Xəbərlər
05 yanvar 2018
2 480


Trampın qızını təəccübləndirən Reyhana vəzifə verildi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən "Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə görüşüb.


Məlumata görə, görüş zamanı məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.


Həmçinin Reyhan Camalova gənc innovativ məktəbli kimi Dövlət Agentliyinin İdeya müvəkkili vəzifəsinə təyin edilib. Belə ki, ona 2 il ərzində Dövlət Agentliyində ictimai əsaslarla fəaliyyət göstərməsi, innovativ ideyaları olan istedadlı gənclərin layihələrini üzə çıxarması və reallaşdırmasına dəstək göstərməsi üçün xidməti vəsiqə təqdim edilib.


Xatırladaq ki, bir müddət əvvəl Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitdə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (İstək liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova ixtirası ilə qatılıb və böyük uğura imza atıb.


ABŞ prezidenti Donald Trampın qızı və baş müşaviri İvanka Tramp Reyhan Camalovanın nailiyyətini təqdir edib:

 

"Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – "Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm”. 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Prezidentin qızını heyran edən Reyhan kimdir?

Prezidentin qızını heyran edən Reyhan kimdir?

İxtiraçı şagirdlə müqavilə imzalandı

İxtiraçı şagirdlə müqavilə imzalandı

Gündə iki yarpağını yemək kifayətdir – REYHANIN 6 FAYDASI

Gündə iki yarpağını yemək kifayətdir – REYHANIN 6 FAYDASI

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

"Pulumuzu-paramızı bu uşaqlara xərcləməliyik ki, dünyada bizi həm də zəkamızla tanısınlar!"

"Pulumuzu-paramızı bu uşaqlara xərcləməliyik ki, dünyada bizi həm də zəkamızla tanısınlar!"

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

ADPU-da "İnnovativ idarəetmə" layihəsinin növbəti qonağı BP-nin vitse-prezdenti olub

İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib

Təhsil Nazirliyi hesabat verdi

Təhsil Nazirliyi hesabat verdi

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

“Səmimi təbriklərinizdən çox təsirlənmişəm” - Mehriban Əliyeva

"Tramp ən sərsəm tələbə idi"- Universitet müəllimi danışdı

"Tramp ən sərsəm tələbə idi"- Universitet müəllimi danışdı

Azərbaycana Ağır itki

Azərbaycana Ağır itki

Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 21-i qızıl, 15-i gümüş medala layiq görülüb

Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 21-i qızıl, 15-i gümüş medala layiq görülüb

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

Saatlıda Ümumrespublika forumu üçün seçilən uşaqlarla görüş keçirilib

Saatlıda Ümumrespublika forumu üçün seçilən uşaqlarla görüş keçirilib

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Beynəlxalq elmi konfrans: “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Cari ilin 4 ayında 47 mindən çox şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb

Azərbaycan gəncliyi yeni mərhələdə

Azərbaycan gəncliyi yeni mərhələdə