Xəbərlər / Pedoqojitəcrübə / Direktor / Müəllim
11 dekabr 2017
19 650


Açıq dərslərin təşkili - Necə etmək lazımdır ki...

Təhsilin yenidən qurulması və demokratikləşdirilməsi məktəbin idarə olunması, ona rəhbərlik və nəzarəti təkmilləşdirməyi zəruriləşdirir. Bu mənada təlim-tərbiyə prosesini elmi-pedaqoji əsaslar üzərində qurmaq, nəzarətin məzmununa, forma və metodlarına, iş üslubuna yeni təfəkkür zəminində yanaşmaq vacib şərtlərdəndir.

Məlumdur ki, məktəb rəhbərlərinin pedaqoji prosesdə ən çox diqqət yetirdikləri sahələrdən biri dərs sisteminə nəzarətdir. Dərsin təkmilləşdirilməsi, onun funksiyalarının genişləndirilməsi, imkanlarının artırılması istiqamətində tədqiqatlar aparılmasına baxmayaraq, onun mexanizmini, strukturunu, ayrı-ayrı cəhətlərini öyrənməyə və yeniləşdirməyə bu gün də böyük ehtiyac var. Məktəb rəhbərləri bu mənada hər bir müəllimin öz iş metodunu müstəqil, yaradıcı şəkildə müəyyənləşdirməsinə şərait yaratmalı, rəsmi metodik qaydaların əsiri olmamalı, onu zorla müəllimlərə qəbul etdirməməlidir. Dərs müəllimlə şagirdi vahid məqsədə doğru aparmalı, onlar arasında qarşılıqlı fəaliyyət və humanist münasibət yaratmalıdır.

Məktəb təcrübəsində dərs dinləmə özünü gündəlik və açıq dərslərin müşahidəsi formasında göstərir. Açıq dərslər təlim işində təcrübə mübadiləsinə kömək edən vasitə kmi ən yaxşı dərs nümunələrini yaymaq məqsədi daşıyır.
 
Digər tərəfdən, müəllimləri öz işinə tənqidi nəzərlə yanaşmağa sövq edir və onları başqalarının qabaqcıl təcrübəsini öyrənməyə istiqamətləndirir. Açıq dərslər pedaqoji kollektivin təlim işinə, metodik həyatına yeni ab-hava, təravət gətirməli, onun canlanmasına səbəb olmalıdır. Belə dərslərin gənc müəllimlər üçün xüsusilə böyük əhəmiyyəti vardır.

Açıq dərslərin səmərəsi onların düzgün təşkilindən bilavasitə asılıdır. Bu dərslərin mövzuları və dərs keçənlərin tərkibi hər bir məktəbin metodbirləşməsi və fənn metodbirləşmələrinin (V-XI siniflər) iclasında müəyyənləşdirilib direktora təqdim edilməlidir. Mövzu proqramın nisbətən çətin bölmələrindən seçilməlidir ki, onun keçilməsi nümunəsində başqa müəllimləri öyrətmək mümkün olsun. Bundan başqa, həmin işin belə təşkili müəllimlərin məsuliyyətini və yaradıcılıq səyini artırmaqla yanaşı, həm də açıq dərsin elmi-metodik səmərəsini yüksəldir.

Açıq dərs cədvəlinin tərtibi və təsdiqi tədris prosesində ən vacib məsələlərdəndir. Cədvəl dərs ilinin əvvəlində metodbirləşmə və ya fənn metodkomissiyalarının təqdimatına əsasən direktor müavini tərəfindən tərtib olunur. Direktor tərəfindən təsdiq olunduqdan sonra məktəbin elanlar lövhəsindən asılır. Onun bir surətini təhsil şöbəsinin metodmərkəzinə göndərmək lazımdır. Çünki çalışmaq lazımdır ki, məktəbdəki açıq dərslərdə başqa məktəblərin müəllimləri, habelə rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi və metodistləri də iştirak etsin.

Müəllim nəzərdə tututlan açıq dərsin planını əvvəlcədən tərtib etməlidir. Planda dərsin məntiqi quruluşu, didaktik prinsipləri, əsas anlayışları, o cümlədən aşılanacaq bacarıq və vərdişlərin həcmi özünün dəqiq və yığcam ifadəsini tapmalıdır. Müəllim plan əsasında dərsə ciddi hazırlaşmalı, ən səmərəli vasitə və metodlardan bacarıqla istifadə etməyə çalışmalıdır.

Açıq dərslərin müzakirəsi xüsusilə vacibdir. Adətən, müzakirələr normal şəkildə aparılır, daha çox tərifli sözlərdən ibarət olur, əsas nöqsanlar qeyd və təhlil edilmir. Belə olduqda, açıq dərs və onun müzakirəsi heç bir əhəmiyyət daşımır və məktəbin elmi-metodik inkişafında mahiyyət etibarı ilə rol oynamır. Müzakirə tənqid və özünütənqid ruhunda aparılmalıdır. Açıq dərslərin elmi-metodik prinsip və meyarlar əsasında təhlil olunması təmin edilməlidir. Bu dərslər ideya-siyasi, elmi-nəzəri və elmi-metodik baxımdan obyektiv təhlil olunmalıdır:

� Müəllim problemli təlimdən necə istifadə edir?
 
� Dərsi dialoq əsasında necə qurur?
 
� Müasir təlim metodlarını necə tətbiq edir?
 
� Əyani və texniki vasitələrdən necə istifadə edilir?
 
� Dərsdə kompyuterlərdən necə istifadə edilir? və s.

Müzakirə zamanı bu məsəslələr ətraflı aydinlaşdırılmalı, şagirdlərin fundamental təhsili, şəxsiyyət kimi formalaşması məsələlərinə xüsusi diqqət yetirilməli, müsbət cəhətlərlə yanaşı, çatışmazlıqların hər biri qeyd edilməlidir. Açıq dərslər müzakirə edilərkən bütün proses qeydə alınmalı, sənədləşdirilib məktəbdə saxlanmalıdır. Bu sənədlərdən faydalanmalı və təcrübə mübadiləsi məqsədilə istifadə olunmalıdır.

Açıq dərsləri pedaqoji institut və məktəblərdə sınaq dərslərinə verilən tələblər baxımından təhlil etmək düzgün deyildir. Bu dərslərin məqsədi müəllimi yoxlamaq və işinə qiymət vermək deyil, qabaqcıl təcrübəni yaymaqdır. Açıq dərslər öyrədici xarakter daşıdığından onların təcrübəli müəllimlər tərəfindən aparılması daha düzgündür. Məktəbin direktoru, onun müavinləri də açıq dərs aparmalıdırlar.

Gənc müəllimlər də açıq dərslər apara bilərlər, belə dərsləri aparmaq onlara qadağan edilmir. Bu şərtlə ki, gənc müəllimin dərsə hazırlaşmasına təcrübəli müəllimlər kömək göstərməli, metodbirləşmənin və ya fənn metodkomissiyasının iclasında onun açıq dərsinin planı əvvəlcədən dinlənilməli və istiqamət verilməlidir. Açıq dərs metodik işlərin sınanmış vasitəsidir. Bu dərsləri yüksək elmi-metodik səviyyədə təşkil etmək lazımdır ki, onun öyrədici təsiri güclü olsun.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

Ağstafa rayonunda  kənd məktəblərində  açıq dərslər təşkil olunur

Ağstafa rayonunda kənd məktəblərində açıq dərslər təşkil olunur

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

Qullar kənd 1 nömrəli tam orta məktəbin V sinfində açıq dərs keçirilib

“Novruz adət-ənənələri” mövzusunda açıq dərs keçirilib.

“Novruz adət-ənənələri” mövzusunda açıq dərs keçirilib.

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Rəqabət olan yerdə keyfiyyət var- AÇIQ DƏRS

Rəqabət olan yerdə keyfiyyət var- AÇIQ DƏRS

Ağstafa - Hikmət Ziyanın “Qarabağda şeirində təsvir və ifadə vasitələri” mövzusunda açıq dərs keçirilib

Ağstafa - Hikmət Ziyanın “Qarabağda şeirində təsvir və ifadə vasitələri” mövzusunda açıq dərs keçirilib

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

“Ana təbiətin uşaqlara məktubu” mövzusunda açıq dərs keçirilib

“Ana təbiətin uşaqlara məktubu” mövzusunda açıq dərs keçirilib

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Metodbirləşmələr

Metodbirləşmələr

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

Şabran şəhər T. Abbasov adına 1 nömrəli tam orta məktəbdə "Sən sahibkarsan" adlı açıq dərs keçirilib.

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

ADPU-da səriştəli müəllim seçimi haqqında düşüncələrimiz və qənaətlərimiz...

ADPU-da səriştəli müəllim seçimi haqqında düşüncələrimiz və qənaətlərimiz...

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

Şagird nailiyyətlərinin qiymətləndirilməsi yolları - QABAQCIL TƏCRÜBƏ

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət

Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət