Xəbərlər
25 dekabr 2017
2 780


Evdən qaçan məktəblilər: "Bulvara getdik ki..."

Evdən qaçan məktəblilər: "Bulvara getdik ki..."

"Bakıya gəzmək üçün getmişdik. Yolkaları televizorda görmüşdük. Bulvara getdik ki, onları görək".

 

Aztəhsil.com APA TV-yə istinadən xəbər verir ki, bunu valideynlərindən xəbərsiz şəkildə Bakıya qaçan 14 yaşlı Cəlilabad məktəblisi Xalid Əliyev deyir.

 

O, həmyaşıdı İsmayıl Əmənovla 3 gün bütün ölkə ərazisində axtarılıb. Axtarışlar uşaqların Bakı şəhərində tapılması ilə yekunlaşıb:

 

"Maşına mindik, getdik bulvara. Ondan sonra xəbər aldıq ki, axtarışdayıq. Dostumla bir yerdə vətəndaşın biri yaxınlaşıb dedi ki, sizi axtarırlar. Biz də ondan sonra nömrə filan verdik, danışdıq. Sonra dayımgil gəlmişdi, qayıtdıq. Biz səhv etmişik, bir də belə olmaz. Öz yaşıdlarıma da deyirəm, icazəsiz getmək olmaz".


Məlumata görə, hər iki şəxs Bakının "Torqovı" kimi tanınan "Nizami” küçəsində tapılıb. Uşaqlar evdən getmələrinin səbəbini Yeni il bayramını Bakıda keçirmək istəyi ilə izah ediblər. İsmayılın babası Vaqif Manafovun sözlərinə görə, onların Bakıdakı hotellərin birində gecələdiyi məlum olub:

 

"Mən həddindən artıq sevincliyəm. İki gün mənim üçün zindan kimi oldu. İndi Allahıma şükür edirəm. Sizə çox sağ ol deyirəm, minnətdaram! Sizin köməyinizlə oldu".

 

İsmayılın anası Yeganə Əmənova da jurnalistlərə təşəkkürünü bildirib:

 

"İsmayıl yanımdadır, çox sevinirəm. Allahıma min şükür olsun! İsmayılımı Allah qaytardı mənim özümə. Sizin köməkliyinizlə. Təşəkkür edirəm sizə! Uşaqlara da deyirəm: ata-ananızdan icazəsiz heç yerə getməyin!"

 

Qeyd edək ki, Cəlilabad şəhər sakinləri Xalid Əliyev və İsmayıl Əmənov dekabrın 21-də  səhər tezdən məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. Yeniyetmələr şəhər Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdləridirlər.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb

Cəlilabadda itkin düşən 7-ci sinif şagirdləri tapılıb

Cəlilabadda məktəbli uşaqlar itkin düşüb

Cəlilabadda məktəbli uşaqlar itkin düşüb

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ona zəng edəndə “sən mənim 2 ci anamsan”, deyirəm

Ona zəng edəndə “sən mənim 2 ci anamsan”, deyirəm

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Dəhşətli qəzada ölən məktəblilər dərsdən qaçıbmış - Fotolar

Dəhşətli qəzada ölən məktəblilər dərsdən qaçıbmış - Fotolar

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Şah İsmayılın qanında xristian qanı axır? - Cavab

Şah İsmayılın qanında xristian qanı axır? - Cavab

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

Cəlilabad rayonunda təhsilə qan udduran direktordan növbəti ŞİKAYƏT - "Müəllimlərin öz hesabına hazırladığı sinfi sökür"

Cəlilabad rayonunda təhsilə qan udduran direktordan növbəti ŞİKAYƏT - "Müəllimlərin öz hesabına hazırladığı sinfi sökür"

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Dərsi fərqli üsulla izah edir - Müəllim təbaşirlə döşəməyə şəkil çəkir - VİDEO

Dərsi fərqli üsulla izah edir - Müəllim təbaşirlə döşəməyə şəkil çəkir - VİDEO

Cəlilabad rayon müəllimlərindən Mikayıl Cabbarova şikayət məktubu

Cəlilabad rayon müəllimlərindən Mikayıl Cabbarova şikayət məktubu

Xaçmazda itkin düşmüş məktəbli tapılıb

Xaçmazda itkin düşmüş məktəbli tapılıb

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

"Pulumuzu-paramızı bu uşaqlara xərcləməliyik ki, dünyada bizi həm də zəkamızla tanısınlar!"

"Pulumuzu-paramızı bu uşaqlara xərcləməliyik ki, dünyada bizi həm də zəkamızla tanısınlar!"

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Bakıda itkin düşən 12 yaşlı məktəbli stadiondan tapıldı

Bakıda itkin düşən 12 yaşlı məktəbli stadiondan tapıldı

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?