Azerbaycandili.az saytının təqdimatı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının - www.azerbaycandili.az saytının təqdimatı keçirilib.
Məlumata görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, sayt Azərbaycan prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının müvafiq müddəaları əsasında Dilçilik İnstitutu tərəfindən yaradılıb.
Akademik deyib ki, sayt texniki tərəfdən standartlara cavab verir: "Bu işin böyük praktik əhəmiyyəti var. Alimlər, sadə vətəndaşlar sayt vasitəsilə Azərbaycan dili, dilimizin qrammatikası və s. məsələlər barədə müfəssəl məlumat əldə edə bilərlər".
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu saytın əhəmiyyəti haqda danışıb. O qeyd edib ki, sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir: "Azərbaycan Xalq Cümhuriyyəti dövründə, müstəqillik dövründə dövlət dili ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar saytda yer alıb. Gələcəkdə sayt daim yenilənəcək".
Saytda "Dil haqqında”, "Qanunlar”, "Azərbaycan dilçiləri” və "Dilçilik kitabxanası” bölmələri mövcuddur.
Azərbaycan dilinin izahlı lüğəti, habelə müxtəlif lüğətlər və ədəbiyyatların elektron variantları da saytda yer alıb.
Azərbaycan dilinin informasiya bazası yaradılıb
Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır
Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları hazırlanıb
Orfoqrafiya Komissiyasının mübahisəli QAYDALARI haqda son sözü Nazirlər Kabineti DEYƏCƏK
Dövlət dili ilə bağlı tədbirlər planı - Hazırlanacaq
Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF
Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu
“Əsgər” sözü “əskər”, “alqı-satqı” isə “alğı-satqı” kimi yazılacaq -Rəsmən TƏSDİQLƏNDİ
Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək
Azərbaycanda 10 min söz lüğətdən çıxarılacaq
Professor: “Ən yeni Azərbaycan dili”nin qrammatikası yazılmalıdır
Akademik: “əsgər” sözünün “əskər” yazılması təklifi məqbul sayılıb
“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb
Magistr, doktorant və dissertantlar üçün müsabiqə: “Ana dilimiz – milli varlığımızdır”
İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin
AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib
İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin
Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...
Orfoqrafiya lüğətində ediləcək bəzi dəyişikliklər AÇIQLANIB
AMEA-nın iki institutuna yeni direktor seçiləcək
Allahla yanaşı, Tanrı, Rəbb sözləri də böyük hərflə yazılacaq - Yeni orfoqrafiya qaydaları
Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır - Yeni lüğət hazırlanır
ADU-da “Türkologiya” jurnalının fəaliyyəti ilə bağlı dəyirmi masa keçirilib
AMEA-da yeni TƏYİNATLAR