Təhsil Nazirliyi Qubaya mediatur təşkil edib
Təhsil Nazirliyi tərəfindən Quba rayonuna mediatur təşkil edilib.
Məlumata görə, mediaturun məqsədi bölgələrdə inşa edilən modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub.
Media nümayəndələri Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilən modul tipli məktəbdə olublar.
Bildirilib ki, 56 şagird yerlik məktəb 5 sinif otağı və müəllimlər otağından ibarətdir. Hazırda 50 şagirdin təhsil aldığı məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib. Məlumat verilib ki, bu günədək Qubada 3 belə məktəb istifadəyə verilib, cari ildə də bu işlər davam etdiriləcək. Modul tipli məktəblərin üstünlüyü onların az məsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.
Qeyd edək ki, yanvarın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı sosial infrastrukturla bağlı ciddi addımlar atıldığını deyib. O bildirib ki, ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. 2018-ci ildə sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında kifayət qədər vəsait olduğunu söyləyən dövlət başçısı bəzi rəqəmləri diqqətə çatdırıb. Belə ki, bölgələrdə modul tipli 137 məktəb tikiləcək, yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.
Bölgələrdə modul tipli 137 məktəb tikiləcək
Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib
Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək
Qəbələ və Oğuzda yeni tikilən modul tipli məktəblər istifadəyə verilib
Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir
Modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?
İlin sonunadək istifadəyə veriləcək modul tipli məktəblərin sayı 100-ü ötəcək
100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək
Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib
Ölkəmizdə modul tipli yüz məktəb inşa edilib
Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər -SİYAHI
Bu məktəbin cəmi 9 şagirdi var – REPORTAJ+FOTOLAR
Səbail rayonunun məktəblərində təmir işləri aparılır
Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib
"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi
Prezident Gəncədəki orta məktəbdə oldu
Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb
Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu
Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı
Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib
Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib
130 məktəbdə təmir işləri aparılmalıdır
Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib