Xəbərlər, MÜƏLLİM
18 yanvar 2018
1342

Göstəriciləri qənaətbəxş olmayan müəllimlər məşğələlərə CƏLB EDİLƏCƏK


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Dövlət İmtahan Mərkəzi (DİM) nəzarətçi-müəllimlər üçün seminar-məşğələləri başlayıb.


Aztəhsil.com xəbər verir ki, bu barədə Mərkəzdən məlumat verilib.


DİM bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 17-dən etibarən seminar‑məşğələləri başlayıb.


Fevralın 5-dək davam edəcək seminarlar DİM-in məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarlar respublikanın bütün şəhər və rayonlarında keçiriləcək və 4300-ə yaxın nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.


Qeyd edək ki, "Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14888 nəzarətçi‑müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar‑məşğələlər keçiriləcək.

 

Seminar‑məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan proseduralarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20‑25 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.


Seminar-məşğələlərin keçirilməsində əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, abituriyent auditoriyasının – imtahan zalının idarə olunmasında professionallq baxımından mühüm məqamları qeyd etmək, imtahanın gedişində rast gəlinən problemləri sistemləşdirərək həlli yollarını sadalamaq, eləcə də nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-suallarla ortaya çıxarmaqdır.


Seminar-məşğələlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.


Xatırladaq ki, yanvarın 16-da DİM-in inzibati binasında müxtəlif ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının imtahanlara zal nəzarətçisi kimi cəlb ediləcək əməkdaşları üçün, eləcə də Gəncə, Mingəçevir, Quba, Hacıqabul, Sədərək, Şərur, Lerik, Ucar, Kürdəmir, Ağdam rayonları üzrə nəzarətçi-müəllimlər üçün seminarlar keçirilib.







Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
DİM nəzarətçi-müəllimləri mükafatlandırdı

DİM nəzarətçi-müəllimləri mükafatlandırdı

DİM müəllimlərin fəaliyyətini yüksək qiymətləndirdiyi rayonların adını AÇIQLADI

DİM müəllimlərin fəaliyyətini yüksək qiymətləndirdiyi rayonların adını AÇIQLADI

İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib

İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan xaric edilib

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi

İmtahanlara hazırlaşanlara yeni XƏBƏR: qəbul proqramları təsdiqləndi

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

İyulun 22-i keçirilən qəbul imtahanlarında 27961 abituriyent iştirak edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

DİM sabah 34 mindən çox abituriyenti imtahan edəcək

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Ölkənin 11 şəhər və rayonunda 34041 abituriyent II və III qrup üzrə qəbul imtahanı verəcək – 14 İYULDA HƏLLEDİCİ GÜN

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

57 910 şagird bugün buraxılış imtahanı verir

57 910 şagird bugün buraxılış imtahanı verir

İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur

İyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur

Bugün DİM I və IV qruplar üzrə sınaq imtahanları keçirir

Bugün DİM I və IV qruplar üzrə sınaq imtahanları keçirir

İkinci sınaq imtahanına yazılış başlayıb

İkinci sınaq imtahanına yazılış başlayıb

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi mayın 6-da imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi mayın 6-da imtahan keçirəcək

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

56 yaşlı abituriyent də özünü sınayacaq... - Diqqət, imtahan var

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi Ağstafa rayon Təhsil Şöbəsində seminar keçirib

Dövlət İmtahan Mərkəzi Ağstafa rayon Təhsil Şöbəsində seminar keçirib

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

İmtahanlarda iştirak edəcək 5 minə yaxın müəllimə treninq keçilib

İmtahanlarda iştirak edəcək 5 minə yaxın müəllimə treninq keçilib