Xəbərlər, Kitabxanaçı
20 dekabr 2017
1551

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

İl başa çatmamış növbəti il üçün orta məktəblərdə tədrisi nəzərdə tutulan dərsliklər artıq satışdadır. Üstəlik, dərsliyin üzərində onun 2018-ci ildə çap olunduğu yazılıb.


Belə ki, 7-ci sinif "Azərbaycan tarixi” dərsliyinin 2018-ci il satış məqsədilə çap olunmuş nüsxələrini satışdan əldə etmək olar. İlk baxışda adi texniki səhv kimi görünsə də, məsələ o qədər də bəsit deyil. Heç şübhəsiz ki, hazırda yeni nəşr kimi alıcılara təqdim olunan bu dərslikdə səhvlər var. Həmin səhvlər növbəti tədris ilinə qədər aradan qaldırılıb yenidən çap olunacaq dərsliklər olmayacaq. Lakin növbəti tədris ilində bu dərsliyi satışdan əldə edən şəxslər onun 2017, yoxsa 2018-ci ildə çap olunduğunu bilməyəcək. Çünki hər iki variantın üzərində 2018-ci ildə çap olunduğu yazılacaq.

 

Məktəblərdə dərsliklərə olan ehtiyac nəzərə alınaraq hər il dərsliklərin 15-20 faizi təkrar çap olunur.


"Qanuna görə dərsliklərin çap olunma tezliyi var. Nəşriyyat istədiyi vaxt hər hansı dərsliyi çap edib satışa buraxa bilməz. Dərsliyin təkrar nəşri ilə bağlı sifarişi Təhsil Nazirliyi verməlidir. Bu zaman məktəblərdə dərsliklərə olan ehtiyac nəzərə alınaraq hər il dərsliklərin 15-20 faizi təkrar çap olunur. Lakin nazirlik bu qədər sifariş versə də, nəşriyyatlar daha çox gəlir əldə etmək üçün 25 faiz çap edib, satışa buraxırlar. Amma təkrar nəşrdə əvvəlki ilərdəki səhvlər aradan qaldırılmalı və tədris ilinə qədər çap olunmalıdır. 2018-ci ildə istifadə üçün nəzərdə tutulan dərslik 2017-ci ildə çap oluna bilməz”.


Ekspert bildirib ki, dərslikdə belə səhvin olması iki səbəbdən qaynaqlana bilər:

 

"Bu ya texniki səhv ola bilər, ya da ilin sonu olduğundan hesabatlarda maliyyə problemlərini aradan qaldırmaq, kəsiri tamamlamaq məqsədi daşıyar. Növbəti ildə dərslikdəki səhvlər aradan qaldırılaraq yenidən çap olunacaq. 2018-ci ildə ali məktəbə hazırlaşan abituriyentlər dərslik alanda onun hansı ildə nəşr olunduğu bilməyəcək. Dolayısı ilə səhvlərin qaldığı dərsliyi də alması mümkündür. Əlbəttə, müəllimlər onlara doğru yol göstərə bilər. Lakin əgər müəllim də bəzi məqamlardan xəbərsiz olsa, problem o zaman daha ciddi olacaq. Nəzərə alsaq ki, Dövlət İmtahan Mərkəzi də qəbul imtahanlarında əsas mənbə kimi rəsmi təsdiq edilmiş dərsliklərə əsaslanır”.

 

Məsələ ilə bağlı dərsliyin çap olunduğu "Təhsil” Nəşriyyatı ilə əlaqə saxladıq. Nəşriyyat rəsmisi Elşən Məmmədov bunun texniki yanlışlıqdan qaynaqlanmadığını dedi:


"Bizim çap etdiyimiz dərsliklərdə heç zaman texniki və digər səhvlər olan dərslik, dərs vəsaiti çap oluna bilməz. Satışda olan dediyiniz dərslik bizim nəşriyyat tərəfindən çap edilməyib. Biz istehsal etdiyimiz hər bir məhsula qarşı cavabdehik. Necə ola bilər ki, 2018-ci il başlamamış, dərsliyin üzərində çap tarixi həmin il göstərilsin? Bu, mümkün deyil. Bu plagiat dərslik çap edən şəbəkə tərəfindən çap olunan dərslik ola bilər. Biz də həmin şəbəkələrə qarşı mübarizə aparırıq. Onlar görünüşcə fərqli olsalar da, bəzən orijinal dərsliklə eyni qiymətə satışa təqdim edilir”.

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

DEPUTATDAN ETİRAZ:

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

Təhsil Nazirliyinin şöbə müdiri:

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı:

Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu-

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Təhsil Nazirliyi səhvi etiraf etdi

Təhsil Nazirliyi səhvi etiraf etdi

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Nazir: “Azərbaycanın təhsil sistemi yeni tədris ilinə tam hazırdır”

Nazir: “Azərbaycanın təhsil sistemi yeni tədris ilinə tam hazırdır”

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi:

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?