Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin "Dağlıq Qarabağ münaqişəsi: ilin yekunları" mövzusunda hesabatının təqdimatı və mətbuat konfransı keçirilib.
Aztəhsil.com xəbər verir ki, Mərkəzin rəhbəri, politoloq Elxan Şahinoğlu Tətbiqi Politologiya Mərkəzinin 3 aylıq fəaliyyəti barədə məlumat verib, tələbələrin artıq siyasi təhlilçi kimi analitik materiallar hazırladığını, mətbuatda ekspert qismində çıxış etdiyini diqqətə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2017-ci ildə aparılan danışıqları şərh edən E.Şahinoğlu bildirib ki, 2017-c ili cəbhədə və danışıqlar masasında dinamik il kimi xarakterizə oluna bilər:
"Baxmayaraq ki, danışıqlar nəticəsiz qalıb və yorucu müharibə vəziyyəti davam edir. Ermənistan bu müharibədən daha tez yorulmalıdır, çünki dövlət getdikcə zəifləyir, xalq dözülməz halda yaşayır. Ermənistan gənci başqasına aid olan torpaq uğrunda ölmək istəmir. Ancaq Ermənistan hakimiyyəti hər vəchlə danışıqları uzatmağa çalışır”.
Politoloq bildirib ki, 2018-ci ildə Rusiya, Azərbaycan və Ermənistanda seçki ili olsa da, münaqişənin qısa zamanda həllində daha çox maraqlı olan tərəf kimi rəsmi Bakının danışıqların aktiv şəkildə davam etdirilməsinə səy göstərəcəyini proqnozlaşdırmaq olar.
Daha sonra tələbə-ekspertlər münaqişə və onun ətrafında aparılan danışıqlardakı son vəziyyət, münaqişənin həlli perspektivləri ilə bağlı fikirlərini bildiriblər.
Mərkəzin ekspertləri jurnalistlərin suallarını cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Tətbiqi Politologiya Mərkəzinin "Qarabağ: 2016/2017” adlı analitik nəşri də təqdim olunub.
Qeyd edək ki, Qərbi Kaspi Universitetində yeni yaradılmış Tətbiqi Politologiya Mərkəzində "Qarabağ” və "Multikulturalizm” laboratoriyaları fəaliyyət göstərir. Tələbələr burada müxtəlif istiqamətlər üzrə araşdırmalar aparır, analitik materiallar hazırlayırlar.
Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu
Qərbi Kaspi Universitetində Tətbiqi Politologiya Mərkəzi yaradılıb
Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi
Qərbi Kaspi Universitetində Texnopark qurulur
Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO
Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı
İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…
Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov
4 ilə iki diplom almaq imkanı...
Kamal Abdulla amerikalı tələbələrə mühazirə oxuyub...tariximizdən danışılıb
ADA Universiteti və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək
Qənirə Paşayeva Qaziantep Universitetinin rektoru ilə görüşüb
“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”
Azərbaycanlı tələbə Nalbandyanı çıxlmaz hala saldı..VİDEO
Azərbaycanlı gənclər Soçidə
ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub
ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib
ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub
Britaniya parlamentində Heydər Əliyev haqda kitab təqdim olunub
“İdrak” liseyində Azərbaycan, rus və ingilis dillərində Qarabağ dərsləri...
Mikayıl Cabbarovun “xidməti”: Ermənistan saytları qalmaqallı xəritədən yazır
Dərslərində Qarabağın işğalını müzakirə edən amerikalı professor