Xəbərlər, Psixoloq, Valideyn
21 dekabr 2017
852

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Hər birimiz ətrafımızda olan uşaqları müşahidə edərkən onların müxtəlif olduğunu görürük. Bəziləri sakit, bəziləri şıltaq və ərköyün olur. Lakin elə uşaqlar da var ki, onlarda isterik hallar müşahidə olunur.


Bu cür uşaqlar valideynlərini idarə edirlər. İsterik tip uşaqlar bunu yaxşı bacarırlar. Bu cür idarəetmə manipulyasiya adlanır. İsterik uşaqlar valideynlərinin zəif damarını bilir və bundan öz istəklərini yerinə yetirmək üçün istifadə edirlər. Məsələn, uşaq nəsə istəməyə başladıqda ağlamağa, ayağını yerə vurmağa, yerdə sürünməyə və s. etməyə başlayır. Bu zaman bəzi valideynlər düşünürlər ki, "Uşağım görəsən normaldır?”, "Bu hallar görəsən nə vaxta kimi davam edəcək?”.


Balaca uşaqlar öz hisslərini idarə etməyi bacarmırlar və bunun özü kifayət edir ki, uşaq isterik hərəkətlərə əl atsın. Ancaq səbəb təkcə bu deyil. Bu zaman iki yaşında olan uşaqda baş verən dəyişikliyi nəzərə almaq lazımdır. Çünki uşaq gözünü ilk açdığı andan hamı onun nazı ilə oynayıb, hər zaman hamıdan diqqət görüb, narahat olduğu zaman onun rahatlığını təmin etmək üçün böyüklər əllərindən gələni ediblər. Lakin uşaq iki yaşına çatanda artıq görür ki, ətrafdakılar əvvəlki kimi onun nazı ilə oynamır. Və anlayır ki, valideyn onun dediyini yox, o valideynin dediyini etməlidir. Uşağa bunu qəbul etmək çox çətindir. Bu səbəbdən də uşaq isterik hərəkətlər etməyə başlayır.


Uşaqlar isterik hərəkətlər edərkən bu cür davranırlar: qışqırır, özünü yerə vurur, tüpürür, "Mən səni çox istəmirəm”, "Səndən zəhləm gedir” kimi ifadələr deyirlər. Bunları etməklə valideynlərinə təsir edəcəklərini düşünürlər. Bəzən, isterik uşaqlarda həqiqətən istədiklərinə nail ola bilmədikdə qusma, ürək getmə, qıc olma kimi davranışlar müşahidə olunur. 


Uşaqların isterik davranışlarına valideynlər nə qədər tez zamanda reaksiya verərsə, onlar bundan həmişə istifadə edəcəklər.


İsterik davranışlara uşağın istənilən yaş dövründə rast gəlmək olar. Və bu halları aradan qaldırmaq üçün valideynlər səbirli olub uşağa düzgün yanaşma tərzini tapmalıdırlar. İsterik uşaqda isterik davranışlar başladığı zaman uşağın üzərinə çox düşmək olmaz. Bu zaman valideynlər uşağa yaxınlaşmamağa çalışmalıdır. Yaxşı olar ki, uşağın diqqətini tamamilə başqa istiqamətə yönəldə bilsinlər.







Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!

Uşaq tərbiyəsində cəzalandırma və mükafatlandırma - Nə olar, nə olmaz?

Uşaq tərbiyəsində cəzalandırma və mükafatlandırma - Nə olar, nə olmaz?

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Uşaqlarda davranış pozuntusu və səbəbləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Uşağınızla yaşına uyğun davranın

Uşağınızla yaşına uyğun davranın

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Uşaq tərbiyəsində valideynin rolu - SÖZÜ VƏ ƏMƏLİ NÜMUNƏDİR

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Uşaqlarda qorxu və

Uşaqlarda qorxu və "xoxan"ların sonrakı fəsadları

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..