Xəbərlər / Psixoloq / Abituriyent
01 dekabr 2017
3 125


İmtahanda həyəcanlanırsınız? - Elə isə...

İmtahan təcrübəsi qazanmaq İmtahana hazırlaşarkən şagirdin mövzuları öyrənməsi, mövzu ilə bağlı problemləri həll edə bilməsi, onun imtahana hazır olduğunu göstərmir. İmtahanda necə davranılacağı, hansı bölmələrdən başlayıb, hansı bölməyə nə qədər vaxt ayrılacağı müəyyənləşdirilməli, təcrübə qazanılmış şəkildə imtahana girilməlidir.

 

• Sınaq imtahanları həqiqi imtahan kimi qəbul edilməlidir.

 

• İmtahan həyəcanı və səhv etmə faizi sınaq imtahanları ilə ən aza endirilməlidir.

 

• İmtahana 2-3 ay qalmış, rejimli hazırlaşmaqla mövzu əksiklikləri tamamlanmış olmalıdır. 

 

• Müəyyən zaman çərçivəsində testlər həll edərək, sual həll etmə sürəti artırılmalıdır. ƏSAS OLAN YERƏ YIXILIB -YIXILMAMAQ DEYİL, TƏKRAR AYAĞA QALXIB –QALXMAMAQDIR • İmtahana 1 ay qalmış əvvəlki illərdə düşmüş suallar nəzərdən keçirilməlidir.

 

• Sınaq imtahanlarında həllə hansı testdən başlanacağı və nə qədər vaxt ayrılacağı müəyyənləşdirilməlidir.

 

İmtahana qədər hər şagird vaxtını ən yaxşı şəkildə dəyərləndirərək, imtahan günü bilik və təcrübəsini ən üst səviyyəyə çatdırmalıdır. İTİRİLMİŞ

ŞEYLƏRİN HEÇ BİRİ BİR DAHA GERİ GƏLMƏYƏCƏK VƏ SABAH KEÇMİŞ ZAMANIN VERDİYİNİ GƏTİRMƏYƏCƏK. 

 

Beyin yorularmı?


Öyrənmək mücərrəd bir hadisə, ya da hal deyil. Öyrənmək beyindəki sinir hüceyrələri arasında qurulan zülal zəncirləriylə həyata keçir. Öyrənmək sinir hüceyrələri arasındakı bağla əlaqəli olduğuna görə, "Oxumağın sağlamlığınıza zərərli olduğu, gənc beyinlər üzərində yıxıcı təsir bağışladığı, beyinin dolduğu və ya yorulduğu” kimi düşüncələrin elmi əsası yoxdur.


Sinir hüceyrəsi sahib olduğu xassələrlə əzələ hüceyrələrindən tamamilə fərqlidir.


"XƏSTƏLİK BƏDƏN ÜÇÜN BİR MANEƏDİR. ANCAQ İRADƏ ZƏİF OLMAZSA, İRADƏ ÜÇÜN MANEƏ DEYİL. "MƏN ŞİKƏSTƏM”. BU, BƏDƏN ÜÇÜN BİR ZƏİFLİKDİR. ANCAQ İRADƏ ÜÇÜN HEÇ VAXT BİR RUH DÜŞKÜNLÜYÜ DEYİL. BAŞINA GƏLƏCƏK HƏR QƏZA ÜÇÜN EYNİ ŞEYİ DÜŞÜN. O ZAMAN BUNLARIN BAŞQA ŞEYƏ MANE OLDUĞUNU, ANCAQ SƏNƏ HEÇ VAXT MANE OLA BİLMƏYƏCƏYİNİ ANLAYACAQSAN.” Epiktetos Heç vaxt təslim olmayın!


Uğursuzluq yoxdur, sadəcə nəticələr vardır. İşlər planlaşdırdığınız kimi getməyəndə, adətən, bacarıqsız olduğunuzu düşünürsünüz. Halbuki hadisələrə baxışınız yaxşı, ya da pis deyil, hər şeyin bir vəziyyətdə olduğunu düşünməlisiniz. İşə uğursuzluq fikrini düşüncənizdən silməklə başlayın, görəcəksiniz ki, yeni fürsət qapıları üzünüzə açılacaq. Thomas Edison, lampanı kəşf etmək üçün etdiyi 9999 sınaqdan sonra köməkçilərinin "Bacara bilmədik” deməklərinə qarşılıq belə demişdir: "Uğursuzluğa tuş gəlmədik, indi bütün insanların içində uğura ən yaxın olanı bizik. Çünki etməməli olduğumuz 9999 şeyi biz artıq bilirik.” 

 

Digər insanların təslim olduğu anda siz davam etməlisiniz!

 

Dəyişiklik üçün 5 addım

 

• Oxumaqla bağlı fikir və hisslərinizi gözdən keçirin.

 

• Hazırlaşmaq vərdişinizi gözdən keçirin.

 

• Fəal hazırlaşma üsullarını öyrənin.

 

• Tətbiq edərkən davamlı və dəqiq olun.

 

• Nəticəni dəyərləndirin.

 

İmtahan qabağı həyəcanın aradan qaldırılması İmtahan hazırlığının ən qızğın ərəfəsinə girdiyiniz günlərdə, imtahanla əlaqəli narahatlıq səviyyəsinin yüksək olması normaldır. Qabağınızda olan qısa zamanı ən faydalı şəkildə dəyərləndirərək, imtahanla bağlı pis fikirlərinizdən azad olub, fikrinizi dərslərinizə yönəltməlisiniz. Bunu təmin etmək üçün ilk əvvəl həyəcanın nə olduğunu öyrənməlisiniz. Sonra qorxu ilə arasındakı fərqi başa düşərək, imtahan həyəcanını artıran səbəbləri bilməli və imtahan narahatlığınızı azaldacaq təkliflərdən faydalanmalısınız. Narahatlıq mənfi bir haldır. İnsanın özünü pis hiss etməyinə, ən pisin isə şəxsiyyətini mənfi dəyərləndirməsinə səbəb olur.


Narahatlığı qorxudan ayırd etmək lazımdır. Qorxu hissi həqiqidir. Misal üçün; itdən qorxmaq, çünki həyatımızın təhlükə altında olduğuna hiss edirik. Bununla bağlı olaraq qaçırıq. İmtahan mühitində bu cür ciddi mənada bir təhlükə olmadığı üçün bunu qorxu olaraq adlandıra bilmərik. Yəni imtahan mühiti ciddi bir təhlükə təşkil etməməkdədir. Bu halda narahatlıq həqiqətlə heç bir əlaqəsi olmayan, bizi yanıldan bir haldır. 

 

İmtahan həyəcanını artıran başlıca səbəblər

 

• Ətrafdakıların şagirdlə bağlı düşüncələrinin şagirddə yaratdığı narahatlıq "Qəbul olmasam ağılsız olduğumu düşünəcəklər.” 

 

• Şagirdin özü ilə bağlı narahatlığı, qəbul ola bilməməsi düşüncəsi.

 

• Özünü imtahana kifayət qədər hazır hiss etməməsi, ifrat gərginlik səbəbiylə imtahana lazımi qədər hazırlaşmaması. "Heç nə bilmirəm, bacara bilməyəcəm” hissi. 

 

Fikir verilərsə, imtahan qorxusu imtahanın özündən deyil, şagirdin imtahana baxışından qaynaqlanır. 

 

İmtahan qorxusunu azaltmaq üçün təkliflər

 

• Hər şeydən əvvəl imtahanı şəxsiyyətinizin dəyərləndirməsi olaraq görməyin. İmtahan sizin biliklərinizin dəyərləndirilməsidir. "Mən istedadsızam, beyinsizəm!” kimi ifadələri özünüzə yaraşdırmayın. Siz dəyərlisiniz.

 

• İmtahanı bir məqsəd deyil, həyatda uğurlu və xoşbəxt yaşamaq üçün bir vasitə olaraq görün. İmtahanı xoşbəxt olmaq üçün bir vasitə olaraq görsəniz, xoşbəxt olmaq üçün başqa vasitələrin də olduğunu görəcəksiniz.

 

• Daha əvvəlki uğursuzluqların səbəbini araşdırın və onları bərpa edin. Beləliklə eyni səbəbdən uğursuz olmazsınız.

 

• Hamının qabiliyyətinin fərqli olduğunu düşünün və özünüzü başqalarıyla müqayisə etməyin.

 

• Ata – ananızın və ətrafdakıların sizdən çox bildiklərini düşünün.

 

İmtahanla bağlı xəbərdarlıqlar

 

• İmtahana ən yaxşı bildiyiniz sualdan və özününzü güclü hiss etdiyiniz testdən başlayın.

 

• Tələsməyin. Əvvəlcə sualı düzgün oxuyun.

 

• Sualı dəqiq olaraq başa düşmədinizsə əvvəlcə sualın özünü təkrar oxuyun, sonra variantlara baxın.

 

• Mərhələ üsulundan istifadə edin. İlk öncə ən yaxşı bildiyiniz sualları cavablandırın. Çətinlik çəkdiyiniz sualları ikinci mərhələyə saxlayın.

 

• Uzun suallar ilk baxışda çətin görünə bilər. Halbuki uzun suallar sizə ətraflı olaraq yazılmış, yaxşı açıqlanılmış suallardır. Buna görə də gözünüzü qorxutmayın.

 

• Bütün variantları oxumadan cavabı işarələməyin. Bütün variantları diqqətlə oxuyun.

 

• Həll edərkən cavablaya bilmədiyiniz sualı çox düşünüb, vaxt itirməyin.

 

• Zehninizdə həll edib əmin olduğunuz əməliyyatı bir də kağıza yazıb vaxt itirməyin.

 

• Sualda verilən şəkli yenidən çəkərək vaxt itirməyin.

 

• Rəqəmsal cavablı bəzi suallarda əməliyyatı axıra qədər aparmadan cavabları yoxlayın.

 

• Haqqında heç bir məlumat sahibi olmadığınız sualları cavablamaqdan yayının. Təsadüfi variant seçməyiniz balınızı aşağı sala bilər.

 

• Diqqətinizin imtahan boyunca kəsilməməyi mümkün deyil. Zaman – zaman fikrinizin yayındığını hiss etsəniz, sualı təkrar oxumaq istəyəcəksiniz. Belə halda qələmi kənara qoyun, gözlərinizi yumun və dərin bir nəfəs alın; 10-15 saniyəlik bir istirahət diqqətinizi yenidən toplamağınıza səbəb olacaq.

 

• Cavabları cavab kağızına diqqətlə, düzgün və sürüştürmədən yazın. Əməliyyat vaxtı dairənin içini yaxşı qaralayın, çölə çıxarmamağa diqqət yetirin.

 

• Hər şeydən əvvəl, özünüzə güvənin və bacaracağınıza əmin olun!

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil eksperi sabahkı imtahanda abituriyentlərə bir sıra məsləhətlər verdi

Təhsil eksperi sabahkı imtahanda abituriyentlərə bir sıra məsləhətlər verdi

Abituriyent necə uğur qazanar?

Abituriyent necə uğur qazanar?

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

İmtahan stressinin psixoloji xüsusiyyətləri

İmtahan stressinin psixoloji xüsusiyyətləri

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

DİM bu vakansiya üzrə imtahan keçirəcək

DİM bu vakansiya üzrə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə sınaq imtahanları keçirib

Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə sınaq imtahanları keçirib

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

DİM iyulun 14-ü imtahan verən abituriyentlərə müraciət etdi

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

Abituriyentlərin Nəzərinə-yalnız təhsili deyil, psixologiyanızı da düşünün...

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

Kooperasiya Universitetində yanğınla əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı keçirilir

Kooperasiya Universitetində yanğınla əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı keçirilir

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirildi

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirildi

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Beyin Gücünü Artıran 10 Taktika

Beyin Gücünü Artıran 10 Taktika

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək