Xəbərlər
17 yanvar 2018
2 618

Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK

Dünən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.

İclasda Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib.

Tədbirdə yeni "Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. "Əsgər” sözünün "əskər”, "alqı-satqı” sözünün "alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.

AMEA-nın Dilçilik  İnstitutunun Orfoqrafiya Komissiyasının bəzi sözlərlə bağlı təklifini məqbul sayması ictimaiyyət arasında müzakirələrə, səbəb olub, hətta narazılıq  və etirazlar doğurub. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli  açıqlamasında deyib ki, burada təsdiqdən söhbət gedə bilməz. Məsələylə bağlı hələ Nazirlər Kabineti qərar verməlidir.

"Yeni təklif edilən qaydalar haqqında cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. Bunlar arasında elmi və əhəmiyyətli fikirlər də yer alıb. Qeyri-professionallıqdan  doğan əhəmiyyətsiz fikirlər də var. Biz bunlara  dözümlü yanaşırıq. Səbirlə gözləyirik. Sonda hər şey daha yaxşı olacaq. Akademiyanın Rəyasət Heyətində həmin sözlər bir-bir müzakirə olunacaq.

Yekun qərar verilməsi üçün təkliflər Nazirlər Kabinetinə göndəriləcək. Qaydalara görə işi Nazirlər Kabineti elmi ekspertlərə yönəldəcək. Ekspertlərin rəyi nəzərə alınandan sonra təsdiq ediləcək. AMEA 65 maddədən ibarət olan Azərbaycan dilinin orfoqrafiya qaydalarını ictimaiyyətin müzakirəsinə verib. Bu müzakirələr yanvarın sonlarına qədər davam edəcək. Ayın sonunda müzakirələrə son qoyulacaq və yekun qərarı Nazirlər Kabineti verəcək”.

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ

Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək

Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

Media eksperti Dilçilik İnstitutunun qərarına qarşı çıxdı

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır

Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB

Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır

"Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" nəşr olundu

Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq

Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edilib - SİYAHI

Terminologiya Komissiyası: “Yeni sözlərlə bağlı təkliflər var”

Orfoqrafiya lüğətinin onlayn versiyası hazırlanıb

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

Dövlət dili ilə bağlı tədbirlər planı - Hazırlanacaq

Orfoqrafiya lüğətində qüsurlar aşkarlandı - “Çırtı-pırtı”, “çıpaçıp”, “dit-dit”...

AMEA-da struktur və kadr dəyişikliyi edilib