Xəbərlər
02 dekabr 2017
3 522


Bakı məktəbində DƏHŞƏT- 2 oğlan 8 yaşlı şagirdi...

Bakıda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Nicat Pirişov və onun həmyaşıdı Sənan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Məlumata görə, Nicat Pirişov və Sənan Vəlizadə Nərimanov rayonunda yaşayıblar və Hidayətzadə küçəsi, 2 ünvanında yerləşən T.İ.Həsənov adına 57 saylı Tam Orta Məktəbinin şagirdi olublar.


İki dostun planı


Nicat Pirişov və onun dostu və həmyaşıdı Sənan Vəlizadə 14 aprel 2016-cı il tarixdə təhsil aldıqları orta məktəbin 2-B sinifin şagirdi olan 2008-ci il təvəllüdlü Sadiq Məmmədova (ad və soyad şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər etmək qərarına gəliblər.


Bu məqsədlə onlar həmin gün saat 09.40-da Sadiq Məmmədovu orta məktəbin birinci mərtəbəsində yerləşən sanitar qovşağa aparıblar.


Seksual hərəkət


Dərs zamanı olduğu üçün həmin yerdə heç kim olmayıb. Bundan istifadə edən cinayətkar dostlar öz çirkin əməllərini həyata keçirmək qərarına gəliblər.


Bu məqsədlə onlar həmin yerdə Sadiq Məmmədova qarşı zorakılıq göstəriblər, onunla qeyri-təbii yola cinsi əlaqədə olublar.


Azyaşlının valideynləri baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Onların şikayəti əsasında hər iki şəxs mayın 11-də həbs ediliblər.


Bir maddə və 10 il cəza


Nicat Pirişov və Sənan Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.


Onların cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Onların cəzalarını ümumi rejimli tərbiyə müəssisəsində çəkmələri barədə qərar qəbul edilib.


Hökmdən narazı qalan təqsirləndirilən şəxslərin vəkilləri apelyasiya şikayəti veriblər. Hər iki vəkil müdafiə etdikləri yetkinlik yaşına çatmayan şəxslərin barəsində çıxarılan hökmü ədalətsiz hesab ediblər. Onlar apelyasiya insatnsiyyası məhkəməsinin hakimlərindən işə ədalətli baxılmasını istəyiblər.


Cəza yüngülləşdirildi


Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayəti üzrə qərar elan olunub. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə hər iki təqsirləndirilən şəxsin cəzasını 8 ilə endirilib.


Bundan sonra təqsirləndirilən şəxslərin vəkilləri Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Onların şikayətinə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada araşdırılıb.


Hakim kollegiyası kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərlə bağlı verilən kasasiya şikayəti təmin olunmayıb.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

"Odlar Yurdu" Universitetinin keçmiş müəlliminə hökm oxundu

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Universitetə tələbə qəbulu adı ilə dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

Bakıda oğurluq edən şagird azadlığa buraxıldı

Bakıda oğurluq edən şagird azadlığa buraxıldı

Azərbaycanda məktəb direktoru həbs olundu

Azərbaycanda məktəb direktoru həbs olundu

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər

Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər

Bakıda ali məktəblərdə terror aktı planlaşdıran şəxsə cəza istənildi

Bakıda ali məktəblərdə terror aktı planlaşdıran şəxsə cəza istənildi

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücü əvvəl də eyni cinayətlə həbs olunub

Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücü əvvəl də eyni cinayətlə həbs olunub

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"

Təhsil Nazirliyinin dələduzluğa görə tutulan sabiq əməkdaşı: "Pulu qaytaracam"

Rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başlayıb

Rüşvətxorluqda təqsirləndirilən bağça müdirinin məhkəməsi başlayıb

Məhkəmənin barəsində müsbət qərar verdiyi müəllim vəzifəsinə qaytarılmayıb

Məhkəmənin barəsində müsbət qərar verdiyi müəllim vəzifəsinə qaytarılmayıb

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

Azərbaycanda toya nəmər əvəzinə diplom salan direktora cəza istənildi- EKSKLÜZİV

Azərbaycanda toya nəmər əvəzinə diplom salan direktora cəza istənildi- EKSKLÜZİV

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Direktor toya nəmər kimi diplom salıb - Azərbaycanda

Rektorun nazirliyə qarşı məhkəməsinə ekspert cəlb olunacaq

Rektorun nazirliyə qarşı məhkəməsinə ekspert cəlb olunacaq

Dekan müavininin şikayətçi olduğu tələbə ilə bağlı QƏRAR VERİLDİ

Dekan müavininin şikayətçi olduğu tələbə ilə bağlı QƏRAR VERİLDİ

Oğurlanıb zorlanan müəllimdən YENİ XƏBƏR

Oğurlanıb zorlanan müəllimdən YENİ XƏBƏR

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi

Direktor müavini ona böhtan atan ərini məhkəməyə verdi