Xəbərlər / Karyera
10 yanvar 2018
3 438


Dünyanın ali təhsil almayan, orta məktəbdən qovulan ən zəngin adamları

Bu gün dünyada milyardçılar, ən zəngin şəxslər arasında elələri var ki, onlar ali təhsil almayıblar. Bəziləri, oxuduğu universiteti yarımçıq tərk edib, bəziləri isə buna ümumiyyətlə, ehtiyac görməyib. 


Aztəhsil.com diplomsuz milyarderlərdən bir neçəsini təqdim edir:


Bill Qeyts-dünyanın ən zəngin insanlarından biri, kompüter maqnatı, Microsoft korporasiyasının banisi və sahibidir.


1973-cü ildə ailə ənənəsinə sadiq qalaraq Bill Qeyts atası kimi vəkil olmağa hazırlaşaraq Harvard Universitetinin birinci kursuna daxil olur. Lakin o, qapalı və ünsiyyətsiz olduğundan vəkillik üçün qətiyyən yaramadığını anlayır. İkinci kursdan universitet tərk edir. 397 dollara aldığı kompüter sonradan bütün həyatını dəyişir.Hazırki varidatı 87 milyard dollardı;


Mark Zükerberq- Liseydə oxuyarkən elm sahələrində bir çox mükafat alan Mark Zükerberq, ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinə daxil oldu. Universitetin ilk illərində ən yaraşıqlı və ən gözəl tələbələrinin seçildiyi  sayt hazırlayır. Saytda Harvard Universitetinin bütün tələbələrinin şəkilləri vardı. Ancaq fotoşəkilləri tapmaq üçün universitetin məlumat bölməsinə girmək lazım idi. Məlumat bölməsinə icazəsiz daxil olduğu bilinən Mark, cəza verildiyi üçün təhsilini yarımçıq qoyaraq Harvard Universitetini tərk edir. Amma bu, sonradan bütün dünyanı ələ keçicərək bir kəşfin yaranmasına səbəb olur. O, Harvard Universitetinin tələbələrinin internet üzərində görüşdürmək üçün ikinci saytı olan Facebooku saytını yaratdı. Hazırkı varidatı 61,7 milyard dollardı;


Riçard Brenson- yuxarıdakı iki zəngindən fərqli olaraq, Riçard heç orta məktəbi də axıra qədər oxuya bilmir. 16 yaşı olarkən, davamiyyəti həddindən artıq pis olur, dərslərə gəlmir. Bu səbəbdən, direktor onu məktəbdən xaric edir. Bu zaman ona deyir ki, "əlvida Riçard, sən ya həbsə düşəcəksən, ya da çox zəngin olacaqsan”. Hazırda, Riçardın 5,1 milyard dollar sərvəti var. "Virgin”Şirkətlər Qrupunun sahibi və idarəçisidir;


Con Rokfeller- Bütün dünyanın "Cənab Milyard” kimi tanıdığı bəşəriyyət tarixinin ən zəngin insanlarından biri. O, ölərkən varidatı 392 milyard dollar məbləğində dəyərləndirilib. Özü isə vur-tut 3 ay mühasibatlıq kursu oxuyub;


Anri Ford- Bəlkə də çoxları bilmir ki, məşhur mara olan "Ford”un yaradıcısı Anri Ford yalnız orta təhsil alıb. Amma biznesdə heyrətamiz şəkildə irəliləyib. Fordun marketinq zəkası, biznes idarəçiliyi barəsində bu gün də əfsanələr dolaşmaqdadır. O, vəfat edərkən 188 milyard məbləğə sahib olub; 

 

Amansio Orteqa- 13 yaşı olarkən, oxuduğu orta məktəbi buraxmalı olub. Dolanışıq üçün paltar dükanında satıcı olub. Fantastik biznes idarəiliyinə, satış məharətinə sahib olan Orteqa məşhur Zara brendinin sahibidir. Varidatı 83,4 milyard dollardı;


Li Kaşin- "Forbes” səhifələrindən düşməyən Li Kaşin də orta məktəbi yarımçıq qoyub. Cəmi 12 yaşında məktəbi buraxaraq, işləməyə başlayıb. Hazırda Honk-Konqda bir neçə böyük korporasiyaların, İT şirkətlərinin sahibidir. Varidatı 29,6 milyarddır.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsilini yarıda ataraq milyarder olan iş adamları - SİYAHI

Təhsilini yarıda ataraq milyarder olan iş adamları - SİYAHI

Dünyanın ən zəngin adamı dəyişdi - Bill Qeyts ikincidir

Dünyanın ən zəngin adamı dəyişdi - Bill Qeyts ikincidir

“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü

“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü

"Facebook"u geridə qoydu - 523 milyard dollar

"Facebook"u geridə qoydu - 523 milyard dollar

Dünyanın yaşayan ən zəkalı insanları

Dünyanın yaşayan ən zəkalı insanları

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

“Google” “ağıllı” rayon yaradır - 1 MİLYARD DOLLARA

“Google” “ağıllı” rayon yaradır - 1 MİLYARD DOLLARA

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Təhsilə büdcədən 2.5 milyard pul ayrılacaq- ARTIM GÖZLƏNİR

Təhsilə büdcədən 2.5 milyard pul ayrılacaq- ARTIM GÖZLƏNİR

Facebook-da qeydiyyatdan keçmiş ilk 20 şəxs - SİYAHI

Facebook-da qeydiyyatdan keçmiş ilk 20 şəxs - SİYAHI

"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım

"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım

Təhsildə daha bir uğur

Təhsildə daha bir uğur

MBA diplomu hansı üstünlüklər qazandırır? - DİQQƏT

MBA diplomu hansı üstünlüklər qazandırır? - DİQQƏT

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Milyarderdir, amma həmişə eyni köynək geyinir - səbəbini siz də bilin

Milyarderdir, amma həmişə eyni köynək geyinir - səbəbini siz də bilin

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Ölkələr üzrə təhsil xərcləri – Siyahı

Ölkələr üzrə təhsil xərcləri – Siyahı

Dünyanı öz zəkası ilə heyrətləndirən DAHİLƏR

Dünyanı öz zəkası ilə heyrətləndirən DAHİLƏR

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Məktəb həyatı...Həyat məktəbi

Məktəb həyatı...Həyat məktəbi