Xəbərlər
13 yanvar 2018
2 992


Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Paytaxtda kirayə mənzil axtaranların sayının artması qiymətlərə də təsirsiz ötüşmür. Kirayə mənzillərə olan tələb artdığından qiymətlərdə nəzərə çarpacaq dərəcədə bahalaşma müşahidə olunur. Bahalaşmadan ən çox ziyan çəkənlər siyahısında isə tələbələr də var.


Rahat və uyğun mənzillərin qiymətləri valideynlərin cibinə uyğun gəlmir. Ümumiyyətlə, bu mövzu aktuallığını hələ də itirməyib, çünki ali məktəblərin yataqxanalarında yer yoxdur və bu sahədə ciddi tədbirlərə çox böyük ehtiyac var.


Aztəhsil.com xəbər verir ki, modern.az saytı kirayə mənzillərin qiymətlərinin tələbələri qane edib-etmədiyini öyrənmək üçün onlar arasında sorğu keçirib. Sorğuda müxtəlif universitetlərin tələbələri iştirak ediblər.


Bakı Dövlət Universitetinin tələbəsi Nəzrin Abdullayeva ayda 350 manat kirayəpulu ödədiklərini deyib:


"Evdə 4 nəfər qalırıq, hər birimizə təxminən 87 manat pul düşür. Kommunal ödənişləri də biz edirik. Təxminən 30 manat da kommunal xərclər edir.


Hal-hazırda evdə heç bir istilik sistemi yoxdur. Çox soyuq olanda mətbəxdə qazı yandırırıq. Şaxtalı havalarda yəqinki, kondinsionerdən istifadə edəcəyik.


Qiymətlər isə məni qane etmir. 350 AZN-dən  aşağı normal ev tapmaq mümkün deyil”.


Memarlıq və İnşaat Universitetinin tələbəsi Şahin Əliyev deyib ki, evlərin kirayə qiyməti yerləşdiyi ərazidən asılıdır:


"Metronun yaxınlığında qalırıq, ayda 500 manat kirayə haqqı ödəyirik. İnternet də daxil olmaqla kommunal xərclər80-100 manat civarında olur.Bu ev məni şərait və yer baxımından qane edir. Daha ucuzunu da tapmaq olar, amma ya şəraiti olmur, ya da şəhərdən uzaq olur”.


Bakı Mühəndislər Universitetinin tələbəsi Əsmər İlqarqızının sözlərinə görə,  yaxşı evdə qalmaq istəyənin yaxşı da qazancı olmalıdır:


"3 otaqlı mənzildə qalıram, aya 550 AZN ödəyirik. Kirayə pulundan əlavə kommunal xərcləri də biz ödəyirik. Orta hesabla ayda hər adama130 AZN düşür.


Pulu olmayan ev yiyəsi ilə bir yerdə qalır və ya bir evdə bir neçə tələbə qalaraq xərci minumuma endirirlər. Yaxşı evin qiyməti də baha olur”.


Bakı Dövlət Universitetinin tələbəsi Aida İsaq kirayə mənzil üçün ayda 180 manat pul ödədiyini söyləyir:


"Həyət evində ev yiyəsi ilə bir yerdə qalıram. Kommunal xərcləri ev yiyəsi ödəyir”.


Bakı Biznes Universitetinin tələbəsi Tural Rüstəmovən ucuz evdə qaldığını düşünür:


"Evdə 2 nəfər yaşayırıq . Hər birimizə 175-180 manat pul düşür. İşıq, qaz, və suyun pulunu da biz ödəyirik”.


Bakı Mühəndislər Universitetinin magistrantı Çingiz İsmayılovu kirayə mənzil qiymətləri qane etmir:


"Aylıq çox xərc çıxır. Təqaüdümüzün xərci ödəməsi mümkün deyil. Normal şəraitdə yaşayırsansa, ayda 200 manatdan çox pulun çıxmalıdır. Üstəlik kommunal xərclər də bizim məsuliyyətimizdədir”.


Memarlıq və İnşaat Universitetinin tələbəsi Rəvan Cavidi isə yaşadığı evin qiymətləri qane edir:


"Kirayə haqqı aylıq 250 manatdır. Təxminən 30 manat da kommunal xərclər edir. "28 May”da 2 otaqlı ev üçün bu qiymətlər normaldır”.


Bakı Dövlət Universitetinin tələbəsi Fidan Məmmədlideyir ki, bir neçə qızla kirayədə qalır:


"Bir mənzildə 7 nəfər qızqalırıq. Hər adama 100 AZN düşür. 4 otaqlı evdir, hər cür şəraiti var. 2 hissəyə ayırmışıq. Ödədiyimiz 100 AZN-ə kommunal xərclər də daxildir. Sadəcəsuyun pulunu bəzən biz ödəyirik. 


Evdə neçə nəfərin qalmasından asılı olmayaraq, hər bir nəfərin ödəyəcəyi məbləğ100 manatdır”.


Bakı Slavyan Universitetinin tələbəsi Arif Hüseynovu da kirayə qiymətləri qane etmir:


"3 nəfər bir mənzildə yaşayırıq və ayda 250 manat ödəyirik. Ayrıca olaraq kommunalın 40-50 manat xərci olur. Bir aya hər adama 100 AZN xərc düşür. Ümumi isə 250 manatdan çox edir”.


Tibb Universitetinin tələbəsi Samir Hüseynov deyib ki, kirayə pulunu çətinliklə ödəyə bilir:


"Qaldığım evin kirayə haqqı aylıq 300 manatdır. Kommunal xərcləri də bu qiymətə daxildir”.


Bakı Dövlət Universitetinin tələbəsi Gülsurə Mirzəyeva qiymətlərin normal olduğunu vurğulayıb:


"Ümumi olaraq aylıq 250 AZN ödəyirik. Kommunal xərclər isə ayrılıqda ödənilir. Təxminən 50 manat da kommunal xərclərə çıxır”.


Texniki Universitetin tələbəsi Emin Nəsibovun sözlərinə görə, şəraiti yaxşı olan evlər çox bahadır:


"Qardaşımla bir yerdə qalıram. Əvvəl 4 tələbə bir yerdə qalırdıq, ayda kommunal xərclər də daxil olmaqla 250 manat ödəyirdik. İndi isə 200 manat və əlavə olaraq kommunal pulu ödəyirik. Ümumiyyətlə, qiymətlər məni qane etməsə də, normal hesab etmək olar”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tələbələrin ən çox yedikləri: makaron, kartof-yumurta soyutması, “qreçka” - “Ət ala bilmirik”

Tələbələrin ən çox yedikləri: makaron, kartof-yumurta soyutması, “qreçka” - “Ət ala bilmirik”

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

Bakıda universitet tələbəsi kirayə qaldığı evdə müəmmalı şəkildə ölüb

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

Azərbaycanda bir tələbəyə düşən xərclər artır - RƏSMİ

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

Köçkün müəllimlərə hansı güzəştlər var?

Köçkün müəllimlərə hansı güzəştlər var?

Ucqar bölgələrdə dərs deyən müəllimlərin imtiyazları artırılıb

Ucqar bölgələrdə dərs deyən müəllimlərin imtiyazları artırılıb

Bakıda tələbə faciəli şəkildə öldü

Bakıda tələbə faciəli şəkildə öldü

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Tibb Universitetinin 4-cü kurs tələbəsi fakultənin binasından - Özünü atdı

Tibb Universitetinin 4-cü kurs tələbəsi fakultənin binasından - Özünü atdı

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Tələbə təqaüdləri ilə bağlı YENİLİK

Tələbə təqaüdləri ilə bağlı YENİLİK

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Tibb Universitetinin tələbəsi 4-cü mərtəbədən yıxılaraq ölüb – FOTO

Tibb Universitetinin tələbəsi 4-cü mərtəbədən yıxılaraq ölüb – FOTO

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Rusiyada müəllimlər nə qədər maaş alır?

Rusiyada müəllimlər nə qədər maaş alır?

Tibb Universitetinin tələbəsi faciəli şəkildə həyatını itirdi

Tibb Universitetinin tələbəsi faciəli şəkildə həyatını itirdi

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir