Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ
Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.
Aztəhsil.com xəbər verir ki, bu barədə azvision.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır.
"Rus bölməsində təhsil alan şagirdlərdən 291 nəfəri xarici vətəndaşdır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində digər əcnəbi dillər sadəcə olaraq, əsas və II xarici dil kimi tədris edilir. Əsas xarici dil kimi ingilis, rus, alman və fransız dilləri I-XI siniflərdə, II xarici dil kimi isə ingilis, fransız, alman, rus, fars, ərəb və yapon dilləri V-X siniflərdə tədris edilir. Eyni zamanda, BŞTİ-nin tabeliyində olan 34 məktəbdə "Rus dilinin intensiv tədrisi” layihəsi (yəni həmin məktəblərdə əsas xarici dillə yanaşı, I-IX siniflərdə II xarici dil kimi rus dili tədris edilir) həyata keçirilir” - nazirliyin məlumatına qeyd edilib.
DİQQƏT: Bakının orta məktəblərində valideynlərdən pul tələb edilir? - Rəsmi AÇIQLAMA
Təhsil İdarəsi: Bakıda təmayül siniflərin təşkil olunacağı məktəblərdə 9 illik təhsilə keçid nəzərdə tutulmur
“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.
Bakı məktəblərinin I sinifində təhsil alan şagirdlərin sayı açıqlanıb
Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI
Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA
Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı
Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi
2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər
II İngilis dili Olimpiadası keçiriləcək
ADAU-da ingilis bölməsində təhsil alan tələbələrə əlavə təqaüd verilib
Magistraturaya yeni qəbul qaydaları açıqlanıb
Dillər Univеrsitеtində VAKANSİYA -SİYAHI
Bakı məktəblərində psixoloqların işi YOXLANILIR
Bakı məktəblərində qış mövsümünə hazırlıq işləri başa çatıb
Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır
IX sinfi bitirə bilməyənlər üçün növbəti İMTAHAN
Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb
Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir
Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır
Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI
Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?
Bakıda 17 121 şagird üçün “Son zəng” çalınacaq