Xəbərlər / Psixoloq / Valideyn
18 dekabr 2017
6 526


Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

Uşaqların çöldə oyun oynaması üçün məkanın olmaması televizor asılılığını artırır. Televizor məsələsində ana və ataların diqqətli olması uşaqların inkişafı baxımından çox vacibdir.


Televizor asılılığı uşaqlara necə təsir göstərir və valideynlər nələrə diqqət etməlidirlər?


-0-3 yaş-Bu yaşlar uşaqların beyin inkişafının ən kritik olduğu vaxtdır.Uşaqların beyin inkişafının böyük bir hissəsi bu yaşlarda tamamlanır. Uşaqlar, xüsusilə, 2 və 3 yaş arasında ətraf aləmi kəşf edərək, yaşlılarla ünsiyyət quraraq inkişaf edirlər. Digər tərəfdən, televizor passiv bir fəaliyyətdir. Bu dövrdə uzun saatlar televizor izləyən uşaqların inkişafında gerilik müşahidə olunur. Bu məqsədlə, uşaqlar 0-3 yaşa qədər televizordan uzaq tutulmalı, 3 yaşdan sonra isə öyrədici olmayan verlişlərin izlənilməsinə icazə verilməməlidir.


-3-6 yaş- Bu dövrdə uşaq mümkün olduğu qədər televizor qarşısında az vaxt keçirməli, qısa seanslar şəklində televizor izlənməlidir. Məsələn, uşaqlar aralıqsız 30 dəqiqə televizor izləmək yerinə 15 dəqiqə izləyib, 1-2 saat fasilə verdikdən sonra 15 dəqiqə daha izləyə bilərlər. Uşaqların saatlarca televizor izləməsi onların beyin funksiyalarına mənfi təsir göstərə bilər.


-Kiçik yaşlı uşaqların izlədiyi cizgi filmlərinin süjetinə diqqət edilməli,şiddət olan filmlər izlədilməməlidir. Uzun saatlar televizor izləmək məktəb qabağı dövrdə uşaqların psixologiyasına mənfi təsir göstərə bilər. Uşaqlar izlədikləri hər şeyi təqlid etmək istəyirlər. Məsələn, superman kimi uçmaq istəyə bilərlər. Çünki uşaqlar bu dövrdə real və xəyalı ayırd edə bilmirlər. Ən zərərsiz cizgi film belə olsa uşaqların davamlı izləməsi doğru deyildir.


-Uşaqların yaşına uyğun cizgi film belə olsa, asılılıq yaranmasına icazə verilməməlidir. Xüsusilə, Pepee, Caillou kimi zərərsiz görünən cizgi filmlərinində mənfi tərəflərinin ola biləcəyini unutmaq olmaz.


-6-12 yaş- Bu yaşda uşaqların dostları ilə çöldə oyunlar oynamağa, hərəkət etməyə, idman etməyə ehtiyacı vardır. Uşaqlarda artan obezitenin ən böyük səbəbi uzun saatlar hərəkət etmək yerinə televizor qarşısında zərərli qidalar yeməkdir.


Uşaqların izlədikləri onlara böyük təsir göstərir. Xüsusilə, bu yaşlarda uşaqlar bəzi kinolara pərəstiş edib, güc, savaş, silah, öldürmə kimi formatlı kino qəhrəmanlarını təqlid edirlər. Son illərdə aparılan araşdırmalara görə, məktəblərdə şiddət səviyyəsinin uşaqların televizorda izlədikləri şiddət temalı filmlərlə bağlı olduğu ortaya çıxmışdır. Bu yaşda uşaqların film, serial pərəstişkarlığının qarşısı alınmalı, sosiallaşa biləcəyi fəaliyyətlərə cəlb olunmalıdır.


-Uşağınız hansı yaşda olursa olsun televizor izləmək yerinə çöldə oynanan oyunlara yönləndirin. Uşağınızın dostları ilə birlikdə vaxt keçirməsi üçün fürsətlər yaradın.


-12 yaş və yeniyetməlik dövrü- Bu dövrdə uşaqlara sərhəd qoyulmadıqda televizorda nə izləyəcəyinə, nə qədər müddət izləyəcəyinə qarışdığınız zaman bu yeniyetməlik dövründə kritik olan münasibətinizə mənfi təsir göstərə bilər. Buna görə də, ana və atalar uşaqların televizor izləməsi məsələsinə daha erkən yaşlardan diqqətli olmalıdır.


Uşaqlarınızı mümkün olduğu qədər televizordan uzaq tutub,digər fəaliyyət növlərinə istiqamətləndirməniz arzusuyla...

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Valideynlər bu xəbəri mütləq oxusun. Analar özləri işlə məşğul olarkən uşaq mane olmasın deyə…

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların yuxusu pozulubsa, deməli...

Uşaqların yuxusu pozulubsa, deməli...

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

FİLM, CİZGİ FİLMİ, İNTERNET VƏ UŞAQLAR

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

Məktəbəqədər dövrdə uşaqların fiziki inkişafı- Nələrə diqqət edilməlidir?

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

Övladlarla necə davranmalı?- Anaların diqqətinə!- Bunları etsəniz...

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!

UŞAQLARDA PASSİVLİK

UŞAQLARDA PASSİVLİK

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – Foto FAKT

Qayğı görməyən uşağın beyni inkişafdan qalır – Foto FAKT

Uşaqlarda kitaba maraq necə yaradaq?

Uşaqlarda kitaba maraq necə yaradaq?

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər