Xəbərlər / Psixoloq
05 yanvar 2018
2 889


Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Son illər ərzində cəmiyyətimizdə psixoloji yardıma müraciət hallarının çoxalması danılmaz bir faktdır. Sözsüz ki, müəyyən psixoloji narahatlıqları olan şəxslərin peşəkarlardan yardım istəməsi sevindirici haldır. Lakin bu vəziyyətdən istifadə edib, özünü psixoloq, psixoterapevt, hətta psixiatr kimi təqdim edən qeyri-peşəkar şəxslərin də olduğu müşahidə edilir.


Bu isə peşəkar yardım almaq istəyən şəxslərin peşəkarlara qarşı inam hissinin zəifləməsinə və qeyri-peşəkar xidmətin qurbanı olmasına səbəb olur.


Bu cür halların qarşısını almaq üçün nə etmək lazımdır?


Aztəhsil.com modern.az-a istinadən xəbər verir ki, "Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc açıqlamasında bildirib ki, hər kəs psixoloji xidmətlə bağlı bir sıra məlumatları bilməlidir:


"Psixoloji xidmət kifayət qədər mürəkkəb, həddindən artıq böyük məsuliyyət tələb edən bir xidmət sahəsidir. Bunun üçün psixoloji xidmət göstərən şəxsin bu sahə üzrə təhsilinin olması mütləqdir. İnkişaf etmiş ölkələrdə psixoloji xidmət göstərən şəxsin təhsil və təcrübəsi ilə bağlı kifayət qədər ciddi tələblər var. Odur ki, insanlar heç bir halda psixoloji xidmət göstərən şəxsdən təhsili ilə bağlı sənəd tələb etməkdən çəkinməməlidir. Peşəkar psixoloq, psixoterapevt və ya psixiatr sənəd tələbini öz peşəsinə verilən dəyər kimi qəbul edib, məmnuniyyətlə sizə öz təhsil sənədlərini təqdim edəcək.


Təhsil sənədinin hansı universitetə, təhsil qurumuna aid olması da çox vacib məqamdır. Təhsil Nazirliyi tərəfindən tanınmayan yerli və beynəlxalq təhsil qurumlarının sənədi onu təqdim edən şəxsə peşəkarlıq statusu vermir. Həmçinin, yerli və beynəlxalq kurs sertifikatı da psixoloji xidmətin göstərilmə səlahiyyəti üçün əsas sayılmır”.


O.Oruc qeyd edib ki, psixoloji xidmət konkret təyin olunmuş məkanda birbaşa canlı ünsiyyət prosesində həyata keçirilməlidir:


"Sosial şəbəkələr vasitəsi ilə psixoloji xidmətin təşkil olunması psixoloji xidmətlə bağlı etik qaydaların pozulması deməkdir. İnsanlar heç bir halda şəxsi sirrini, şəxsi məlumatlarını tanımadığı, özünü psixoloq kimi təqdim edən şəxslərə ötürməməlidir. Bu həm psixoloji xidmət, həm hüquqi, həm də etik normalar baxımından qəbuledilməzdir. Yalnız xüsusi hallarda, bir neçə görüş baş tutduqdan sonra və növbəti görüş üçün şərait olmadıqda məsafədən psixoloji xidmət göstərən şəxsin prosesə təcili müdaxiləsi qəbulediləndir”.


Müsahibimizin sözlərinə görə, Kütləvi İnformasiya Vasitələrində, o cümlədən televiziya və radioda, həmçinin sosial şəbəkələrdə özü haqqında peşəkar psixoloq imici yaratmış şəxslərəin hamısına etibar etməz olmaz:


"Mütləq həmin şəxslərin, təhsilləri, peşəkar təcrübə keçdiyi qurumları araşdırmaq lazımdır. Xüsusilə, uşaqların və yeniyetmələrin psixoloji xidmətləri ilə bağlı etibar etdiyiniz şəxsləri həssaslıqla araşdırmağınızı tövsiyə edirik.


İnsanlar Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən psixoloji xidmətlə bağlı qanun layihəsi qəbul edilənə qədər qeyd etdiyim məqamlara diqqət etməlidirlər. "Gənc Psixoloqlar” İctimai Birliyi olaraq, peşə bilikləri, təcrübəsi olmayan şəxslərin "psixoloji xidmət” göstərməsini isə birmənalı şəkildə qınayır və onları bu zərərli əməllərindən əl çəkməyə dəvət edirik”. 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

Şagirdlərin psixoloji problemlərinin qarşısını almaq işinə Təhsil İdarəsi qoşuldu

Şagirdlərin psixoloji problemlərinin qarşısını almaq işinə Təhsil İdarəsi qoşuldu

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

HƏYACAN SİQNALI ! Tanınmış psixoloq Limunət Əmrahlı valideyinlərə müraciət etdi...

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

Müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətləri

MƏKTƏBDƏ PSİXOLOJİ İŞİN TƏŞKİLİ

MƏKTƏBDƏ PSİXOLOJİ İŞİN TƏŞKİLİ

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

Psixoloji dəstəkləmənin qaydaları:

Psixoloji dəstəkləmənin qaydaları:

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ

Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ

HƏDƏF kursları  "Abituriyentlərin imtahana psixoloji hazırlığı”  adlı layihə həyata keçirtdi

HƏDƏF kursları "Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçirtdi

Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI