Yeməkdən əvvəl və sonra su içsəniz...
Pasiyentlərin arıqlaması üçün tövsiyə olunan idmana ehtiyatla yanaşırıq. Çünki müraciət edənlərin əksəriyyəti ciddi xəstəliklərdən əziyyət çəkir və artıqçəkilidirlər. Buna görə də pasiyentlərə arıqlamaq üçün idman tövsiyəsi orqanizmə görə dəyişir. Son vaxtlar arıqlamaq üçün bariatrik cərrahiyyəyə üz tutanların sayı artıb. Bu zaman mədə kiçildilir və pasiyent az yeməyə başlayır. Lakin bunun ciddi fəsadları ola bilər. Həmin sahə tibdə hələ yenidir və tədqiqatlar davam etdirilir. Xanımların daha çox müraciət etdiyi liposaksiya, yəni piysovurma əməliyyatı isə arıqlama proqramı deyil, bədənin konturlarının düzəldilməsi üçün korrektə vasitəsidir.
Aztəhsil.com xəbər verir ki, bu sözləri diyetoloq-həkim Leyla Zülfüqarlı deyib.
Dietoloq-həkim qeyd edib ki, pasiyentlər üçün fərdi qaydada proqramlar tətbiq olunur və pəhriz müddəti bitəndən sonra belə həmin şəxs kökəlmir. Qalıcı proqram sayəsində pəhriz bitdikdən sonra maksimum 2 kiloqram kökəlmək mümkündür.
L.Zülfüqarlı müsahibə zamanı suyun faydalarına da toxunub.
O, bildirib ki, arıqlamaq üçün gün ərzində ən azı iki litr su içilməsi məsləhətlidir. Su təkcə artıq çəkidən xilas olmağa kömək etmir, həm də orqanizmin düzgün işləməsində rol oynayır. Gün ərzində yeməkdən çox su içmək tövsiyə olunur. Yeməkdən yarım saat öncə və bir saat sonra su içilməsi pəhriz saxlayanların nəticə əldə etməsinə müsbət təsir göstərir. Yaşıl çayın içilməsi individual xarakter daşıyır. Arıqladıcı preparatların qəbulu isə tövsiyə olunmur.
Mütəxəssis pəhriz zamanı edilən yanlışlıqlar barədə də məlumat verərək qeyd edib ki, bizim düşmənimiz yağ deyil, şəkərdir. Ekoloji cəhətdən təmiz yağ artıq çəkiyə səbəb olmur.
Arıqlamaq istəyirsinizsə, darçınlı su için - RESEPT
"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ
Səhər ac qarına kartof suyu içməyin İNANILMAZ FAYDALARI
Uşağın iştahasını artırmaq üçün XALQ TƏBABƏTİ ÜSULLARI
Xüsusi internat məktəbləri üçün müvafiq pəhriz menyuları hazırlanıb
Orqanizmi zərərli maddələrdən təmizləyən 6 İÇKİ
Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün UNİKAL VASİTƏ
Həftədə 3 dəfə içsəniz, xərçəngə tutulmazsınız – ŞƏFAVERİCİ BİTKİ
Yeməkdən bir saat əvvəl için - Sodalı suyun FAYDALARI
İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı
Bronxial problemi olanların nəzərinə- Faringit, bronxial astma, laringit...
Bağırsaqları təmizləməyin ən sadə yolu: Həm də arıqladır
Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?
Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı
Uşaqlar üçün idman növü seçəndə diqqətli olun – Valideynlərə tövsiyə
Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ
Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!
Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ
Ağciyərləri təmizləyən 4 qida
Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay – GÜNDƏ 2 FİNCAN İÇİN
Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR
Səhərlər ac qarına bir qaşıq için – MÖCÜZƏVİ YAĞ
Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır
DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ