ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib
Dekabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası və "Türkologiya” jurnalının redaksiya heyətinin birgə təşkilatçılığı ilə "Türkologiya” jurnalının fəaliyyətinə həsr olunan dəyirmi masa keçirilib.
Aztəhsil.com xəbər verir ki, açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla dəyirmi masanın hamı üçün maraqlı olacağına ümidvar olduğunu bildirib.
Baş redaktoru olduğu jurnalın fəaliyyəti haqqında geniş məlumat verən K.Abdulla jurnalın ənənələrinin bu gün də davam etdirildiyini deyib. O, qeyd edib ki, "Türkologiya” jurnalı son vaxtlar dörd təşkilatın indeksini qazanıb və elmə verilən yeniliyi ölçən göstərici olan İMPAKT faktoru göstəricisinə malikdir. Bu da, öz növbəsində, jurnalın beynəlxalq aləmdə nüfüzunun göstəricisidir.
"Türk dünyasını ancaq dilçilik istiqamətindən götürmək azdır”-deyən rektorun sözlərinə görə, jurnal tarix, ədəbiyyat, incəsənət, mifologiya, psixologiya və yazılı abidələri öyrənməklə türk dünyasının ən müxtəlif yönlərdə təzahür edən intellektual istiqamətlərini əhatə edir. K.Abdulla həmçinin jurnalın coğrafiyası, onun fəaliyyətinin genişləndirilməsi istiqamətində qarşıda duran məsələlər, jurnalda mütəmadi yer alan rubrikalar və onların qarşılıqlı əlaqələrinin təmin edilməsinin mahiyyəti, türk, rus, german, roman dilləri arasında əlaqələrin qurulması zərurəti haqqında ətraflı məlumat verib.
Çıxışının sonunda rektor hər kəsi jurnal ətrafında birləşməyə səsləyib, dəyirmi masaya qatılan iştirakçılara təşəkkürünü bildirib.
AMEA-nın Dilçilik İnstitutunun direktoru, "Türkologiya” jurnalının baş redaktorunun müavini, akademik Möhsün Nağısoylu, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov və digər çıxışçılar "Türkologiya” jurnalının yaranması, fəaliyyəti, əhəmiyyəti və hədəfləri barədə fikir və təkliflər səsləndiriblər.
K.Abdulla baş redaktor təyin olunandan sonra jurnalın coğrafiyası, nüfuz dairəsinin genişləndiyi, mövzu müxtəlifliyi və yeniliklərin özünü büruzə verməyə başladığı bildirilib.
Həmçinin jurnalın xarici dillərdə nəşr olunmasının onun əhatə dairəsinin daha da genişlənməsinə şərait yaradacağı vurğulanıb, ədəbi abidələr, tarix və fəlsəfə, mifologiya məsələləri, türk yazı sistemi problemləri haqqında fikir mübadiləsi aparılıb.
Dəyirmi masa müzakirələrlə yekunlaşıb.
7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb
ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib
ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib
Y. V. Çəmənzəminlinin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib
AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt
ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib
Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır
31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar dəyirmi masa keçirilib
ADU-da “İxtisas ölkələrində dini həmrəylik və islam” mövzusunda dəyirmi masa keçirilib
ADPU-da “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib
AMEA-da yeni TƏYİNATLAR
Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb
Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib
ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub
Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb
Şabran şəhər 5 nömrəli tam orta məktəbdə 18 oktyabr Müstəqillik Günü ilə əlaqədar "Müstəqilliyimiz əbədidir" adlı dəyirmi masa keçirilib.
Məktəblilər üçün audio kitab və yeni jurnalın təqdimatı keçirilib
ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu
"Abituriyent" jurnalının 1-ci sayı nəşr olunub
“Magistr” jurnalının beşinci nömrəsi çapdan çıxıb
Magistraturaya imtahan verənlərin nəzərinə
Fəal dərsin təşkili....Dəyirmi masa
Magistraturaya ixtisaslaşmalar üzrə keçid balları açıqlanıb