Necə edək ki, sözlərimiz və nəsihətlərimiz övladlarımızda təsir qoysun?
1. Zərurət miqdarı ilə kifayətlənin. Ard-arda olunan nəsihət övladların tərsliyinə səbəb olur və onlarda nadürüst, bəyənilməyən rəftarın möhkəmlənməsinə gətirib çıxarır. Diqqətinizdə saxlayın ki, hətta yetkin yaşlı insanlar da nəsihəti çətinliklə qəbul edirlər.
2. Nəsihətlərinizə əvvəlcə özünüz əməl edin və daha sonra övladlarınıza tövsiyə edin. Hədislərin birində belə qeyd edilmişdir ki, "Əgər alim öz biliyinə əməl etməsə, onun nəsihəti yağış qətrəsi daş üzərindən sürüşdüyü kimi qəlblərdən sürüşüb gedər”.
3. Nəsihətin təsirli olması üçün özünüzlə övladlarınız arasında hissi və emosional rabitə qurmalısınız. Övladın qəlbi yalnız valideyninin onunla ünsiyyət qurduğu, ona munis olduğu zaman meyl edir. İmam Əli buyurmuşdur: "İnsanların qəlbləri vəhşidir (yəni əhlilləşməyibdir). Ona görə də kim onlara ülfət göstərsə, həmin kəsə tərəf üz tutarlar”. Qəlb əlaqəsinə mane olan amillər sanki dəmirin üzərini örtən pasa bənzəyir. Belə ki, bu paslıq dəmirin parlaqlığının qarşısını alır.
4. Nəsihət verərkən üzünüz gülsün. Üzü turşutmaq nəsihətin təsir dərəcəsini aşağı salır.
5. Danışarkən yumşaq səslə danışın. Sözləri, xatırlatmanı aram şəkildə başa salın. Allah-taala Musa ilə Harunu Fironun yanına göndərəndə onlara buyurdu ki, Fironla yumşaq tərzdə danışsınlar. Çünki bu cür tərzdə danışıq Fironun öyüd-nəsihət qəbul etməsinə və qorxub-çəkinməsinə səbəb ola bilərdi.
6. Sizin gənclərə etdiyiniz nəsihət və məsləhət gizli olmalıdır. Diqqət etmək lazımdır ki, adətən yeniyetmələr müəyyən xüsiyyətlərinə görə camaat arasında olunan nəsihəti eşitmirlər.
7. Nəsihət və tövsiyələrdə bunun övladın mənfəət və məsləhəti üçün olduğuna diqqət yetirin. Daha öz mənfəət və çıxarlarınız naminə nəsihət etməyin. Əgər övladlarınız etdiyiniz nəsihətlərin sizin mənafeyinizə uyğun olduğunu hiss etsə, bu nəsihət onda elə də təsir buraxmayacaqdır.
İnsanlarla uğurlu ünsiyyətin 50 QAYDASI
Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ
Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə
Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr
Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT
Qaranlıqda komputer və smartfondan istifadə etməyin – GÖZLƏRİNİZİ QORUYUN
Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT
ATA və ANA - Peyğəmbər buyurdu: "Onlar sənin cənnətin və cəhənnəmindir”-VİDEO
Sizi pis müdir edən 8 QAYDA
Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?
Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!
Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ
Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR
Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...
Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər
SÖYÜŞ, HƏDƏ VƏ FİZİKİ CƏZA - Bunlardan qaçın! TÖVSİYƏ
Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?
Övladınızın tərbiyəsində bunları etməyin- Valideynlərə tövsiyə
Sevimli işinizi necə tapmalı?
İslamda şagird və tələbələr haqqında
İslama görə - Müəllimlər zalım və sitəmkarlara tədris etməkdən çəkinməli və buna qətiyyən yol verməməlidirlər
Uşaq tərbiyəsində 15 qızıl qayda
İmtahanda həyəcanlanırsınız? - Elə isə...
Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ