Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb
İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə edən şəxslərin sertifikat alması üçün qeydiyyatına başlanılıb.
Aztəhsil.com report-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün dekabrın 17-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün dekabrın 29-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilən məlumatların və əlavə edilən sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilən qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb
İmtahanın nəticələri - AÇIQLANDI
Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU
DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB
Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sənəd işi asanlaşdı
“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib
Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi
"Bu, dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır"
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!
Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer
Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib
Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR
Dövlət qulluğuna qəbulda YENİLİK
Məleykə Abbaszadə iclas keçirdi – dövlət qulluğu ilə bağlı yeniliklərdən DANIŞDI
Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir
DİM məlumat yaydı - qeydiyyat başa çatır
DİQQƏT! Keçid balları azaldıldı
Dövlət qulluğuna qəbul üzrə test imtahanları oktyabrda keçiriləcək
Bu vəzifələrə qəbul testlə aparılmayacaq
Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb