ADU-da dünya eposları ilə bağlı sərgi keçirilib
Dekabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Müqayisəli folklor elmi-tədqiqat laboratoriyası və SABAH qrupunun birgə layihəsi olan "Mədəniyyətlərarası dialoq-dünya eposları” adlı sərgi keçirilib.
Sərgidə ADU tələbələri dünya mədəniyyətinin şifahi xalq ədəbiyyatı nümunələri olan eposlar haqqında təqdimat edərək, "Kitabi-Dədə Qorqud”, "İqor polku haqqında dastan”, "Nibelunqlar haqqında nəğmə”, "Beovulf” və "Roland haqqında nəğmə”, "Sid haqqında nəğmə” dastanları barədə Azərbaycan, ingilis, rus və digər dillərdə ətraflı məlumat veriblər. Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həmidə Əliyeva dünya və Qərbi Avropa eposlarını Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi, kökləri mifoloji dünyagörüşünə gedib çıxan "Kitabi-Dədə Qorqud” dastanları ilə müqayisəli şəkildə öyrənməyin əhəmiyyətindən bəhs edib.
Sərgidə təmsil olunan eposların xalqın milli-mənəvi dəyərləri, etno-psixoloji keyfiyyətləri ilə sıx əlaqəsinin olduğunu qeyd edən H.Əliyeva bu qəbildən olan tədbirlərin mütəmadi olaraq təşkil olunacağını qeyd edib.
Sərginin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkür edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla eposlar haqqında təsəvvürlərimizin sərgi vasitəsilə başqa mədəniyyətlərin təbliğatı ilə yanaşı, Azərbaycan mədəniyyətinin də təbliğatının gözəl bir örnəyinə çevrildiyini bildirib:
"Mən çox istərdim ki, bizim laboratoriyalarımız və müəllimlərimizin başladıqları bu mədəni şücaət və təbliğat davam etsin və tələbələrimizin daha geniş kütləsi bu işə cəlb olunsun. Bildirmək istərdim ki, bu sərgiləri qorumaq lazımdır, yaxın gələcəkdə başqa ölkələrin universitetlərində Azərbaycan mədəniyyətini, dilini təbliğ edərkən belə gözəl işlərə ehtiyacımız olacaq. Bu, bilavasitə Azərbaycan mədəniyyətinə yeni dostlar və təbliğatçılar qazandıracaq”.
Sonda sərgidə fəal iştirak edən tələbələr sertifikatlarla mükafatlandırılıb.
ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib
ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib
ADU sertifikatla təltif olundu
İnstitutda elmi konfrans: “Repressiya və folklor”
Azərbaycan Dillər Universitetində yeni formatda dərslərin təşkilinə başlanılıb
“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib
ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO
Rəssamlar İttifaqında məktəblilərin rəsmləri sərgilənəcək
ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı
ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub
Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə fənn olimpiadası keçirilib
ADU-da “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə
ADU-da təqdimat mərasimi keçirilib
Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir
MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub
Rektor Kamal Abdulla CLS proqramının nümayəndələri ilə görüşüb
Metroda "Köhnə Bakı" sərgisi keçiriləcək
Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu
SABAH xaricdə təhsil sərgisi keçiriləcək
İçərişəhərdə şəkər xəstəliyinə aid sərgi keçiriləcək
AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt
Dərslikdə növbəti səhv: "Oğuz igidlərinin nə işi var idi o əsrdə səhrada?"
ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü