Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı keçiriləcək.
Aztəhsil.com xəbər verir ki, bu haqda modern.az-a DİM-dən bildirilib.
Sınaq imtahanında iştirak etmək istəyənlər 22 dekabr saat 17:00-dək DİM-in internet saytında (http://eservices.dim.gov.az/elimt/ResSinaqQeyd) qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
Sınaq imtahanı 23 dekabr 2017-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında "Şəxsi kabinet”lərini yaratmalıdırlar.
"Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin "Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır.
Ödəniş üçün nəzərdə tutulan məbləği "Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment dim.gov.az saytında verilib) yararlanmaq olar.
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği - AÇIQLANDI
Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilib
DİM məmur olmaq istəyənlər üçün sınaq imtahanı keçirib
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ – DİM məlumat yaydı
DİM məlumat yaydı - qeydiyyat başa çatır
Dövlət qulluğunda işləmək istəyənlər - Sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi
Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır
İkinci sınaq imtahanına yazılış başlayıb
Sınaq imtahanının nəticələri açıqlanıb
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
DİM ənənəvi üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib
Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı
Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları yaradılır
Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək
İşə qəbul üzrə elektron sınaq imtahanları keçiriləcək - Ayda iki dəfə
Müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanı keçirilib
Müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət sınaq imtahanı keçiriləcək
DİM iyunun 11-də sınaq imtahanı keçirəcək
Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanları davam edir