Xəbərlər / İKT / Texnologiya / Maraqlı
26 dekabr 2017
3 348


Dünyanın ən kiçik mobil telefonu – VİDEO

Britaniyanın "Clubit New Media Ltd.” şirkətinin tərtibatçıları Yeni il ərəfəsində dünyanın ən kiçik mobil telefonunu təqdim ediblər.


Məlumata görə, bu mobil telefonu kostyum jiletinin cibində daşımaq mümkündür. "Tiny T1” adlanan cihaz artıq sənaye istehsalına hazırdır.


Britaniyalı tərtibatçılar istehsal etdikləri balaca cihazın insanların əhval-ruhiyyəsinə müsbət təsir etdiyini göstərən xüsusi sosial klip hazırlayıblar. Telefon gözlənilməz və təsirli hədiyyə kimi çox yaxşıdır.


"Tiny T1”-nin uzunluğu 47 millimetr təşkil edir. Ancaq bu o demək deyil ki, bu cihaz dekorativ oyuncaqdır. Tərtibatçılar onu  əsl böyük telefonun texnoloji potensialı ilə təchiz ediblər. Məsələn, "Tiny T1”-in OLED ekranı var və 3 gün fasiləsiz işləyərək akkumulyatorunun enerjisini saxlaya bilir. Cihazın sahibi nano-SİM kart istifadə edəcək. Bu SİM kart 300 əlaqə nömrəsini yaddaşında saxlayacaq. Həmçinin yaddaşına 50 ismarış və o qədər də son zəngləri daxil ediləcək. Mütəxəssislərin fikrincə, telefonun o qədər də pis gələcəyi yoxdur.

Məqalə Göndər








Загрузка...