Xəbərlər
25 yanvar 2018
2 367


UNEC-in Zaqatala tələbəsi bir semestrlik Bakıda təhsil alacaq

Rektor, professor Ədalət Muradov UNEC-in Zaqatala filialında tələbələrlə görüşüb.


Rektor UNEC-də tətbiq edilən Elektron Universitet modelinin üstünlüklərindən danışaraq, qısa zamanda filialda da bu sistemin reallaşdırılacağını bildirib. İmtahanlarda operativlik, şəffaflıq və obyektivliyin təmin olunması məqsədilə tələbələrin mərkəzləşdirilimiş qaydada test üsulu ilə imtahan verməsi üçün bütün şəraitin yaradılacağını qeyd edib.

 

Ə.Muradov tələbələrə UNEC-də uğurla tətbiq olunan UDİD proqramı barədə də məlumat verib. Bildirib ki, tələbələrə dörd il ərzində iki ayrı ixtisas üzrə diploma sahib olmaq imkanı yaradan proqramın filialda da həyata keçirilməsi nəzərdə tutulub.


Görüşdə tələbə təşkilatlarının işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib. UNEC-də təhsil alan fəal tələbələrin filiala səfərlərinin təşkil olunacağı vurğulanıb. Tələbələrin stimullaşdırılması üçün imtahan sessiyasında ən yüksək nəticə göstərən tələbələrə xüsusi təqaüdlərin verilməsi və bir tələbənin bir semestrlik Bakıda təhsil ala biləcəyi barədə rektorun səsləndirdiyi təkliflər görüş iştirakçılarının xüsusi marağına səbəb olub.


Filiala daha çox tələbə cəlb edilməsi üçün görüləcək tədbirlərdən söz açan rektor növbəti tədris ilində Gürcüstanın və regionun Azərbaycan dilində tədris aparan ən yaxşı məktəblərinə səfərlər təşkil olunacağını bildirib. Filialda müasir tələblərə cavab verən kitabxananın qurulmasının gündəmdə olduğuna diqqət çəkən Ə.Muradov pedaqoji heyət və tələbələr arasında sorğu aparılarmasını təklif edib. Sorğunun nəticələrinə əsasən ehtiyac duyulan kitabların siyahısı hazırlanaraq kitabxana fondu daha da zənginləşdiriləcək.


UNEC İctimai Nəzarət Şurasının üzvü, əməkdar elm xadimi, professor Şahlar Əsgərov filialla tanışlıqdan məmnun olduğunu bildirərək, Zaqatala bölgəsində çox yüksək səviyyəli bir universitet yaranmağa başladığını vurğulayıb.

 

O, UNEC-in Zaqatala filialının siyasi, iqtisadi və mədəni əhəmiyyətinin böyük olduğunu qeyd edib. Filialın auditoriyaları, yeməkxana və yataqxana şəraitini yüksək qiymətləndirən Ş.Əsgərov imtahan prosesində də Bakıda müşahidə etdiyi etik normalara tam əməl edildiyini, obyektivliyin və şəffaflığın əsas prioritet istiqaməti kimi seçildiyini önə çəkib.


Səfər çərçivəsində rektor filialın professor-müəllim heyəti ilə də görüşüb. Ə.Muradov filialda pedaqoji heyətin motivasiyasını təmin etmək, müəllimlər arasında elm, tədris və özünüinkişaf istiqaməti üzrə sağlam rəqabət mühitini gücləndirmək məqsədilə UNEC-in əqli mülkiyyəti olan Differensial Əməkhaqqı Sisteminin tətbiqinin əhəmiyyətli olacağını vurğulayıb.

 

Rektor müəllimlərin elmi potensialının daha da artırılması üçün fevral ayında UNEC-in Quba tədris, idman və istirahət kompleksində təşkil olunacaq qış məktəbində onların iştirakının təmin ediləcəyini bildirib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
UNEC-in keyfiyyət elçiləri ilə görüş

UNEC-in keyfiyyət elçiləri ilə görüş

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

İmtahan prosesini cəmiyyətə etibar edən universitet – UNEC

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC-də “Elm aylığı” - elmi tədqiqata maraq artıb

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC Gənc Müəllimlər Şurası yaradıldı

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Dümanın "Üç muşketyor" u UNEC tələbələrinin ifasında

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

UNEC tələbələri sağlamlıq imkanı məhdud uşaqlarla birgə

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

UNEC magistrantları dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

Bir günlük tələbələr: “Özümüzü UNEC tələbəsi kimi görmək istəyirik”

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

UNEC tələbələrindən xeyriyyə aksiyası

UNEC tələbələrindən xeyriyyə aksiyası

UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb

UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb