“Peşəm gələcəyimin təminatıdır”
"Azəri Gənclər Alyansı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Peşəm gələcəyimin təminatıdır” mövzusunda layihə həyat keçirib.
Bakı və Sumqayıt şəhərlərində baş tutan layihənin icrasının başlıca məqsədi layihə iştirakçıları olan yeniyetmə və gənclərin peşə biliklərinə olan maraqlarını artırmaq, onlara nəzəri və praktik biliklər aşılamaq, müxtəlif peşə sahələrində gələcəyin təcrübəli mütəxəssislərinin hazırlanmasına təkan verməkdir.
Layihə çərçivəsində dekabrın 20-si və 21-də Bakı şəhərində baş tutan təlimlərdə 15-25 yaş arası 50-dən çox gənc iştirak edib. Mövzu üzrə təcrübəli ekspert və təlimçilər "Bloggerlik”, "Foto”, "Dizayner”, "Bələdçilik”, "Aşbazlıq”, " Faşinist”, "Musiqiçi” kimi peşə barədə təlimlər keçib. Bakıda keçirilən təlimlər zamanı ekspert qismində moda sahəsində məhşur blogger Aynur Gözəl, fotoqraf Zaur Nəcəfbəyov, Dünya Turizm Bələdçiləri Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova, gənc sahibkar Aynur Alışanova, dizayner Emil İsmayılov, aşbaz Aliyə Hüseynova gənc və yeniyetmələrə peşə seçimi ilə bağlı ətraflı məlumat verib. Təlimlər interaktiv formatda keçirilib, iştirakçılarla geniş fikir mübadiləsi aparılıb. Peşə seçimi üzrə ekspertlər qeyd ediblər ki, gələcəyin peşəkarı olmaq üçün ilk mühüm addım düzgün seçim etmək və öz peşəsini sevə-sevə yerinə yetirməkdir.
Layihə müddətində növbəti təlimlər Sumqayıt şəhərində baş tutub. Sumqayıtda keçirilən 3 günlük peşə təlimlərində qonaq qismində Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, əslən sumqayıtlı olan Azərbaycan millisinin üzvü, Ağır Atletika üzrə dünya çempionu Zülfüqar Süleymanov, Dünya Turizm Bələdçiləri Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova və musiqiçi Könül Bəkirova, Edu-Map.az vebsaytının redaktoru Toğrul Bayramlı və bələdçi Vüsal Hacıyev iştirak etdib. Ekspertlər çıxışları zamanı Sumqayıtlı gəncləri sevdikləri peşəyə sahib olmaqları üçün həvəsləndirib və onların çoxsaylı suallarını cavablandırıblar.
Təlimlərin sonunda "Azəri Gənclər Alyansı”nın sədri Leyla Məmmədli gənclərə sertifikatlar təqdim edib və onlara seçdikləri sənətin peşəkarı olmağı arzulayıb, gələcək fəaliyyətlərində uğurlar diləyib.
“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib
Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi
"Qadınlara qarşı gender əsaslı zorakılıq mübarizədə gənclərin rolu” adlı layihə icra edildi
Peşə təhsilinə marağın artırılması məqsədilə “Öz peşəni seç” layihəsinə start verilib
Paytaxt müəllimlərinə sertifikatlar təqdim olunub
Kitab üzərindən açılan dünya...
Ən zəruri peşə keyfiyyətlərinə tədris yolu ilə yiyələnmək mümkündür
Bakı Dövlət Universitetində “Beynəlxalq Jurnalistika Məktəbi” layihəsi başladı
BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib
ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib
Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR
Bölgələrdə ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir
“eTwinning Plus” layihəsi çərçivəsində seminar
Əcnəbi tələbələr arasında ilk TEDx formatlı yarışma keçirilir
Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır
Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR
Bakı Turizm Peşə Məktəbində açıq dərs
AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib
“eTwinning Plus” layihəsi çərçivəsində seminar
Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib
Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun
Peşə seçiminə dair tədbirlər keçirilir
“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb
Təlimçi müəllimlərə təlim keçirilib