi

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Azərbaycan təhsil sisteminə etiraz - Valideynlər ayağa qalxdı

Azərbaycan təhsil sisteminə etiraz - Valideynlər ayağa qalxdı

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" — Məktəbdə daha bir qalmaqal

Valideynlər məktəbin qarşısında aksiya keçirdi

Valideynlər məktəbin qarşısında aksiya keçirdi

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

BŞTİ: Bakıda şagirdi tənbeh edən müəllim cəzalandırılıb

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb