Xəbərlər / Karyera / Maraqlı
30 dekabr 2017
2 802


Təhsilini yarıda ataraq milyarder olan iş adamları - SİYAHI

Dünyanın zəngin, uğurlu, ən çox ilham verən sahibkarlarından bəziləri universiteti yarıdan atıblar. Məsələn, "Apple"ın qurucusu Stiv Cobs, "Microsoft"un rəhbəri Bill Qeyts, "Facebook"un CEO-su Mark Zuckerberg məzun olmadan universiteti tərk ediblər.


Hətta nə qədər qəribə səslənsə də "Paypal"ın qurucusu Peter Thielin özü məşhur universitetlərdən biri olan "Stanford" məzunudur. Amma o bacarıqlı tələbələri universiteti atmaq üçün təşviq edir. Hətta universiteti atdıqları təqdirdə 100 min dollar mükafat və şirkətində iş təklifi edir.


Aztəhsil.com facemark.az-a istinadən universitet təhsilini başa vurmamış 15 uğurlu sahibkarı təqdim edir.


1. Arash Ferdowsi: Arash Ferdows İran əsilli ABŞ vətəndaşıdır. 2007-ci ildə 3-cü kurs tələbəsi olan A.Ferdowsi universiteti yarıda buraxaraq "Dropbox" saytı və tətbiqini yaradır. Bu gün o "Dropbox"un texnologiya üzrə məsul müdiridir. Onun şəxsi sərvəti isə 500 milyon dollardır.


2. Daniel Ek: İsveç vətəndaşı Daniel Ek 2005-ci ildə ölkəsində fəaliyyət göstərən İsveç Federal Texnologiya Universitetində mühəndislik oxumağa başladıqdan 8 həftə sonra təhsilini yarıda buraxır.


Daha sonra bir neçə internet saytı dizayn işində çalışan Daniel Ek, "Advertigo" adlı onlayn marketinq şirkətini təsis edir. Amma onu da qısa müddət sonra başqa bir isveç firmasına satır. Onu məşhur edən "Spotify" tətbiqini 2008-ci ildə qurur. "Spotify" qurduqdan sonra bir il içində milyonçu olan Daniel Ek, bu dəqiqələrdə 75 milyon istifadəçiyə sahib musiqi tətbiqi hesabına 1,6 milyard dollarlıq şəxsi sərvətə sahibdir.


3. Elizabeth Holmes: Elizabeth Holmes 2003-cü ildə "Stanford Üniversitetində ikinci kursda oxuduğu zaman tibb texnologiya şirkəti olan "Theranos"u yaradır. Bir neçə aydan sonra isə işinə adaptasiya olmaq üçün universiteti atır.Bu gün 31 yaşında olan Elizabeth Holmes ABŞ-ın ən gənc qadın milyarderidir. Şəxsi sərvəti 4,6 milyard dollardır.


4. Oprah Winfrey: Mediyada karyera qurmaq istəyən Oprah Winfrey "Tennessee Dövlət Universiteti"ni yarıda buraxır.Daha məktəbdə oxuduğu vaxtlarda mediaya sonsuz sevgisi olub. O vaxtlar yerli radioların birində işləməyə başlayıb. Bu sonsuz sevgini universitet vaxtlarına da apara bilib. Universitetdə ikinci kursda oxuduğu vaxt yerli televiziya kanalından iş təklifi alan O.Winfrey risk edərək təhsilini atır və arzusunda olduğu işi görməyə başlayır. Bu gün o, ABŞ və dünyanın məşhur, uğurlu və 2,8 milyard dollarlıq şəxsi sərvəti ilə ən zəngin media adlarından biridir.


5. Jack Dorsey: "Twitter"in yaradanlardan biri olan Jack Dorsey "Missouri Üniversitet"ində təhsil almağa başlayır və hətta "New York Üniversitetin"ə keçid eləmək ərəfəsində ikən təhsilini atır və bu günün məşhur olan sosial platformasını qurmaq üçün adaptasiya olur.O, hazırda "Twitter"in səhmlərinin 5%-nə sahibdir və şirkətin CEO-sudur. Eyni zamanda, "Disney"in idarə heyətinin üzvidir. Onun şəxsi sərvəti isə 2,6 milyard dollardır.


6. Michael Dell: Dünyanın ən böyük kompüter markalarından biri olan "Dell"in qurucusu Michael Dell Texas Universiteti 19 yaşında daha birinci kursda oxuduğu zaman atır. Dell texnologiya şirkətini yaradır. Şirkətin bugünkü bazar dəyəri 20,9 milyard dollardır.


7. Steve Jobs: "Reed Universitet"ini hələ 19 yaşında ikən tərk edən Stiv Cobs artıq bir fenomen halına gələn "Apple"ın qurucusudur. Əslində, onun universitet təhsilini yarıda atmasının səbəbi təhsil haqqının çox yüksək olması idi. Cobs isə ailəsinə yük olmaq istəmirdi. O, universitetdə keçirdiyi vaxtı digər universiteti atan milyarder sahibkarların əksinə onun üçün çox faydalı olduğunu deyib.


O, 2005-ci ildə "Stanford Universitet"ində məzuniyyət mərasimində çıxışı zamanı deyib ki, "Reed Universitet"ində təhsil aldığı vaxt xiloqrafiya başqa adla xətt sənəti dərsində öyrəndiklərinin ilk "macintosh" kompüterini dizayn edən zaman ona ilham verdiyini deyib. O xərçəng xəstəliyindən dolayı 2011-ci ildə vəfat edir. O ölən zaman şəxsi sərvəti 14 milyard dollar idi.


8. Julian Assange: Dünyada məşhur kompüter piratına çevrilmədən öncə Julian Assange "Melbourne Universitet"ində riyaziyyat üzrə təhsil alırdı. O, "Wikileaks" sənədlərini yayımlayaraq beynəlxalq skandallı ortaya çıxarmışdı. Hələ 19 yaşında ikən üsyançı xarakterini ortaya qoyan Assange universitet tələbələrini Avstraliya ordusu üçün kompüter layihələrinin hazırlanması mövzusunda yönləndirirdi. Buna görə universiteti atır. "Wikileaks"in yayımladığı sənədlərdən sonra haqqında həbs qərarları çıxan Assange 2010-cu ildən etibarən şəxsi sərvətinini bitkoinə investisiya etdiyini deyib.


9. Bill Qeyts: Bill Qeyts "Harvard Üniversitet"ini atan zaman 2-ci kursda idi. Universiteti ataraq "Microsoft"u qurur. "Harvard Universitet"i onu hələ də universitetin gəlmiş keçmiş ən bacarıqlı tələbəsi olaraq görür. Bu gün o dünyanın ən zəngin insanıdır.


10. Evan Williams: Nebraskada doğulub böyüyən Evan Williamsın ailəsi kənd insanlarıdır.


"Nebraska Üniversitet"inə gedən Evan Williams 1,5 il sonra universiteti atır. Təhsilini atdıqdan sonra "Hewlett-Packard" və "Intel"də bir müddət kompüter proqramçısı kimi çalışır və daha sonra "Twitter"i qurur. Bu gün o milyarder investorlar arasında yer alır.


11. Mark Zuckerberg: "Harvard Universitet"ini yarıda ataraq "Facebook"u qurur. Bu gün o 74,2 milyard dollarlıq şəxsi sərvəti ilə dünyanın ən zəngin 5-ci insanıdır. Eyni zamanda, "The Facebook Effect" adlı bioqrafiyasında yazılanlara görə, onun təhsilini atmaq üçün verdiyi qərar cəmi 5 dəqiqə vaxtını alıb.


12. Larry Ellison: Universiteti yarıda atanlardan biri də "Oracle"nin qurucusu Larry Ellisondur. Uşaq və gənclik illərində ailəsi onu həmişə həkim olmaq üçün təşviq edib.Buna görə də, öncə "Illinois" sonra isə "Chicago Universitet"ində tibb dərsləri alır. Ancaq sonda universiteti atır. Xəyallarının arxasıyca gedir və proqram təminatçısı olur. Bu gün şəxsi sərvəti 55 milyard dollardır.


13. Jan Koum: ABŞ-a miqrant kimi gələn Jan Koum universiteti məzun olmadan atır. "San Jose State Universitet"ini atdıqdan sonra bir müddət "Yahoo" da çalışır. Daha sonra isə "WhatsApp"ı yaradır. Bu gün o milyarderlərin arasında yer tutur. "WhatsApp"ı 2014-cü ildə 19,3 milyard dollara "Facebook"a satan Jan Koumun şəxsi sərvəti 7,5 milyard dollardır.


14. Travis Kalanick: "Uber"in yaradıcısı və CEO-su olmadan öncə "UCLA Universitet"ində kompüter mühəndisi olaraq təhsil alıb. Ancaq məzun olmasına sadəcə bir neçə ay qalmış artıq istifadə olunmayan axtarış sistemini "Scour"u yaradır. Daha sonra universiteti atır. Onun şəxsi sərvəti təxminən 5 milyard dollardır.


15. John Mackey: "Texas Universitet"ində din və fəlsəfə üzrə təhsil alarkən universiteti atır. 45 min dollar borc alaraq Austin Texasda "SaferWay" adlı sağlamlıq məhsulları satan yeyinti mağazasını açır. İşlərini artıran Mackey bu gün nəhəng organik məhsullar marketi olan "Whole Foods"un qurucularındandır.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

"Facebook"u geridə qoydu - 523 milyard dollar

"Facebook"u geridə qoydu - 523 milyard dollar

“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü

“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü

Dünyanın yaşayan ən zəkalı insanları

Dünyanın yaşayan ən zəkalı insanları

Dünyanın ən zəngin adamı dəyişdi - Bill Qeyts ikincidir

Dünyanın ən zəngin adamı dəyişdi - Bill Qeyts ikincidir

İran Azərbaycanda Universitet açacaq – Ancaq bu tələbələr qəbul ediləcək

İran Azərbaycanda Universitet açacaq – Ancaq bu tələbələr qəbul ediləcək

Təhsildən çox adı yeyinti və korrupsiyada hallandırılan universitetlər- SİYAHI

Təhsildən çox adı yeyinti və korrupsiyada hallandırılan universitetlər- SİYAHI

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

ADU Frankofoniya Universitet Agentliyinin üzvü seçildi

ADU Frankofoniya Universitet Agentliyinin üzvü seçildi

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

“Google” “ağıllı” rayon yaradır - 1 MİLYARD DOLLARA

“Google” “ağıllı” rayon yaradır - 1 MİLYARD DOLLARA

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

QƏBƏLƏYƏ KÖÇÜRÜLƏCƏK UNIVERSITETLƏRIN ADLARI AÇIQLANDI – SİYAHI

QƏBƏLƏYƏ KÖÇÜRÜLƏCƏK UNIVERSITETLƏRIN ADLARI AÇIQLANDI – SİYAHI

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

Bu universitetlər Qəbələyə köçürüləcək- SİYAHI

Bu universitetlər Qəbələyə köçürüləcək- SİYAHI

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım

"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Daha bir universitet təhsil haqlarını aşağı saldı

Daha bir universitet təhsil haqlarını aşağı saldı

Təhsilə büdcədən 2.5 milyard pul ayrılacaq- ARTIM GÖZLƏNİR

Təhsilə büdcədən 2.5 milyard pul ayrılacaq- ARTIM GÖZLƏNİR