Xəbərlər / Kitabxanaçı / Ziyalılar
18 dekabr 2017
3 043


MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və "Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə MEK-də "Türk dünyasının qüdrətli qılınc və qələmi” adlı konfrans keçirilib. Tədbir Türk dünyasının iki böyük simasının - Azərbaycan ədəbiyyatında mənzum dram janrının banisi, böyük romantik şair və ictimai xadim Hüseyn Cavidin və Türkiyə dövlət və hərbi xadimi Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunub.


Tədbirdə AMEA-nın, dövlət və ictimai qurumlarının, ali məktəblərin nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Hüseyn Cavid və Kazım Qarabəkir mövzusuna müraciət etmiş sənətşünaslar, filoloq alimlər, rəssamlar, musiqi ifaçıları, aktyorlar, Hüseyn Cavid və Kazım Qarabəkirin ailə üzvləri iştirak ediblər.


AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Hüseyn Cavidin və Türkiyənin görkəmli hərbi və dövlət xadimi, Atatürkün yaxın silahdaşlarından biri, Naxçıvanın erməni işğalından azad edilməsində mühüm rol oynamış Türk Ordusunun Şərq cəbhəsinin komandanı və Hüseyn Cavidin dostu Kazım Qarabəkir Paşanın xatirəsinə həsr olunmuş tədbirin türk elinin məslək və dostluq coğrafiyası üzərində qurulduğunu bildirdi. Direktor Mərkəzi Elmi Kitabxananın elmi və ictimai mərkəz kimi türkologiyaya həsr olunmuş bir sıra elmi layihələrin və təşəbbüslərin müəllifi və icraçısı olduğunu, türkdilli mənbələrin ən zəngim kataloquna malik, Hüseyn Cavid və Kazım Qarabəkirin fondları da daxil olmaqla bir çox mənbələri unikal layihəsi olan Azərbaycan Milli Rəqəmsal Yaddaş bazasında mühafizə etdiyini nümunə gətirdi. 


"Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərova hər iki mütəffəkkirin milli xidmətlərindən, türk dünyasındakı rolundan danışıb, onların dostluqlarını Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olması baxımından yenə də aktual və çağdaş olduğunu söyləyib.


AMEA-nın müxbir üzvü, Əməkdar incəsənət xadimi, Mədəniyyət və Turizm Nazirinin müavini professor Sevda Məmmədəliyeva tədbiri təqdirəlayiq adlandırıb, hər iki ictimai xadimin tariximizdəki əhəmiyyətli xidmətlərinə toxunaraq mövzunun "Bir millət, iki dövlət” anlayışına növbəti lazımlı töhvə olduğunu bildirib.


Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özaral iki məslək sahibinin adına təşkil edilən tədbirin əhəmiyyətinə toxunaraq qələmlə və silahla mücadilə edən bu iki tarixi simanın daima yad olunduğunu və bu mənada MEK-də keçirilən toplantını yüksək qiymətləndirib.


"Kazım Qarabəkir Vəqfi”nin rəhbəri, Kazım Qarabəkirin qızı Timsal Qarabəkir "Kazım Qarabəkirin həyat və mübarizə yolu” haqqında geniş çıxış edib.


AMEA-nın muxbir uzvu, professor Əyyub Quliyev "Kosmik obyekt Huseyn Cavid – Huseyn Cavid planet” mövzusunda çıxış edib.

 

Professor  Cəlal Qasımov Hüseyn Cavidin türkçülük məfkurəsinin dirçəlişinə, Turan elinin milli təfəkkürünün oyanışı uğrunda çalışan böyük türk övladı kimi qələmi ilə mübarizə aparmasından bəhs edib. Alim ümumilli lider Heydər Əliyevin təşəbüsü ilə Hüseyn Cavidin nəşinin Naxçıvana gətirilməsini şairin tək cismani olaraq Azərbaycana qaytarılmasının deyil, türkçülüyün Azərbaycana qaytarılmasının başlanğıcı kimi qiymətləndirdi. Professor Tahirə Məmməd "Məslək qardaşları – Hüseyn Cavid Əfəndi və Kazım Qarabəkir Paşa” adlı çıxışında yaşıd və dost olan ədibin və hərbi xadimin talelərinin kəsişən məqamlarından danışdı. "Kazım Qarabəkirin mədəniyyət sahəsində fəaliyyəti" haqqında  filologiya elmləri doktoru, dosent Pərvanə İsayeva, "Hüseyn Cavidin bəstəkar oğlu Ərtoğrul Cavid” mövzusunda isə tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə məruzə edib. Professor Asif Rüstəmli elmi yazılarda Hüseyn Cavid haqqında rast gəlinməyən faktlara və apardığı araşdırmalara, filologiya üzrə fəlsəfə doktoru Məlahət Kələntərli və digər çıxışçılar hər iki şəxsiyyətin fəaliyyətində örnək olan məqamlara toxunublar.


Tədbirdə eyni zamanda Azərbaycanın tanınmış xalçaçı rəssamı Afaq Kərimova "Təsviri sənətdə Hüseyn Cavid” mövzusunda çıxışında Hüseyn Cavid mövzusuna müraciət edən sənətkarlardan söz açıb,  müəllifi olduğu "Əbədiyyət” və "Heydər Əliyev və Hüseyn Cavid” xalçalarını, eləcə də "Planet” plakatı və  "Alın yazısı” batikasını təqdim edib.


Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ulviyyə Hacıbəylinin Ərtoğrul Cavidin piano üçün variasiyalarının ifasının ardından AzTV-nin solisti, vokalist Aynur İsgəndərli və ADMİU-nun müəllimi, fortepiano ifaçısı Sevda Axundova Üzeyir Hacıbəylinin "Cırpınırdın, Qara dəniz" və Ərtoğrul Cavidin Nigar Rəfibəylinin sözlərinə yazdığı "Eşq olsun" bəstələrini, həmçinin, Kazım Qarabəkirin "İstiqlal” marşını səsləndiriblər. Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx  Sənan” dram əsərinin eyni adlı musiqi tamaşından "Kor ərəbin mahnısı” parçasını isə əməkdar artist Eyyub Yaqubov ifa edib.


Məruzələrdən və müsiqi kompozisiyalarından sonra Hüseyn Cavidin ailəsi adından  cıxış edən AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova  təşkilatçılara və iştirak edən bütün qonaqlara minnətdarlığını ifadə edib.

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

Bu gün Hüseyn Cavidin doğum günüdür

Bu gün Hüseyn Cavidin doğum günüdür

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Yusif Vəzir Çəmənzəminlinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Magistraturaya qəbul olan bakalavrların nəzərinə!

Magistraturaya qəbul olan bakalavrların nəzərinə!

Sumqayıt kitabxanalarında silsilə tədbirlər keçirilib - FOTOLAR

Sumqayıt kitabxanalarında silsilə tədbirlər keçirilib - FOTOLAR

Müəllimlərlə bağlı mühüm sərəncam

Müəllimlərlə bağlı mühüm sərəncam

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

Mərkəzi Elmi Kitabxana “Bəkirnamə” kitabının təqdimatını keçirib

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan tədbir keçirilib

Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan tədbir keçirilib

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

225 saylı məktəbin şagirdləri bu mənzərəli yolla gedib-gəlirlər... - FOTOLAR

225 saylı məktəbin şagirdləri bu mənzərəli yolla gedib-gəlirlər... - FOTOLAR

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

Mərkəzi Elmi Kitabxana “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

Əməkdar Artist Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək

Əməkdar Artist Zakir Mirzəyevin yaradıcılıq gecəsi keçiriləcək

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"

Alim: "Türk respublikaları içərisində Azərbaycan milli sənətşünaslıq məktəbi daha çox inkişaf edib"