Xəbərlər
12 dekabr 2017
4 111


İxtisasartırma təhsili kredit-modul sistemində

İxtisasartırma təhsili kredit-modul sistemində

Azərbaycan Respublikasının təhsil sistemində ixtisasartırma təhsilinin özünəməxsus yeri var. Azərbaycan təhsilində çalışan hər bir rəhbər və digər pedaqoji işçilər qloballaşan dünyada baş verən yeniliklərdən, elmi-texniki tərəqqinin nailiyyətlərindən xəbərdar olmasa, ölkədə gedən təhsil prosesində müasirliyi təmin edə bilməz. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə qəbul edilmiş Təhsil İslahatı Proqramı çərçivəsində müxtəlif səpgidə dövlət sənədləri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən təhsilin inkişafı istiqamətində 17 dövlət proqramı qəbul edilmişdir.

 

İxtisasartırma təhsili əlavə təhsilin bir istiqamətidir. Bu təhsil istiqaməti hazırda pedaqoji sahədə çalışan həm rəhbər pedaqoji işçilər, həm də digər kateqoriyalardan olan pedaqoji kadrlara olduqca vacib təhsil sahəsidir. Ənənəvi ixtisasartırma təhsilindən fərqli olaraq yeni texnologiyalara əsaslanan, məzmun etibarilə müasirliyi təmin edilən, tələbyönümlülüyü ilə seçilən, təfəkkürə əsaslanan, nəticəyönümlülüyə stimul verən və müasir qiymətləndirmə ilə yekunlaşan kurikulumların ixtisasartırma təhsilinə tətbiq edilməsi dövlətimizin əlavə təhsilə olan qayğısının nəticəsidir.

 

İxtisasartırma təhsilinə verilən əsas tələblər məqsədli olaraq pedaqoji işçilərin ixtisası üzrə intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasını, ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal, səmərəli iştirakını təmin etməkdir.

 

İxtisasartırma təhsilində məzmun əsas amildir. Bu təhsil istiqamətinin məzmununu təmin etmək üçün üç modullu təlimlərin keçirilməsi vacibdir. Hər bir modulun vəzifəsi və öhdəliyi var.

 

I modul - peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim: bu modulun müddəti 30-60 saatlıq olmaqla 5-10 kredit ödənilməlidir. I-II-III modullarda saatların və ödəniləcək kreditlərin miqdarı proqramlardan asılıdır. I modul üzrə hazırlanmış proqramlar üzrə dinləyicilər təlim zamanı təxmini olaraq tələblər əsasında ümumi məqsədlər, peşə fəaliyyətinin ümumi əsasları, təhsilin idarə edilməsi, pedaqogika, psixologiya, metodologiyalar öyrənəcək. Həmin proqramların tələbləri nəticəsində gözlənilən nəticələr əldə ediləcəkdir. I modulda gözlənilən nəticələr aşağıdakılardır:


* peşə fəaliyyətinin ümumi əsaslarını şərh edir;


* təhsilin fəlsəfi, elmi-metodoloji, sosial-iqtisadi, hüquqi, təcrübi və s. əsaslarını şərh edir;


* ümumi pedaqogika, psixologiya və sosiologiyanın məzmununda və metodologiyasında edilən yenilikləri izah edir və şərh edir;


* onları öz peşə fəaliyyətində tətbiq edə bildiyini nümayiş etdirir.

 

II modul - ixtisas sahələri üzrə təlim: bu modulun müddəti kateqoriyalardan asılıdır. Məsələn: məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, ümumtəhsil məktəblərinin rəhbərləri və s. 30 saat - 5 kredit, ilk peşə-ixtisas məktəblərinin müəllimləri 60 saat - 10 kredit ödəməlidir. Bu modulda rəhbər və pedaqoji kadrların ixtisasları üzrə təmin didaktikası və metodologiyası, təmin məzmununda və tədrisi metodikasında edilən yeniliklər, kurikulumların tətbiqi, pedaqoji texnologiyaları öyrənərək yeni bilik və bacarıqlar əldə edəcəklər. Həmin modulda gözlənilən nəticələr aşağıdakılardır:


* kurikulum islahatının əhəmiyyətini əsaslandırır;


* müvafiq kurikulumların strukturunu, məzmunu və səciyyəvi xüsusiyyətlərini şərh edir;


* müvafiq kurikulumların tətbiqi üzrə zəruri bilik və bacarıqlar əldə etdiyini, peşə vərdişlərinə malik olduğunu nümayiş etdirir;


* ixtisas üzrə fənn didaktikasını və metodologiyasını izah və şərh edir;


* fənnin tədrisində İKT-dən istifadə üzrə yeni bilik və bacarıqlara, peşə vərdişlərinə və müasir dünyagörüşünə malik olduğunu nümayiş etdirir.

 

III modul bütün kateqoriyalar üzrə 30 saat - 5 kredit ödəməklə yekunlaşacaq. Modulda peşə fəaliyyəti üzrə innovativ nəzəriyyələrə, üsullara və təcrübəyə, təlim və tədris üzrə yeni texnologiyalara (fəal təlim, tənqidi təfəkkür, birgə təlim və s.) İKT-nin tədrisə tətbiqi, təhsil işçilərinin fərdi maraq dairələri və əsas fəaliyyət sahələri ilə əlaqədar olan yeni bilik və bacarıqlar əldə edəcəklər. Bu mərhələdə gözlənilən nəticələr aşağıdakılardan ibarətdir:


* peşə fəaliyyəti üzrə yeni texnologiyalardan, innovativ nəzəriyyələrdən, üsullardan və qabaqcıl təcrübədən istifadənin əhəmiyyətini şərh edir;


* öz peşə fəaliyyətində yeni texnologiyalardan, innovasiyalardan və qabaqcıl təcrübədən istifadə etmək üçün bacarıq və vərdişlərə, müasir dünyagörüşünə malik olduğunu nümayiş etdirir;


* fərdi maraqlarının, tələbat və ehtiyaclarının təmin olunduğunu nümayiş etdirir.

 

İxtisasartırma modulları və ixtisasartırma təhsilinin kurikulum çərçivəsi


İxtisasartırma təhsilində dinləyicilərin biliklərinin, bacarıq-larının və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi təlim modulları üzrə həyata keçirilir.

 

Modul ixtisasartırma təhsili prosesində nəzərdə tutulmuş müəyyən istiqamətdə bilik, bacarıq və vərdişlərin əldə edilməsinə, dünyagörüşü formalaşdırılmasına xidmət edən biliklər sistemini ifadə edir.

 

İxtisasartırma təhsili üzrə təlim modulları aşağıdakılardan ibarətdir:

 

- peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim;

- ixtisas sahələri üzrə təlim;

- innovasiyalar üzrə təlim.


Modulların sayı və modullar üzrə təlim saatlarının tələb olunan minimum həcmi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən müəyyən edilir.   

 

Bu və ya digər kateqoriyadan olan kadrlar üçün bir ixtisasartırma dövrü üzrə müəyyən edilən təlim saatlarının ümumi miqdarı, modulların mövzuları, vəzifələri, gözlənilən nəticələr və bir modula düşən təlim saatları bir-birindən fərqlənə bilər.

 

İxtisasartırma təhsilinin kurikulum çərçivəsi bir ixtisasartırma dövrü üçün nəzərdə tutulmuş təlimin məzmununu müəyyən edən sənəddir.

 

Kurikulum çərçivəsində ixtisasartırma modulları, hər modul üzrə ixtisasartırma proqramlarının siyahısı, proqramların həyata keçirilmə müddəti və müvafiq ixtisasartırma təhsili kreditlərinin miqdarı verilir.

 

İxtisasartırma təhsilinin kurikulum çərçivəsi mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələr və özəl qurumlar tərəfindən təsdiq edilir.

 

Peşə fəaliyyəti sisteminin, bu və ya digər kateqoriyadan olan kadrların tələbat və ehtiyacları nəzərə alınaraq, kurikulum çərçivəsinin məzmunu mütəmadi olaraq yeniləşdirilir və təkmilləşdirilir.







Загрузка...
Həmçinin oxuyun:
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Təhsilin məzmunu

Təhsilin məzmunu

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

"Qeyri-ənənəvi rəsmçəkmə texnikaları" mövzusunda təlim kursları keçirilir

"Qeyri-ənənəvi rəsmçəkmə texnikaları" mövzusunda təlim kursları keçirilir

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Azərbaycan Dövlət Pedaqoji Universitetində YENİ TƏYİNAT

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda peşə təhsili ilə bağlı beynəlxalq seminar keçirilir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...