Xəbərlər / Direktor / Müəllim / Ekspert
21 dekabr 2017
2 618


AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?

Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynov məktəbəqədər təhsil müəssisələrində monitorinq apardıqlarını və uşaq bağçalarında mənşəyi bəlli olmayan ətlərdən qida üçün istifadə edildiyini bildirib. Onun bu açıqlaması ictimaiyyətdə əməlli-başlı rezonans doğurub. 


Bu baxımdan son günlərdə uşaq bağçalarındakı qidaların mənşəyi əsas müzakirə obyekti olub.


Aztəhsil.com xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov modern.az-a deyib ki, aparılan monitoriqlər yeni deyil:


"Biz ATV kanalının "Yoxlama” verilişi çərçivəsində bir neçə uşaq bağçasında olmuşduq. Bu, Bakı və Sumqayıt bağçalarını əhatə edirdi. Məlum oldu ki, uşaq bağçaları aldıqları ətlərin mənşəyi barədə heç bir məlumata malik deyillər. Kim hardan , necə gəldi ət alıb uşaq bağçalarına gətirir. Bu o deməkdir ki, istənilən ət, o cümlədən at, eşşək əti məktəbəqədər təhsil müəssisələrinə yol tapa bilər. Yəni ətlər mərkəzləşdirilmiş şəkildə verilmir”.


E.Hüseynov qeyd edib ki, monitorinqlər Beyləqan rayonunda da aparılıb:


"Nəticə olaraq uşaq bağçalarındakı malların mənbəyinin bilinmədiyini müşahidə etdik. Biz demirik ki, bunlar at və ya eşşək əti ola bilər. Sadəcə mənbə məlum olmadığı üçün istənilən ətin uşaq bağçalarına yol tapa biləcəyini demək mümkündür. Uşaq bağçaları müstəqil qurumlardır və ümumilikdə qidalar bağçalara mərkəzləşdirilmiş qaydada verilmir”.


Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə də açıqlama verib:


"Əgər belə hallar varsa, mütləq müvafiq sanitariya tədbirləri keçirən orqanlar  bunu ciddi yoxlamalıdırlar. Hansısa qanun pozuntusu mövcuddursa, təbii, bu yolverilməzdir. Və həmin müəssisələr cəzalandırılmalıdır. Bununla da qarşısı alınmalıdır”.


Deputat  bildirib ki, bu məsələdə valideynlər də məsuliyyət daşımalıdırlar:


"Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrində mütləq mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Düşünürəm ki,  bu məsələdə valideynlərin də nəzarətinə ehtiyac var. Bağçalara uşaqlarını təhvil edən valideynlər onların necə qidalandığına diqqət etməlidir. İctimai nəzarət çox zaman hansısa rəsmi nəzarətdən daha güclü olur”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaq bağçalarına leş əti verilir? - Ekspertdən şok iddialar

Uşaq bağçalarına leş əti verilir? - Ekspertdən şok iddialar

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Uşaq bağçaları ilə bağlı yenilik

Uşaq bağçaları ilə bağlı yenilik

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil

Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsi optimallaşdırılacaq

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Uşaq hüquqları mövzusu müzakirə olunur

Uşaq hüquqları mövzusu müzakirə olunur

"Məktəb bufetlərində bu məhsulu görsəniz, xəbər edin" - XƏBƏRDARLIQ

"Məktəb bufetlərində bu məhsulu görsəniz, xəbər edin" - XƏBƏRDARLIQ

Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

Məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir

Sizcə, yaxşı valideynsiniz ?

Sizcə, yaxşı valideynsiniz ?

Şaxta baba ləğv olundu – Məktəbdə yalnız Qar qıza icazə verilir

Şaxta baba ləğv olundu – Məktəbdə yalnız Qar qıza icazə verilir

Bakıda uşaq bağçasında rəzalət- FOTO/VİDEO

Bakıda uşaq bağçasında rəzalət- FOTO/VİDEO

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Pul verməyən uşaqlar üçün "Kasıblar qrupu" yaradıldı - Bakıda bağçada görünməmiş qanunsuzluq

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

Valideynlərin üçdə ikisi uşaqları üçün kitab oxuyur

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Uşaq qidalarıyla bağlı ŞOK ARAŞDIRMA- Əqli gerilik, xərçəng yaradır

Uşaq qidalarıyla bağlı ŞOK ARAŞDIRMA- Əqli gerilik, xərçəng yaradır