Xəbərlər / Kitabxanaçı
14 dekabr 2017
2 752

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun 2017-сi ildəki elmi fəaliyyətinə həsr olunan hesabat yığıncağı keçirilib.

Tarix İnstitutundan verilən məlumata görə, Elmi Şuranın iclasında institutun illik hesabatı təqdim olunub.

İnstitut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, institutun elmi-tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir:

"Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında həyata keçirilir”.

İclasda bildirilib ki, 2017-ci ildə Tarix İnstitutunda 58 adda yeni kitab, institut əməkdaşlarının isə nüfuzlu elmi jurnallarda 275-dən artıq məqaləsi nəşr olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən bu il İrəvan xanlığının tarixi ilə bağlı broşürlər (Azərbaycan və rus dillərində), ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları ilə bağlı əsərlər, "Real tarix və "Böyük Ermənistan” uydurması” (Azərbaycan, rus və ingilis dillərində) və digər kitablar çapdan çıxıb.

2017-ci ildə "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans, "Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı beynəlxalq elmi konfrans və digər tədbirlər keçirilib.

Bu il Tarix İnstitutu "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində orta məktəb şagirdləri ilə görüşlərini davam etdirib.

Qeyd olunub ki, Y.Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti 2017-ci ildə Bolqarıstanda, Polşada və Türkiyədə elmi ezamiyyətdə olub.

AMEA-nın İctimai Elmlər Bölməsinin (İEB) akademik-katibi, akademik Nərgiz Axundova, tarixçi alimlər Cəbi Bəhramov, Tofiq Mustafazadə, Hacı Həsənov və başqaları çıxış edərək, Tarix İnstitutunun 2017-ci ildə gördüyü işləri yüksək dəyərləndiriblər. 

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
"3 səhifəlik bəyanatı Yaqub Mahmudov özü yazıb" – TƏHSİL NAZİRLİYİNİN YALANI ÜZƏ ÇIXDI

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

Tarix İnstitutu: Heç "erməni" sözü də ermənilərə məxsus deyil

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Azərbaycan və rus tarixçilər arasında MÜBAHİSƏ: "Erməniləri buraya siz köçürmüsüz?" - VİDEO

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək