Belə uşaqlar gələcəkdə cani olurlar… – Valideynlərin nəzərinə
Kompüter oyunları bütün dünyada hər yaş qrupundan olan insanlar arasında geniş yayılıb.
Onlar internet vasitəsilə dünyanın hər bir yerindən olan şəxslərlə canlı video oyunları oynayırlar. Hətta bu hal azyaşlı uşaqlar arasında da geniş vüsət alıb. Oynanan oyunların əksəriyyəti isə şiddət tərkiblidir. Bəs, görəsən bu cür şiddət məzmunlu oyunlar oynamaq uşaqlar üçün zərərlidirmi və ümumiyyətlə, uşaqların psixologiyasında hansısa mənfi təzahürləri ola bilərmi?
Hər bir valideyni narahat edən bu suallara psixoloq aydınlıq gətirməyə çalışıb.
Aztəhsil.com xəbər verir ki, psixoloq Narınc Rüstəmova lent.az-a bildirdi ki, günümüzdə kompüter artıq baryer rolunu oynayır:
"Gedilən hər yerdə valideyn daha rahat oturmaq üçün uşağı daha az qaçsın, tərləsin deyə özü maraqlı olur və uşağını kompüter qarşısında əyləşdirir. Həmin video oyunları arasında uşaqlar xüsusilə şiddətə meylli oyunlara daha çox maraq göstərirlər. Bu isə onlara birmənalı olaraq çox pis təsir göstərir. Müşahidələrimizə əsasən deyə bilərik ki, bu cür uşaqlar daxili qorxusu olan uşaqlardır. Həmin qorxularını kompensasiya etmək üçün uşaq nədə əskiklik yaşayırsa, onu tamamlamağa başlayır. Məsələn, özü şiddət görən uşaq, qarşısındakına qarşılıq verə bilmir və şiddətə meylli oyunlar oynayaraq, içərisindəki aqressiyanı söndürməyə çalışır. O, tamamilə kompüter oyunlarına yönəlir. Bu oyunlarda kimisə vurur, döyür, təpikləyir, şiddət göstərir və öz hisslərini kompensasiya edir”.
N.Rüstəmova deyir ki, bu oyunları oynamaqla uşaqlar gələcəkdə müəyyən fəsadlarla üzləşə bilərlər:
"Məsələn, hansısa uşaq canlı formada xarici ölkədə yaşayan biri ilə kompüter oyunu oynayır, onunla yazışır. Axı biz bilmirik ki, həmin o şəxs necə biridir, davranışları, psixologiyası necədir? Bax, bu amillər irəlidə uşağa fəsadlar verə bilər. Həmçinin onun sosial sferası pozulur və problemlər yaşayır, antisosial uşaqlara çevrilirlər. Uşaq kompüterdə həmin oyunlara sərf etdiyi vaxt ərzində dərslərindən, dostları ilə münasibətdən uzaqlaşır. Hansı ki, həmin vaxtı o, daha səmərəli istifadə edərək saydığımız məşğuliyyətləri həyata keçirərlər ki, bu, onlar üçün daha faydalıdır”.
Psixoloq vurğuladı ki, kompüter oyunlarına ağır formalı asılılıqlarda elə uşaqlar var ki, gecə saat 4-ə, 5-ə kimi bu cür aqressiv oyunlara maraq göstərirlər. Bununla əlaqədar olaraq yuxu pozulma halları da uşaqda narahatlıq yaradan səbəblərdəndir:
"Xüsusi oyunlar var ki, hansısa bir evi soyur, öldürür, şiddət göstərir, oğurluq edir. Bu da düzgün nümunə deyil və bərabərində uşağa şiddət göstərməyin yollarını təbliğ edir. Hətta uşaqlar bu sayədə məsələn, silahların, bıçaqların növlərinə qədər öyrənirlər. Bu da gələcəyin loru dildə desək, canisini yetişdirir. Həmin uşaqlar yetişkənlik dövründə öz yaşıdlarına şiddət göstərməyə başlayır. Hətta kiçik vaxtı valideynləri tərəfindən şiddət görübsə, 12-13- yaşdan sonra onlara da şiddət göstərməyə başlayırlar”.
O qeyd etdi ki, bu oyunlara adi şiddət tərkibli bir oyun kimi baxıb keçmək olmaz:
"Valideynlər uşaqlarını maksimum dərəcədə kompüter oyunlarından istifadəsini azaldıb asudə vaxtlarını yaşıdları ilə təmas qura biləcəyi idman növləri ilə məşğul etməyə yönəltməlidirlər. Belə olarsa, onun bu tərkibli oyunlar oynamağa vaxtı qalmaz. Amma gündəlik norma olaraq uşaqlar kompüterdən istifadə edə bilərlər. Bunun üçün xüsusi ailə proqramları var. Mən özüm də ailəmdə həmin proqramlardan istifadə edirəm. Uşaqlar orada nə pornoqrafik saytlara girə, nə şiddət meylli oyunlar oynaya bilərlər. 5-3 manat artıq veririk, amma uşaqlarımızı bu cür zərərli asılılıqlardan qoruyuruq”.
N.Rüstəmova qeyd edib ki, 3 yaşına qədər uşaqlar ümumiyyətlə, elektron cihazlardan uzaq tutulmalıdır. Çünki bu, onların psixologiyasına çox pis təsir göstərir. 3 yaşdan sonra uşaqlar 20 dəqiqə, 6 yaşda 40 dəqiqə, 9 yaşdan sonra isə saat yarıma qədər istifadə edə bilərlər. Amma bu saat yarım birbaşa istifadə edilməməlidir. Məsələn, bu zamanı günə bölərək, yarım saatlıq müddətlərdə istifadə etmək lazımdır:
"Valideynlər qeyd edilən bu normativləri qorusalar, uşaqların kompüterdən istifadəsi ilə bağlı heç bir problem yaşamazlar”.
Televizor asılılığı uşaqlara necə təsir göstərir? - VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ
Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...
İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ
Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM
Uşaqlarda davranış və hiperaktivlik
Uşağınızla yaşına uyğun davranın
Uşağınızla yaşına uyğun davranın - DİQQƏT!
Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz
Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”
Uşaqlıq qorxuları- SƏBƏBLƏRİ
Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT
Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR
Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?
Valideynin ölümünü uşağa necə deyək?
Uşaqların otaqlarına kimi girən “ölüm qrupları” -SİYAHI
Uşaq psixologiyasını bilirsinizmi?
"Mavi balina"dan sonra "Qırmızı bayquş": uşaqları internetdən necə qorumalı...
Yalan danışan uşağa necə davranmalı?
Uşaqlar üçün müvəqqəti bağça - Bir neçə saatlıq...
Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…
Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz
Uşaq psixologiyasını bilirsinizmi ?
Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!