Xəbərlər / Psixoloq / Valideyn
30 dekabr 2017
4 748


Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

"Filankəsin uşağı belədir, sən niyə belə deyilsən" sualını valideyn ilk növbədə özünə verməlidir.

 

"Uşaqlar üçün ən təhlükəsiz yer onların doğulub boya-başa çatdıqları evləri və ailələridir”. Uzun illər aksioma kimi qəbul edilən bu fikirləri, artıq faktlar şübhə altına qoyur. Statistikaya görə, dünyada 14 yaşına qədər 2,5 milyon həddi-buluğa çatmamış uşaq valideyni tərəfindən döyülür. Sərt rəftardan xilas olmaq üçün 50 mindən çox uşaq hər il evdən qaçır. Məişət zorakılığına məruz qalan uşaqların sayı 50 faizi keçib. Məişət zəminində ailələrdə baş verən cinayətlərin 30-40 faizi uşaqlarla bağlı olur. Azyaşlılara qarşı törədilən mənəvi və fiziki zorakılıq ailə çərçivəsindən çıxaraq cəmiyyətin müxtəlif sferalarını əhatə etməyə başlayıb. Bir çox valideynlərin inadla "uşaqların özləri zorakılığın yaranmasına səbəb olur” deməsinə baxmayaraq, qanun bütün hallarda valideyni məsuliyyət qarşısına çəkir. 

 

Ailələrdə, cəmiyyətin ayrı-ayrı sferalarında uşaqlara qarşı törədilən zorakılıq halları Azərbaycanda da 14 yaşına qədər olan uşaqlara qarşı cismani cəzanı qadağan edən qanun layihəsinin gündəmə gəlməsinə səbəb olub. Milli Məclisin Sosial siyasət komitəsindən mətbuata verilən məlumata görə, "Uşaqların cismani cəzadan qorunması haqqında” qanun layihəsi ilə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə bununla bağlı məsuliyyət yaradacaq maddələr əlavə olunacaq.

 

Belə ki, müvafiq olaraq müxtəlif cərimələrdən, inzibati məsuliyyətdən tutmuş, 3 il müddətinə həbsə qədər cəzalar nəzərdə tutulur. Ümumilikdə yeni qanunda ailələrdə, uşaq evlərində, bağçalarda, məktəblərdə, eləcə də uşaq həbsxanalarında uşaqların cismani cəzadan qorunması ilə bağlı qabaqlayıcı müddəalar öz əksini tapıb. Məqsəd polis, icma, ailə və digər yerlərdə uşaqlara qarşı hər hansı fiziki təzyiqin tətbiq edilməsinin qarşısını almaqdır.

 

Döyülən və döyən uşaq


Təbii ki, uşağa qarşı istənilən sərt münasibətin ağır sonluqları qaçılmazdır. Ancaq bunların hamısını birləşdirən bircə nəticə var: sağlam uşağı zədələmək və ya onun həyatı üçün təhlükə.

 

Psixoloqlar hesab edir ki, fiziki travma, xəsarət, kəskin psixoloji pozuntu istənilən aqressiyanın nəticəsidir. Bu cür uşaqlarda həmişə ağır depressiya və natamamlıq hiss olunur. Bəzən ailələrdə baş verən zorakılıq hadisələri ilə bağlı uşaqlar özləri də polisə şikayət etməyə qorxurlar. "İstənilən ev yetimxanadan yaxşıdır" deyə onlar hətta mərhəmətsiz valideynlərini itirməkdən çəkinirlər.

 

Ailədə normal mühit hökm sürəndə, valideyn-övlad münasibətləri qaydasında olanda, cəmiyyətə layiqli övlad da yetişir:

 

"Bizim dəyərlərə görə belə qəbul edilir ki, uşağın çayını, yeməyini verdinsə, iş bitdi. Amma uşağın inkişafı, sağlam psixoloji mühitdə böyüməsi, gələcəyi mühüm amildir. Xarici ölkələrdə uşağın üzərinə qışqıranda, ona hər hansı cəza veriləndə məhkəməyə müraciət edirlər. Əgər valideynlər uşağa fiziki təzyiq göstərirlərsə, demək özləri zəifdirlər. Yəni onlar istədikləri bir şeyi uşağa düzgün başa sala bilmirlər. Bəzən valideynlər kiçicik bir səhvdən ötrü uşaqları döyür, təhqir edirlər. Onları başqası ilə müqayisə edirlər. "Filankəsin uşağı belədir, sən niyə belə deyilsən" sualını valideyn ilk növbədə özünə verməlidir”. 


Ailədə döyülən uşaqlar gələcəkdə ailə başçısı olanda öz uşaqlarına eyni münasibəti göstərirlər. Belə ki, bu günün uşağını döymək sabahın döyən valideynini yetişdirməkdir:

 

"Fiziki zorakılığa məruz qalan uşaqların gələcəkdə həyatlarında çox böyük problemlər olur. Onlar aqressivləşir, başqası ilə yüksək tonla danışır, kobudluq göstərir, təhqiramiz fikirlər işlədirlər. Uşaq vaxtı gördükləri təzyiqlər gələcəkdə onlar üçün travmasız ötüşmür. Valideyn başa düşməlidir ki, uşaq onun əşyası deyil. Onun borcu övladını yüksək səviyyədə tərbiyə etmək və cəmiyyətə çıxarmaqdır”.

 

Azərbaycan ailələrində ən çox problem uşağın yeniyetmə dövründə yaşanır. Belə ki, müasir dövr, internet həm uşaqlarda, həm də valideynlərdə aqressiya yaradır. 


Ekspertler hesab edirlər ki, bu istiqamətdə cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var. Yəni valideynlər «öz uşağımdır, özüm bilərəm necə rəftar edirəm» fikrindən birdəfəlik əl çəkməlidir. Cəmiyyətin digər sferalarında isə mərhəmət üçün yalnız yazılı qanunların qəbulu gözlənməməlidir.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

SÖYÜŞ, HƏDƏ VƏ FİZİKİ CƏZA - Bunlardan qaçın! TÖVSİYƏ

SÖYÜŞ, HƏDƏ VƏ FİZİKİ CƏZA - Bunlardan qaçın! TÖVSİYƏ

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Valideyn-övlad münasibətləri necə olmalıdır?

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Dərs yoxsa valideyn-övlad münasibətləri: Necə davranmalı?

Dərs yoxsa valideyn-övlad münasibətləri: Necə davranmalı?

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşaqların tez-tez ağlasığmaz səhvləri sizi narahat edir? -Övladınıza özünü sevməyi öyrədin

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Uşağın tərbiyəsində ailə mühitinin rolu nə qədərdir?

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Valideyn-övlad münasibətlərinin  pedaqoji əsasları - Piralı Əliyev

Valideyn-övlad münasibətlərinin pedaqoji əsasları - Piralı Əliyev

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşaqların dərs uğursuzluğu nə ilə bağlıdır?

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşaqların dərs uğursuzluqları və səbəbləri

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Uşaqlarda davranış və hiperaktivlik

Uşaqlarda davranış və hiperaktivlik