Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər...
Paytaxt məktəblərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində vətənpərvərlik mövzusunda çoxlu tədbirlər təşkil edilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində vətənpərvərliyə dair konfrans, "dəyirmi masa”, seminar, müsabiqə və əl işlərindən ibarət sərgilər keçirilir. Həmçinin şagirdlərin milli qəhrəmanlarla, şəhid ailələri və keçmiş döyüşçülərlə görüşləri, gənclərin həqiqi hərbi xidmətə yolasalınma mərasimlərində iştirakı, tarixi və hərbi eksponatların saxlandığı muzeylərə ekskursiyaları təşkil olunur, məktəblilər Şəhidlər xiyabanını ziyarət edirlər.
Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdir.
Tədbirlər çərçivəsində məktəblilərə Azərbaycanın tarixi, eləcə də, ermənilər tərəfindən torpaqlarımızın işğal edilməsi və xalqımızın başına gətirilən müsibətlər haqqında ətraflı məlumat verilir. Eyni zamanda, dövlətimizin getdikcə gücləndiyi və işğal altındakı ərazilərimizin geri qaytarılacağı diqqətə çatdırılır.
Tədbirlərdə vətənpərvərlik mövzusunda lentə alınmış filmlər nümayiş olunur, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilir. Yanvarın 19-da məktəblərdə ilk dərslər 20 Yanvar mövzusuna həsr olunacaq.
Məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılırlar
Uşaq hüquqları mövzusu müzakirə olunur
Paytaxt məktəblərində ölkəmizdə elan olunan “İnsan hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir
Tədris müəssisələrində 20 Yanvar dərsləri – mövcud praktika və yeni formatlar
Ağstafanın orta məktəblərində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilir
100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb
Məktəblilər üçün ekskursiyalar
Yay məktəbində fəal iştirak edən şagirdlərə sertifikatlar verilib
Məktəblilər elmi-tədqiqatlara cəlb olunublar
ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib
Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...
Şabran rayon Təhsil şöbəsinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
“Rəşadətli Azərbaycan Ordusu” mövzusunda tədbirlər keçirilib
Peşə seçiminə dair tədbirlər keçirilir
ADU-da 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirlər keçirildi
ESSE : Şagird şəxsiyyətininn formalaşmasında məktəb tədbirlərinin rolunu necə görürsünüz?
Məktəblilər bu günlərdə dərsə getməyəcəklər - Rəsmi
ADU-da Xocalı soyqırımına həsr olunan dəyirmi masa keçirilib
YADDAŞ Məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı mübarizə
“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub
Bakı məktəblərində psixoloqların işi YOXLANILIR
Ağstafa rayonunda kənd məktəblərində açıq dərslər təşkil olunur
Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib
BDU-nun Hüquq fakültəsinin tələbələri kiçik çaplı odlu silahdan atışlara cəlb edilib